Türkiyənin Malatya vilayətində 3,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 00:34-də qeydə alınıb. Zəlzələnin episentri Pütürge rayonunda olub.
Zəlzələnin ocağı 5,4 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.