11 illik tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn formada 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O bildirib ki, həmçinin ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının ikinci mərhələsinin nəticəsi əsasında aparılacaq:
"Bundan əlavə, bu il 19 mindən çox abituriyent kolleclərə qəbul üçün öz ərizələrini təsdiq edib. Onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanının birinci mərhələsində iştirak edən 4 min abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının ikinci mərhələsində iştirak etməlidir".