24 Dekabr 2024, Çərşənbə axşamı

Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur. Dünyada geniş yayılmış “Covid-19” virus infeksiyasının yaratdığı problemlərə baxmayaraq tələbələrin bu dərslərdən yararlanmaları üçün ali təhsil ocağının malik olduğu informasiya kommunikasiya texnologiyaları dəyərləndirilərək mütəxəssislərlə onlayn əlaqə yaradılır. Belə tədbirlərin davamı olaraq Universitetin Tibb fakültəsinin professor müəllim heyəti, həkim-rezident və tələbələri üçün Türkiyə Respublikası Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə “Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarında ali təhsil alanlarla yanaşı İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin də qatıldğı treninqdə 150-dən çox iştirakçı olub.

 Universitetin rektoru, dosent Elbrus İsayev seminarı giriş sözü ilə açaraq qeyd edib ki, hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus infeksiyasının bugün Azərbaycanda və muxtar respublikada geniş yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görülür. Əhalinin maarifləndirilməsinin, insanların psixoloji savadlılığının önəm kəsb etdiyi bir dövrdə tələbə-gəncliyin də bu cür treninqlərdə iştirakının vacibliyi vurğulanıb. Keçirilən mühazirələrin, treninqlərin davamlılığını təmin etmək üçün bu seminarın əhəmiyyətinin böyük olduğunu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.   

Seminar-treninqdə tibb elminin mühüm sahələrindən biri olan  psixiatriya elminin tarixinə nəzər salınıb, psixi xəstəliklər haqqında ətraflı məlumat verilib. Psixiatriyanın aktual məsələləri, müasir dövrdə insanlarda daha çox rast gəlinən psixi pozğunluqların və problemlərin həllinə erkən yanaşmalar müzakirə olunub. Qeyd edilib ki, 90 faiz psixi xəstəliklərin yaranma səbəblərini tapmaq qeyri-mümkün olacaq, çünki səbəbləri tapmağa insan beynindən daha güclü cihaz lazımdır. Professor Vahdet Gül “Covid-19” virusunun insanlara psixoloji təsirindən də danışaraq qeyd edib ki, dünyada bu virusa yoluxma və ölüm saylarının artması ilə əlaqədar bir çox insanlarda koronofobiya xəstəliyi yaranıb. Bildirilib ki, əhval-ruhiyyənin pessimizmə köklənməsi virusa yoluxmaq riskini bir o qədər artırır. Qorxu və həyəcanın davamlı problemlərə səbəb olacağını söyləyən uzman psixoloq bildirib ki, həyəcan virusun özündən belə daha təhlükəli və zərərlidir. Müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, aparılan müzakirələr treninqi daha maraqlı və yaddaqalan edibQeyd edək ki, Ərzincan Binəli Yıldırım Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə və müəllim mobilliyi, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu müqaviləyə görə fakültənin hər il 25-30 nəfərlik heyəti yay istehsalat təcrübəsini bu universitetin xəstəxanalarında keçirlər. Naxçıvan Dövlət Universitetinin həkim-rezidentləri isə müqaviləyə uyğun olaraq həmin universitetdə 3-6 aylıq ixtisasartırma kurslarında olurlar. Məlumat üçün onu da bildirək ki, professor Vahdet Gül uzun illər ixtisası üzrə İngiltərə və Almaniyada təhsil alıb, bir neçə xarici dili mükəmməl bilir. Uzmanlıq sahələri psixatriya, klinik biokimya olan həkim universitetin Tibb fakültəsinin əməkdaşlarına təcrübə müddətində köməklik göstərməklə bərabər, həm də onlara elmi fəaliyyətlərində – məqalələrinini qardaş ölkədə yayımlanmasında da köməyini əsirgəməyib. 

                                           

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu olmuş və hal-hazırda İspaniyada həkim-cərrah kimi fəaliyyət göstərən, tibb üzrə fəlsəfə doktoru Elvin Əliyev də müzakirədə iştirak edib, müxtəlif sualları cavablandırıb.

                                                                                             Səadət ƏLİYEVA     

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR