İstanbuldan “Azərbaycan Hava Yolları”nın (AZAL) iki çarter reysi ilə 215 vətəndaşımız Azərbaycana yola salınıb.
Təxliyə olunanların bəziləri Antalya, İzmir, İzmit, Ankara və Karabük şəhərlərindən İstanbula gəliblər. Çarter reyslərlə 3-ü körpə olmaqla 215 vətəndaşımız ölkəmizə yola salınıb.
Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.
Qeyd edək ki, bu günədək 10 çarter reysi ilə 2700-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul