Mayın 20-dən etibarən səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla dünyanın 29 ölkəsindən Türkiyəyə xəstələrin gətirilməsinə başlanacaq.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, gətirilən xəstələrin yanında ən çox iki nəfərin ölkəyə girməsinə icazə veriləcək. Bu şəxslər hava yolu ilə İstanbulun yeni hava limanı və Ankaranın Esenboğa aeroportunda, avtomobil yolu ilə isə “Kapıkule” və “Sarp” sərhəd keçid məntəqələrindən qəbul ediləcəklər. Onlar COVİD-19 testindən keçiriləcəklər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul