Ölkəmizdə koronavirusla mübarizədə getdikcə müsbət dinamika qeydə alınır. Bu, onu göstərir ki, görülən tədbirlər öz bəhrəsini verir. Əhalinin karantin rejiminin qaydalarına əməl etməsinin də müsbət nəticə əldə olunmasında böyük rolu var. Hər gün 4-6 min test aparsaq da, yoluxma faktlarının azalması qeydə alınır. Yoluxma faktları 3,5 faizdən 0,5-1 faizə qədər enib.
R.Bayramlının sözlərinə görə, yoluxanlar arasında 50-59 yaşlı vətəndaşlar üstünlük təşkil edir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir: “Yoluxma hallarının 52,1 faizi paytaxtda qeydə alınıb. Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında əhalinin sıxlığı ilə əlaqədar yoluxma hallarına digərlərinə nisbətən daha çox rast gəlinir. Xaricdən idxal olunma halları 13,16 faizə bərabərdir. Naxçıvan Muxtar Respublikasında isə yoluxma halları 0,27 faiz təşkil edir.
O, ölüm hallarının daha çox 60-69 yaş qrupunda müşahidə edildiyini bildirib.