24 Dekabr 2024, Çərşənbə axşamı


Azərbaycanda arı məhsullarının biokimyəvi xüsusiyyətləri və keyfiyyət göstəriciləri sahəsində aparılan elmi araşdırmalarda - bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universiteti müəllimləri arıçılıq məhsullarının tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsalı prosesini də  həyata keçirirlər. Bu məqsədlə ali təhsil ocağının Tibb fakültəsində yaradılmış laboratoriya imkanları hesabına, ilk dəfə olaraq müalicə məqsədi ilə istifadə olunması tövsiyə olunan bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib.

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, laborotoriyada arı vərəmumunun  700-li etil spirtində 10%-li ekstraktı, 700-li etil spirtində 20%-li ekstraktı və zeytun yağında 10%-li ekstraktı hazırlanıb və qablaşdırılıb. Eyni zamanda çiçək tozcuğu (polen) tədaqükü, qurudulması və qablaşdırılması yerinə yetirilib. Bununla yanaşı laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqları, mazları, məlhəmləri, şamları və s. hazırlanması üçün işlər davam etdirilir.

Muxtar respublikanın florasının çox zəngin olması, endemik və müalicəvi bitkilərin növ müxtəlifliyinin çoxluğu, mövcud arı cinsləri, eyni zamanda fiziki-coğrafi xüsusiyyətlərinin  təsirinin balların keyfiyyətində özünü əks etdirməsi labüddür.

Universitetin laboratoriyalarında aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, əldə olunan bütün ballar fərqli bitki qaynaqlarından (multifloral) əldə olunub və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda müşahidə olunmayıb.        

Laboratoriyalarda arı məhsulları ilə yanaşı, müxtəlif bitkilərin yağları və ekstraktları da əldə olunur. Kəklikotu, sürvə, pişiknanəsi və s. dərman bitkisi növlərindən alınan efir yağları  ilk dəfə olaraq laboratoriya imkanları hesabına hazırlanır, təcrübi dərslərdə, elmi tədqiqat işlərində istifadə olunur. Bununla yanaşı müxtəlif dərman bitkilərinin duru və quru ekstraktları, şamlar, məlhəmlər və həblərin hazırlanması işləri həyata keçirilir. Gələcəkdə müalicə və profilaktika məqsədi ilə istifadə üçün preparatların hazırlanması da nəzərdə tutulur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR