İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi iyunun 4-də açılıb.
Bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.
Rəisin sözlərinə görə, üç ay bağlı qaldıqdan sonra məntəqənin açılışı zamanı bəzi texniki tədbirlər görülüb, kompüter avadanlığı yenilənib.
İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaxınlığında yerləşir. Bu məntəqə ölkələrin qarşılıqlı ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.
AZƏRTAC