24 Dekabr 2024, Çərşənbə axşamı


“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.

Bunu APA-ya açıqlamasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Bundan başqa, layihədə Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi iyunun 8-də parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR