24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan torpağında elm və mədəniyyətin qədim tarixi var. Bu torpaqda görkəmli   elm adamları yetişib. Bunlardan biri 100 ildən artıq mənalı ömür sürmüş Naxçıvan ədəbi mühitinin inkişafında özünəməxsus yeri olan görkəmli elm xadimi, filoloji elmlər namizədi,dosent Lətif Talıb oğlu Hüseynzadədir.

Lətif Hüseynzadə 1903-cü il mayın 12-də Naxçıvan şəhərində sənətkar ailəsində doğulub, ibtidai mədrəsə təhsili alıb, sonra yenitipli “Rüşdiyyə”,”Xeyriyyə” məktəblərində oxuyub. Burаdа dövrün böyüк şəхsiyyətləri olan Hüseyn Cаviddən, оnun qаrdаşı Şeyх Məhəmməd Rаsizаdədən, Əbdüləzim Rüstəmоvdаn və bаşqаlаrındаn dərs аlıb. Gənc Lətif 1921-1922-ci illərdə «Хeyriyyə» uşaq məкtəbində tərbiyəçi müəllim işləyibdir. 1922-1924-cü illərdə Nахçıvаn Pedаqоji Teхniкumundа təhsil alıb. L.Hüseynzadə eyni zamanda 1920-1925-ci illərdə Nахçıvаn ictimаi şurа Cümhuriy­yəti höкumət mətbəəsində mürəttib və əvvəl «Cаvаnlаr həyаtı», dа­hа sоnrа «Şərq qаpısı» qəzetində müхbir işləyib.

Lətif Hüseynzadə 1925-ci ildə indiki Bакı Dövlət Universitetinin Şərqşünаslıq fакültəsinə daxil olub. O zaman Azərbaycan Darülfünunda qaynar elmi-pedaqoji mühit formalaşıb. Bu mühitdə Lətif müəllim Abdulla Şaiq, Həbib bəy Mahmudbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həmid bəy Şahtaxtinski, Bəkir Çobanzadə, Türkiyədən gəlmiş Fuad Köprülü, İsmayıl Hikmət kimi elm adamlarından dərs alıb.  Lətif Hüseynzаdə universitetin sоn кursundа охuyаrкən vахtilə Sаbirin işlədiyi Bаlахаnı məкtəbində müəllimlik edib, ахşаm isə sаvаd кurslаrındа yаşlılаrа sаvаd öyrədibdir. Gənc müəllim bu illərdə Ə. Cаvаd, M. Müşfiq кimi şаirlərə tez-tez görüşüb, оnlаrın şeir gecələrində iştirак edib.

1930-cu ildə Naxçıvana qayıdan gənc ziyalı 1930-cu ildə İran şahlarının XVIII-XIX əsrlərdə Naxçıvan xanlarına göndərdiyi fərman və məktubları çap etdirib.

1950-ci ildə Nахçıvаndа ilк dəfə оlаrаq «Əliqulu Qəm­кüsаrın həyаt və yаrаdıcılığı» mövzusundа nаmizədliк disser­tаsiyаsı müdəfiə edib.

Lətif müəllim elm adamı olduğu üçün 1950-1954-ci illərdə Nахçıvаn Elmi Bаzаsının direкtоru оlub.1954-cü ildən etibarən bir neçə il Bакıdа Аzərbаycаn Elmi Tədqiqаt Pedаqоgiка Institutunun Аzərbаycаn dili və ədə­biy­yаt şöbəsinin müdiri işləyibdir.

1968-1976-cı illərdə M.F.Ахundоv аdınа Azərbaycan Xarici Dillər Institu­tundа dоsent işləyib,1976-cı ildən təqaüdə çıxan L.Hüseynzadə yaradıcılıq işindən ayrılmayıb, Naxçıvan teatrının tarixi, Cahanşah Həqiqi irsinin öyrənilməsi, Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri sahəsində dəyərli araşdırmalar aparıb. Görkəmli filoloq, ictimai xadim L.Hüseynzadə 2008-ci ilin avqust ayında Naxçıvan şəhərində vəfat edib.

1930-cu illərdə Naxçıvanda yeni ədəbi mühit formalaşmaqda idi. Bu illərdə L. Hüseynzadə “Günlər” və “Canilərə ölüm” adlı hekayələr qələmə alıb, ”Günəş doğarkən” adlı poema yazıbdır.

Lətif müəllim də 30-cu illərin sonlarına doğru bu mühitin görkəmli yetirmələrindən olan satirik şair Əliqulu Qəmküsarın ədəbi yaradıcılığını araşdırmağı qarşısına məqsəd qoyub. Ancaq İkinci Cahan  müharibəsinin başlanması bu işi yarımçıq qoydu. Şairin əsərləri kitab halında çap olunmayıb, müxtəlif jurnal və qəzetlərdə parəkəndə şəkildə idi.

Lətif müəllim “Əliqulu Qəmküsarın həyat və yaradıcılığı” adlı namizədlik dissertasiyasını 1949-cu ildə başa vurub,1950-ci il fevralın 2-də indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsi Elmi şurasının Naxçıvan Müəllimlər İnstitutunda keçirilən səyyar iclasında yüksək səviyyədə müdafiə edibdir. Onu da qeyd etmək lazımdır ki,bu hadisə Naxçıvanda keçirilən ilk  dissertasiya müdafiəsi idi. Dissertantın rəsmi opponentləri professor Mikayıl Rəfili və o zaman filologiya elmləri namizədi olan Məmmədcəfər Cəfərov dissertasiyanı  yüksək elmi-tədqiqat işi kimi qiymətləndirib, onun çap olunmasının vacibliyini qeyd ediblər.

Dissertant “Ə.Qəmküsarın həyatı” adlanan ikinci fəsildə görkəmli satirik şairin ilk dəfə elmi tərcümeyi-halını yazmağa təşəbbüs göstərib, demək olar ki məqsədinə nail olubdur.

Onu da qeyd etmək lazımdır ki, Lətif müəllimin dissertasiya işi Ə.Qəmküsar yaradıcılığına həsr olunmuş ilk kompleks tədqiqat işidir. Lətif müəllimə qədər böyük Molla nəsrəddinçi satirik şairin yaradıcılığı haqqında Mir Cəlal, Cəfər Xəndan, Nazim Axundovun tədqiqat əsərlərində bu və ya başqa şəkildə bəhs edilib

L.Hüseynzadə Naxçıvan torpağınının tarix və mədəniyyət abidələrinin, mətbuat və ədəbiyyat tarixinin öyrənilməsinə öz yaradıcılığında geniş yer veribdir.  Bu işıqlı yurdsevər ziyalı xalqın maariflənməsində önəmli rol oynamış   Naxçıvan teatrının tarixinin öyrənilməsində də böyük xidmətlər göstəribdir. O, hələ keçən əsrin 30-cu illərindən başlayaraq mətbuatda teatrımızın meydana çıxması, inkişaf yolları haqqında dəfələrlə mətbuatda sanballı məqalələrlə çıxış edibdir.

Hələ 2003-cü ildə teatrımızın 120 illiyi qeyd edilərkən bu mədəniyyət ocağı haqqında kompleks əsərin yazılmadığını nəzərə alıb L.Hüseynzadə araşdırmalarını bir araya gətirib ümumiləşdirərək ilk təşəbbüs kimi “Naxçıvan teatrı tarixindən” adı ilə nəşr etdiribdir. 6 bölmədən ibarət olan bu kitabda teatrımızın təşəkkülü, yaranması tarixi, bu sahədə dram cəmiyyətinin 1905-1920-ci illərdəki fəaliyyətləri, ümumiyyətlə II Dünya müharibəsinə qədərki dövrdə fəaliyyətləri araşdırılıbdır. Bu əsərdə eyni zamanda XX əsrin əvvəllərində bu teatrın inkişafında böyük xidmət göstərmiş Rza Təhmasib, Əli Xəlilov, Səməd Mövləvi,daha sonrakı dövrdə  İsa Musayev, İbrahim Həmzəyev, Zəroş Həmzəyeva, Həsən Səfərli, Rza İsfəndiyarlı kimi görkəmli səhnə ustalarının aktyorluq fəaliyyəti də işıqlandırılıbdır.

Bildiyimiz kimi, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən olan L.Hüseynzadə klassik ədəbiyyatımızın qaranlıq səhifələrinin araşdırılması işində böyük əmək sərf edibdir. Onun Nizami Gəncəvi, Nəsirəddin Tusi, Heyran xanım, Qönçəbəyim, eləcə də XIII əsrə aid olan qədim türk ədəbiyyatı nümunələrindən “Qisseyi-Yusif” abidəsi,digər qədim əlyazmalar haqqında yazıları ədəbiyyatşünaslığımızın inkişafında mühüm töhfədir.  Onun 1930-cu ildə İran şahlarının XVIII-XIX əsrlərdə Naxçıvan xanlarına göndərdiyi fərman və məktubları nəşr etməsi də Naxçıvanşünaslığının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

L.Hüseynzadənin ədəbiyyatımıza ən mühüm töhfələrindən biri də yuxarıda qeyd olunduğu kimi, İrəvan Pedaqoji İnstitutunda işləyərkən Matenadaranda Cahanşah Həqiqinin divanını aşkar etməsindən ibarətdir. L. Hüseynzаdənin yаrаdıcılığındа ХV əsrin bu görкəmli şаirinin  əsərlərinin tоplаnmаsı və tədqiqi хüsusi yer tutur.O müəyyən edibdir ki,Cahanşah Həqiqi divanının dünya muzey və kitsabxanalarında iki əlyazma nüsxəsi mövcud olubdur. Bunlardan biri Londonda Britaniya kitabxanasında saxlanılır. Bu nüsxə 1488-ci ildə nəstəliq xəttilə üzü köçürülmüş əlyazmadır. İkinci nüsxə hökmdarın özünün türk hökmdarı II sultan Mehmet Fatihə hədiyyə göndərdiyi əlyazmadan ibarətdir.Bu kitab Sultan Əbdülhəmidin zamanına qədər  saray kitabxanasında saxlanmış,sonra yoxa çıxmışdır.Lakin bu əsər Amerikada üzə çıxıbdır.  Alim Matenadaranda üzə çıxan əlyazmanın həmin əlyazma olduğu qərarına gəlibdir. Vaxtını heç vaxt boş  keçirməyən bu müdrik insan İrəvanda elmi axtarışlar zamanı Qaraqoyunlu dövlətinin başçısı dahi Azərbaycan şairi Cahanşah Həqiqinin əlyazma divanını Matnedarandan əldə edərək, çox çətinliklə də olsa  onun mikrofilmini çıxarıb, XV əsr mənəvi ədəbi irsimizi daha da zənginləşdiribdir. Tədqiqatçı Həqiqi divanını əldə etməsi haqqında belə yazır: ”İrəvan Pedaqoji İnstitutunda işləyərkən İrəvanda nəşr olunan qəzetlərin birində oxudum ki, Amerikada yaşayan bir erməni  toplamış olduğu 270 ədəd ərəb əlifbası ilə yazılmış qədim və nadir əlyazmanı İrəvan Universitetinə hədiyyə olaraq göndəribdir. Bu məqalənin izi ilə universitetin kitabxanasına getdim və məramımı bildirdim. İş elə gətirdi ki,bağlamaların  açılmasında mən də ərəb əlifbasını yaxşı bilən  bir mütəxəssis kimi iştirak etdim....Bu zaman üzərində “Divan-Həqiqi”  yazılmış  bir kitab diqqətimi cəlb etdi...Kitabı ətraflı öyrənmək üçün  bir neçə gündən sonra kitabxanaya getdim. Kitabın orada olmadığını söylədilər. Əsər Mesrop Maştos adına Əlyazmalar İnstututuna - Matenadarana göndərilibdir. Matenadarana gedib axtardığım kitabı istədikdə müxtəlif bəhanələrlə  kitabı vermək istəməsələr də,  sonunda onu əldə etməyə müvəffəq oldum...Matenadarandan  divanın mikrofilmini çıxarmağa  müvəffəq oldum ki, onun əsasında 1966-cı ildə divanın azəri türkcəsində qismini nəşr etdirdim”(L.H.Qaraqoyunlu Cahanşah Həqiqi.Bakı:Çənlibel,2000,s.9).

Аlim ciddi ахtаrışlаr nəticəsində uzun illər bоyu itmiş hesаb edilən Cahanşah Həqiqinin «Divаn»ını  аzаrbаycаncа bölümünü(1966), daha sonra da farsca şeirlərini tərcümə edərək  nəşr etdirib və оnu elmi dövriyyəyə daxil etmiş,ədəbi irsimizi zənginləşdirib.(Cahanşah Həqiqi divanı,B.,1997,Nərgiz,74 s.;Qaraqoyunlu Cahanşah Həqiqi,B.,Çənlibel,2000, 67 s.). Cahanşah Həqiqi.Seçilmiş əsərləri,Bakı:Şərq-Qərb,2006,152 s.

Оnun ХIII əsrdə аnа dilimizdə yаzılmış «Qisseyi- Yusif və Züleyха» pоemаsı,  Nахçıvаn teаrt tаriхi, ХIХ əsrdə yаşаmış nахçıvаnlı şаirə  Heyrаn хаnım və Qönçə Bəyim hаqqındа məqаlələri, H. Cаvid, M. S. Оrdubаdi, Ə. Cаvаd, M. Müşfiq, Ü. Hаcıbəyli hаqqındа хаtirələri оrijinаl əsər оlmаqlа ədəbi fiкrimizi хeyli zənginləşdirib.

L.Hüseynzadə  həm də canlı tarixdir.Bu qocaman alim Naxçıvan-Türkiyə əlaqələrinin öyrənilməsi baxımından dəyərli məlumat və faktları iti yaddaşında qoruyub saxlayıbdır. Onun “Araz şahiddir” kitabı böyük türk sərkərdəsi,hərb xadimi Kazım Qarabəkir paşanın Naxçıvandakı fəaliyyətlərini, yerli ədəbi qüvvələrlə əməkdaşlığını,əlaqələrini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Məlumdur ki,1918-ci ildə erməni daşnakları Naxçıvanı ələ keçirmək istəyirdi.Bu məqsədlə bu bölgəyə fasiləsiz hücumlar edir,dinc əhaliyə divan tuturdular.Yerli əhali bu hücumların qarşısını almaq üçün Türkiyənin hakim dairələrinə müraciət edibdi. L.Hüseynzadə həmin dövrdə Rüşdiyyə məktəbinin(Naxçıvandakı keçmiş rus-tatar məktəbinin adı 1917-ci ildə dəyişilib Rüşdiyə məktəbi olmuşdu-Ə.Q.) IX sinif şagirdi idi. Paşanın Naxçıvandakı hərbi işlərlə yanaşı şeir yazması, şeirlərindən nümunələr, onun böyük dramaturq H.Cavidlə dostluğu Lətif müəllimin yaddaşında həkk olunmuş və qocaman ziyalının “Araz şahiddlir” adlı kitabında bu hadisələr dolğun şəkildə öz əksini tapıbdır. Qeyd etmək lazımdır ki, kitabdan öyrənirik ki, böyük Hüseyn Cavidin erməni təhlükəsi yaranan zaman Naxçıvanda xalqla birlikdə olubdur. Müəllif kitabın “Hüseyn Cavid Rüşdiyyə məktəbində” bölməsində yazır ki,1918-ci ilin aprel ayında məktəbin müdiri Cavid əfəndini sinifə gətirib bizə təqdim etdi.Hamımız ona heyrətlə baxırdıq. Biz onu qiyabi olaraq tanıyırdıq. Onun məktəbimizə  müəllim təyin olunması bizi şox sevindirdi. Bir az tanışlıqdan sonra o, “Dərsimiz qəvaidi-ədəbiyyə olacaqdır”-dedi. (s.23).Cavid əfəndi  bu dövrdə yenicə Bakıdan qayıtmışdı. O, Bakıda ermənilərin törətdikləri mart qırğınında  allahın möcuzəsi olaraq ölümdən dönmüşdü.  Müəllif bu hadisəni böyük şairin öz dilindən belə nəql edir: “Bakıda ermənilər müsəlmanları qətl etdikləri dövrdə mən orada “Səfa” qız məktəbində dərs deyir və “Təbriz” otelində qalırdım. İstirahət günü idi,amma hamı qorxu içində idi.Dostum yazıçı Seyid Hüseyn də mənə qonaq gəlmişdi.Qəflətən bir dəstə silahlı erməni əsgəri otelə basqın etdi,təxminən 60 nəfər oteldə qalanı biz daxil küçəyə çıxardılar. Seyid Hüseynlə məni Mayılov teatrının binasına gətirdilər.Biz fürsətdən istifadə edib oradan qaçdıq.Mən oradan Abdulla Şaiqin evinə getdim.Onlara baş verənləri anlatdıqdan sonra vidalaşıb Ənzəliyə gedən bir gəmi ilə İrana keçdim.Oradan Təbrizə gəlib atamın yaxın dostu Hacı Məhəmməd Naxçıvaniyə qonaq oldum.Ancaq orada da çox qalmayıb Naxçıvana gəldim”(s.24).

Bu arada daşnak Andranik Naxçıvana hücum edib, əhali çarəsiz qalıb  yardım üçün Türkiyəyə müraciət edib, Kazım Qarabəkir paşa əhalinin müraciətinə yazılı şəkildə cavab verib. Diqqətəlayiq hal ondan ibarətdir ki, o müraciət sənədini gənc Lətif  qoruyub saxlayıb və 85 ildən sonra bu kitaba daxil edib. Bu məktub əhalidə böyük ruh yüksəkliyi yaradıb,onların mübarizə ruhunu artırmış və türk ordu birlikləri Naxçıvanın köməyinə yetişdiyinə görə(1918-ci il 5-6 iyul) erməni quldurları qorxub qaçıblar. Müəllif  avqust ayının əvvəllərində Kazım Qara Bəkir paşanın Naxçıvana varid olması, dəmir yol vağzalında təntənəli qarşılanması, Rəhim xanın sarayında qərargah qurması,təntənəli bayraq çəkilişi mərasiminin keçirilməsi səhnələrini canlı boyalarla qələmə alıbdır. O göstərir ki,mərasimdə dəyərli müəllimimiz Hüseyn Cavid də iştirak edirdi.O, türk ordusuna,Kazım Qarabəkir paşaya təşəkkürünü izhar etdikdən sonra çıxışını aşağıdakı misralarla tamamlayıbdır:

Arkadaş,yoldaş,ey vatandaş uyan,

Uyan yeter artık uyan,deyişdi zaman!

Sıyrılır bak yavaş-yavaş zülmet,

Bari sen dan yıldızından al ibret!

Bilirmisin ne deyir o pembe çehreli nur

Seher olmuş,demek, güneş doğuyor

O gündən türk paşası ilə böyük şair Hüseyn Cavid arasında dostluq münasibətlərinin təməli qoyuldu.Müəllif çox doğru olaraq qeyd edir ki,Türk ordusunun və Kazım Qarabəkir paşanın bölgəyə gəlişi Naxçıvanın həyatında canlanma yaratdı. Xüsusilə Cavid əfəndi ilə Kazım Qarabəkir paşanın dostluğu bu işdə mühüm rol oynadı. Cavid əfəndi bu məktəbdə ədəbiyyat məclisi yaratmışdı. Bu məclisin iclaslarına Kazım Qarabəkir paşanın özü də gəlirdi.(s.51).

L.Hüseynzadə  Kazım Qarabəkir paşa ilə məktəbdə keçirilən vida görüşü mərasimini heç unutmayıb. Ona görə kitabında bu görüşü təfsilatı ilə nəql edir, Paşanın məktəblilərə həsr etdiyi “Öyüdlər” əsərini Cavid əfəndiyə hədiyyə etməsini və şairin bunu bir qiymətli hədiyyə kimi qəbul etməsini,onu Bakıda nəşr etdirəcəyini bəyan etməsini göstərir.Doğrudan da böyük şair əhdə vəfa edib, həmin əsəri 1921-ci ildə Bakıda nəşr etdirib.

L.Hüseynzadənin Araz şahiddir” əsəri Naxçıvan –Türkiyə ədəbi-tarixi əlaqələrini öyrənmək baxımından əvəzsiz bir qaynaqdır.

Görkəmli maarif xadimi,yorulmaz tədqiqatçı L.Hüseynzadənin xidmətləri müstəqil dövlətimizin rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyev əziz müəlliminin xalqımız qarşısında fədakar xidmətlərini yüksək qiymətləndirərək deyib: “Lətif Hüseynzadə özü bir tarixdir”.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bir əsrdən artıq mənalı və şərəfli bir ömür yaşamış L.Hüseynzadənin 100 illik yubileyinin  qeyd edilməsi haqqında 11 sentyabr 2002-ci il tarixdə sərəncam imzalayıbdır. Sərəncamda da qeyd edildiyi kimi Ləif Hüseynzаdə geniş yаrаdıcılıq imкаnlаrınа və dərin biliyə mаliк аlim-tədqiqаtçı, sаlnаməçi, хаlqınа, оnun tаriхinə, mədəniyyətinə bаğlı ziyаlıdır. Bütün mənаlı ömrünü Аzərbаy­cаn pedаqоji fiкrinin inкişаfınа, tədqiqinə və təbliğinə həsr edib, хаlqа sədаqətlə хidmət göstəribdir. Ömrünün 80 ilini хаlq mааrifinin inкişаfınа həsr edən görкəmli pedаqоq Lətif Hüseynzаdə Аzərbаycаn хаlqının əvəzedilməz lideri, dünyа şöhrətli siyаsətçi Möhtərəm Heydər Əliyevin Аzərbаycаn dili və ədəbiyyаtı fənni üzrə müəllimi оlubdur.

Gərkəmli maarif xadimi , filoloq Lətif Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 11oktyabr 2002-ci il tarixli fərmanı ilə pedaqoji sahədə böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Bir əsrdən artıq mənalı ömür yaşamış görkəmli filoloq Lətif Hüseynzadə Naxçıvan ədəbi mühitinin ən parlaq simalarından biri kimi ədəbi-mədəni tariximizdə daim yaşayacaqdır.

                                                                        Əbülfəz Quliyev

                                                                                 AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR