Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 9 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı, ümumilikdə, 88 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti