24 Dekabr 2024, Çərşənbə axşamı


Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

 Xidmətin mətbuat xidmətindən bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev  hamiliklə bağlı ilk onlayn görüşün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə aparılan işlər və qarşıda duran vəzifələrdən danışıb.

Xidmətin əməkdaşları tərəfindən tələbələrə layihələrin idarə edilməsi mövzusunda onlayn təlim-məşğələ keçirilib, innovativ ideyalar əsasında uğurlu layihə hazırlanmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. Layihənin planlaşdırılması, komandanın formalaşdırılması, büdcənin hesablanması slaydlar vasitəsilə diqqətə çatdırılıb.  

Sonra praktiki məşğələlər zamanı tələbələr tərəfindən Naxçıvan Dövlət Universitetinin ərazisində aparılmış geodeziya ölçmələri əsasında hazırlanmış yerquruluşu planları təqdim olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR