24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Dövlət Miqraisy Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsininn verdiyi məlumata görə  ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti mayın 1-dən 31-dək bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürülməsi tələb edilmir. Zərurət olduğu təqdirdə həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin “Facebook”, “Twitter” səhifələrinə müraciət etmək və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq xahiş olunur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR