24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində ədəbiyyat və incəsənətin də mühüm rolu var. İkinci Dünya müharibəsi illərində Səməd Vurğunun, Rəsul Rzanın, Bülbülün, Şövkət Ələkbərovanın, Xan Şuşinskinin səs-sorağı ön cəbhələrdən gəlir, Üzeyir Hacıbəyli, Səid Rüstəmov kimi böyük bəstəkarlarımızın əsərləri döyüşən ordunun qələbə əzmini daha da artırırdı. Bu gün də yaradıcı insanlarımız ata-babalarımızın qəhrəmanlıq ənənələrini ləyaqətlə davam etdirən Azərbaycan əsgərini işğal altındakı tarixi və əzəli torpaqlarımızın tezliklə azad etməyə, respublikamızın ərazi bütövlüyünün bərpasına ruhlandırır.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri ərəfəsində Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi bəstəkar Azad Zahidin Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə yazdığı vətənpərvərlik mahnısı əsasında “Qələbəyə gedən yollar” adlı videoçarx hazırlayıb.

Mahnını bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüş, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, mayor Cahangir Qurbanov ifa edir.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR