24 Dekabr 2024, Çərşənbə axşamı

Bugünkü yumşalma qərarı karantin rejimindən çıxışın üçüncü mərhələsi hesab oluna bilər.

Bu barədə mayın 15-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O, həmçinin deyib: "Aprelin 27-dən etibarən yumşalmanın birinci mərhələsi tətbiq olundu. Birinci mərhələdə konkret ünvan göstərilərək bütün ölkə üzrə ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilmişdi. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesində ikipilləli, ikisürətli selektiv yanaşma metodu tətbiq edilməyə başlanıldı. Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu, lakin ümumi proses idarəolunandır. Ötən qısa müddət ərzində aidiyyəti qurumlar təşkilati, tibbi-müalicəvi təcrübə əldə ediblər. Həmçinin aidiyyəti qurumlar ciddi maddi-texniki baza yaratmağa nail olublar. Səhiyyə potensialı genişləndirilib. Maddi texniki baza və müvafiq infrastruktur yaradılıb. Bütün bunlar bizə imkan verir ki, koronavirusa qarşı mübarizə ilə paralel olaraq, həm də həyatımızı davam etdirək, işləyək. Problemlə paralel yaşamağa öyrənməliyik və növbəti mərhələ də elə bunu nəzərdə tutur".

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR