24 Dekabr 2024, Çərşənbə axşamı

Müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin yaradılması sahəsində görülən tədbirlər çərçivəsində qanunvericilik bazası tamamilə yeniləndi, yeni normativ hüquqi aktlar qəbul edildi. Muxtar respublikada müasir dövrün tələblərinə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının yaradılmasına da ciddi ehtiyac yarandı. Reyestrin yaradılmasında əsas məqsəd hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaq, ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanını asanlaşdırmaqdır. Ayrı-ayrı hüquq sahələri ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işləri aparmaqla yanaşı reyestrin təşkili bu fəaliyyətin sürətləndirilməsinə yönəldilən mühüm addımdır.

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan  Muxtar Respublikası Qanununun qəbulu normativ hüquqi aktlarla iş sahəsinə bir çox mütərəqqi yeniliklər gətirdi. Belə ki, qanunda əksini tapan yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 27 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Hüquqi Aktların Dövlət Reyestri yaradıldı. Reyestrin aparılması 2012-ci  il  yanvarın  1-dən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Reyestrin yaradılması muxtar respublikamızda müasir inkişaf göstəricilərindən biri olmaqla bu sahədə müasir texnologiyaların tətbiqinin bariz nümunəsidir. Hüquqi aktlar “huquqiaktlar.nakhchivan.az “ internet  saytında  dərc  olunur və ictimaiyyət üçün daim açıqdır. Səhifədə hüquqi aktların məzmunu ilə tanış olmaqla yanaşı, sənədlərin axtarışının həyata keçirilməsi də mümkündür. Fəaliyyət göstərdiyi müddətdə reyestrə iki mindən  çox  hüquqi akt daxil edilmişdir.

Muxtar respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyəti ilə müşayət olunur. Reyestrin geniş qanunvericilik bazasını özündə əks etdirməsi və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir. Zaman keçdikcə yeni hüquqi aktların reyestrə daxil edilməsi nəticəsində ilbəil elektron istifadəçilərinin sayı artmaqdadır.

Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR