24 Dekabr 2024, Çərşənbə axşamı

Bakı-Naxçıvan reysinin bərpası ilə bağlı qadağalar qalmaqdadır. Lakin növbəti mərhələdə bu reysin açılması məsələsinə baxıla bilər.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sarı zonadan narıncı zonaya gediş-gəliş qadağan edilib: "Naxçıvan və digər bölgələr sarı zona olduğundan Bakıya gediş-gəliş qadağan edilib. Bakıda iş yeri olan şəxslər buraya gələ bilirlər. Amma Naxçıvanla əlaqə yalnız hava yolu ilə mümkündür. Hələlik aviareyslər bağlı olduğundan bu, mümkün deyil. Bu məsələ gündəmdədir. Ola bilsin ki, növbəti mərhələdə bununla bağlı qərar verilsin”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR