"Buraxılış işi" formatında yekun attestasiyaya cəlb edilən tələbələr üçün "Buraxılış işi" onlayn formada təqdim olunacaq.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, ali məktəblər bu işlərin müdafiəsini ya onlayn, ya da ənənəvi formada təşkil edəcəklər.