24 Dekabr 2024, Çərşənbə axşamı

         Muxtar respublikamızda aprel ayında epidemioloji vəziyyət sabit olsa da herpetik infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə önləyici tədbirlər həyata keçirilib.

        Yenidoğulmuş uşaqların 275-i idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Mövsümü xəstəliklərin və zəhərlənmələrin qarşısının alınması məqsədi ilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, su təchizatı, müalicə profilaktika və digər müəssisələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. O cümlədən, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab sulları axıdılan yerlərdə, məişət tullantı qutuları qoyulan meydançalarda, uşaq yeniyetmə müəssisələrində müntəzəm olaraq dezinfeksiya və dezinseksiya tədbirləri həyata keçirilib.

          Kəskin respirator və bağırsaq infeksiyası xəstəliklərin qarşısının alınması məqsədi ilə bütün ictimai iaşə , ticarət, su təhcizatı sərhəd gömrük məntəqələrində profilaktiki sağlamlaşdırıcı əksepidemik tədbirləricra olunub.

         Sanitariya – kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 2 nümunədə 8 müayinə aparılıb, o cümlədən yerli istehsal olunan xörək duzu nümunələrində yodun norma daxilində olduğu , həmçinin dəmir peraparatı ilə unun zənginləşdirilməsinə görə 1 un nümunəsində bəsit elektrolit dəmir preparatının təlabata uyğunluğu aşkar edilib. Kommunal gigiyena laboratoriyasında 3 nümunədə 9, toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 4 nümunədə 19 müayinə aparılıb.

          Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 436, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 190, kommunal sahələr üzrə 72, sürücülük üzrə 7 olmaqla, bütövlükdə, 705 nəfər müayinədən keçib. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildədavam etdirilib, 38 mühazirə oxunub.

       ”İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılıb.

        Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

 mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR