23 Dekabr 2024, Bazar ertəsi

CNN türk kanalı 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli film hazırlayıb.

Türkiyənin CNN kanalında Fülya Öztürkün hazırladığı Vətən Müharibəsindən bəhs edən qısametrajlı film göstərilib.

Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.

Ardını oxu...

Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”

Bunu Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik.

Bunu Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Azərbaycan Prezidenti Şuşada Cıdır düzündə Novruz tonqalı yandırıb.

 Birinci vitse-prezident Mehriban Əliyeva videogörüntünü “İnstaqram” səhifəsində paylaşıb.

Ardını oxu...


14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqəninmüsahibə mərhələsi 24 fevral – 13 mart 2021-ci il tarixlərdə keçirilib. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (96 nəfər), Dövlət Statistika Komitəsi (76) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (38 nəfər) olub.

Ardını oxu...

19 Mart Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ruhunu hörmətlə yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Ardını oxu...

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərar verib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

  • 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
  • 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
  • 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
  • 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
  • 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
  • 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
  • 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
  • 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
  • 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

Son günlər yoluxma sayında artım müşahidə olunur. 18 mart tarixində isə üç nəfərdə Britaniya ştammı aşkar edilib.

Brifinqdə karantin rejiminin sərtləşdirilməsilə bağlı qərarlar açıqlanır.

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndinə əsasən vətəndaşların ilkin hərbi qeydiyyata alınması işinin təşkili və təmin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında duran əsas vəzifələrdəndir. Bununla əlaqədar vətəndaşların ilkin hərbi qeydiyyata alınması işinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən daim nəzarətdə saxlanılır və bu işin təkmilləşdirilməsi, eləcə də mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində təhlillər aparılır və zəruri tədbirlər həyata keçirilir.

İlkin hərbi qeydiyyat - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində müddətli həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının qeydiyyata alınmasıdır.

          Çağırışaqədər yaş həddində olan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması aşağıdakı məqsədlərlə həyata keçirilir:

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 Azərbaycan  xalqının ən qədim bayramları içərisində Novruz  bayramı öz həyatiliyi ilə daha çox seçilir, daha çox fərqlənir. Novruz bayramlar bayramı, şənliklər şənliyi, xalqın ümumi sevincidir. Bu bayram xalq bayramlarımızın bəzilərinin özülü, bünövrəsi, başının tacı-zirvəsidir.                                 

       Min illər boyu  Novruz bayramı Azərbaycanda el şənliyi, el bayramı kimi geniş keçirilmişdir.  Bəzi tədqiqatçılar ən gözəl milli-mənəvi  dəyərlərimizdən biri olan Novruz bayramını neçə il bundan əvvəl yarandığını söyləyirlər. Bu onu göstərir  ki, Novruzun izləri Zərdüşt Peyğəmbərin dövründən əvvələ gedib çıxır. Belə qədim  tarixə malik olan bu bayram böyük  el şənliyi kimi Azərbaycanın hər bir bölgəsində təmtəraqla qeyd olunur.

        Milli – mənəvi dəyərlərimizin ən böyük hamisi olan ulu öndərimiz Heydər Əliyevin dediyi  kimi: “... İndi, Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra  Novruz  bizim dövlət bayramımız olubdur. Buna görə də xalqımız  gözəl  ənənələrimizi son illərdə sürətlə bərpa edərək respublikamız, xalqımız bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir”.

       Qədim tarixə malik olan, özündə çox qiymətli tarixi izləri qoruyub  saxlayan  qədim diyarımız  Naxçıvanda da bu bayram lap qədim dövrlərdən keçirilir. Bu gün də bölgəmizin hər bir güşəsində Novruz şənlikləri əsl toy – bayrama çevirilib. Bu şənliklərdə qədim adət- ənənələrə, etiqadlara ciddi əməl olunur.

Ardını oxu...

Müdafiə naziri Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan Novruz, yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Azərbaycan xalqı qədim zamanlardan müasir günümüzədək Novruz ənənələrini inamla qoruyub saxlayıb. Tariximizin ən sərt dönəmlərində belə xalqımızın Novruz bayramını özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd etməsi də xalqımızın öz milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Ardını oxu...

Türk xalqının ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 106-cı ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvanda tədbir keçirilib.
Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyəti Ticarət nazirinin müavini və Gömrük İdarəsinin rəisi Rza Tuna Turaqay, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səhət Həbibbəyli, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə ordusunun zabitləri, bir sıra təşkilat və media nümayəndələri, türkiyəli tələbələr iştirak ediblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən sayılan insan sağlamlığı, təhlükəsiz yaşayış kimi həyativacib iki faktorun əsasında fəaliyyətini quran səhiyyə sisteminin və polis orqanlarının hərtərəfli inkişafı, bu sahələr üzrə istər texniki imkanlar, istərsə də kadr islahatı baxımından əldə olunan nailiyyətlər ümumi rifaha xidmət edir. Təsadüfi deyil ki, müasir dövrdə baş verən qlobal proseslər zəminində mütəşəkkil hal alan qanun pozuntuları, cinayətkarlıq, eləcə də müxtəlif xəstəliklər, xüsusilə də bəşəriyyətin yeni bəlasına çevrilən pandemiya dünya ölkələrinə, şəhərlərinə hərtərəfli zərər vurmaqda davam etsə də, muxtar respublikamızda belə xoşagəlməz vəziyyətlər müşahidə olunmur. Bütün bu qabaqlayıcı tədbirlərin, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələn, işinə məsuliyyətlə, vicdanla yanaşan səhiyyə və polis orqanları işçilərinin fədakar əməyi də təqdirəlayiqdir. Onlardan bir neçəsi ilə əlaqə saxlayıb fəaliyyət istiqamətlərindən, həyata keçirdikləri işlərdən söhbət açmağa çalışdıq.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı fеvrаl ayında da təmin еdilmişdir.

Ardını oxu...

(esse)

Qış son günlərini, saatlarını sayıb bir göz qırpımında yola düşdü. Yavaş-yavaş dağların qarı əriməyə başladı. Yaz da yaxın məsafədə sağına-soluna baxa-baxa öz növbəsini gözləyirdi. Hazırlığını da görmüşdü gəlmək üçün. Gözəl bir günün gözəl bir səhəri yaz məftunedici gəlişi ilə yeni ilə qədəm qoyacaq. Hər yerdə yaşıllıqlar xalı olub yeri qucaqlayacaq, gül-çiçəklər ahəstə-ahəstə düzülüb qol-boyun olacaq. Möhkəmcə, doğmaca sarılacaq bir-birinə...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncam və həmin sərəncama əsasən tədbirlər planının təsdiq olunması bu taleyüklü möhtəşəm müqavilənin böyük siyasi, hüquqi və tarixi əhəmiyyətini bir daha təsdiqlədi. Bununla bağlı tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli ilə həmsöhbət olduq, ona bir neçə sualla müraciət etdik: 

– Adıçəkilən müqavilə ilə bağlı bir tarixçi-alim kimi fikirlərinizi bilmək maraqlı olardı...
– Moskva və Qars müqavilələrinin bağlanmasına həmin dövrün bilavasitə və ya dolayısı ilə Azərbaycanla bağlı olan regional və beynəlxalq siyasi reallıqlar prizmasından baxmaq lazımdır. Ona görə də bu reallıqlar, düşünürəm ki, ən azı 4 istiqamətdə nəzərdən keçirilərsə, onların əhəmiyyəti daha qabarıq görünə bilər:

Ardını oxu...

Azərbaycanda vaksinasiya prosesi aparılmasaydı, COVİD-19-a yoluxma sayı daha da yüksək ola bilərdi.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

İndiyədək 500 minədək insanın vaksin vurdurduğunu deyən V.Əliyev bunu yüksək rəqəm sayıb.

O, bir çox ölkələrin vaksinasiyaya hələ yeni başladığını, artıq vaksinin alınmasının da çətin məsələ olduğunu söyləyib.

TƏBİB nümayəndəsinin sözlərinə görə, pandemiya dövründə sərt karantin qaydalarının tətbiq edildiyi müddətdən bir qədər sonra yoluxma sayında azalmalar baş verir. Yumşalmalar isə yenidən yoluxma sayında artımlara səbəb olur: "İndi də yumlaşma dövrü olduğu üçün sayda artımın olması baş verir".

V.Əliyev qeyd edib ki, yoluxma sayının artmaması üçün əhali arasında virusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi lazımdır:

"Bunun üçün ilk tədbir ara məsafənin saxlanılması, tibbi maskadan istifadə, izolyasiyanın təmin edilməsidir. Bunun ikinci yolu isə vaksinasiyadır. Artıq tibb işçiləri vaksin edilib, yaşı 50-dən çox olan insanların vaksinasiyası hazırda həyata keçirilir".

Mütəxəssis bildirib ki, Azərbaycan peyvəndi ilk istifadə edən ölkələrdəndir: "Bu baxımdan biz vaksinasiyanın başlanılmasında gecikməmişik".

 

 

 

 

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib.

O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

"Ölkə içində və xaricdə davam etdirdiyimiz mübarizəmizdə əldə etdiyimiz uğurlarda ən böyük pay şəhid və qazilərimizə məxsusdur. Onların qəhrəmanlıqları və fədakarlıqları heç bir zaman unudulmayacaq".

 

 

 

 

Dünya hərb tarixinin ən güclü savaşlarından biri olmuş Çanaqqala zəfərindən 106 il ötür. 1915-ci ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlayan və Antanta birliyi kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxan türk əsgəri öz qətiyyəti, cəsarəti və böyük qəhrəmanlığı ilə düşmənlərini geri oturdaraq adını tarixə yazdırmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Televiziyasının Naxçıvan Muxtar Respublikası miqyasında yayımının təqdimat mərasimi keçirilib.
Tədbirdə Universitet Televiziyasının efiri izlənilib. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edərək muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində universitetdə yaradılan müasir tədris şəraitindən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, muxtar respublikanın jurnalist kadrlarına olan ehtiyacı nəzərə alınmaqla universitetdə 2001-ci ildən Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bildirilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı, ixtisas müəllimlərinin, Media Mərkəzinin işçi heyəti və tələbə-jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayıma başlayıb. Vurğulanıb ki, televiziya həftənin I, III və V günləri saat 11-dən 15-dək efirdə olur. Rektor gənc jurnalist kadrların peşə hazırlığının yüksəldilməsi və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün kollektivin birgə əməyinin zəruriliyini qeyd edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikatlaşdırmaya cəlb olunurlar.

Ardını oxu...

Bu günlərdə ölkə başçısı cənab İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər.

Bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib:

"Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir. Aşağıdakı fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub".

Martın 17-də işğaldan azad olunmuş ərazilərə media nümayəndələrinin səfəri təşkil olunub.

Jurnalistlər martın 15-də prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olublar.

Şuşada qala divalarının girişi bərpa olunub.

Qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.

Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məğul olub.

Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.

 

 

 

 

(esse)

Azərbaycan ədəbiyyatının ölməz siması sayılan Mikayıl Müşfiq bir zaman yazırdı: “Bu yaz başqa bir yazdır...” Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu Novruz 30 illik həsrətin sonu, Şuşada, Laçında, Kəlbəcərdə qalanan tonqal, bu torpaqlarda gələcək üçün tutulan arzu, dilək deməkdir. Necə də xoşdur min illik adəti, baharın gəlişini babalardan bizə yadigar qalan Azərbaycan torpağının Qarabağ adlı guşəsində də qeyd etmək!!! Hər qarışı, daşı, torpağı, çayı, meşəsi yadırğayıb bu kəlməyə, Novruz tonqalının hərarətinə. Bu müqəddəs bayramımıza sayılı günlər qaldıqca, sanki igidlərin qanı ilə suvarılan Murovdağın yamacları elə bu gün gülə, çiçəyə qərq olmaq istəyir. Qarabağ düzləri, meşələri, “Gəl, bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar deyil, doğma Azərbaycan dilində aşıq şeirləri, şən-şaqraq musiqilər, nəğmələr dilə gəlsin”– deyir.

Ardını oxu...

Naxçıvandan Sədərəyə uzanan magistral yolboyu dəfələrlə seyr etdiyim müasir evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, əkin sahələri insanların yaşayışından, xoş güzəranından soraq verir. Yazın gəlişi onsuz da gözəl olan diyarımızın bu gözəlliyinə xüsusi rəng qatıb. Yolların ətrafındakı qoca ağaclardan tutmuş körpə fidana kimi oyanmağa, bahara “xoş gəldin” deməyə can atır. Həmişə işgüzarlığı ilə fərqlənən Şərur elinin kənd adamları əkin yerlərində torpağa alın tərini qatır, ona can verir. Rayonun Maxta kəndindən keçib Dəmirçiyə üz tuturuq.

Ardını oxu...

Ölkə ərazisində martın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Martın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

 

 

 

 

 

 

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.

Anadan olmasının 81-ci ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

Ardını oxu...

Azərbaycanda bu günə kimi 458 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:

"Martın 15-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10,518 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 458,958 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir".

 

 

 

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində “Elektroenergetikanın müasir problemləri” mövzusunda onlayn elmi-nəzəri seminar keçirilib.

“Elektroenergetika mühəndisliyi” ixtisası tələbələri üçün mühüm əhəmiyyət daşıyan elmi-nəzəri seminarda giriş sözüylə çıxış edən universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov hər kəsi salamlayıb, seminarın işinə uğurlar arzulayıb. Qeyd edilib ki, bu cür tədbirlər tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malikdir.  

Ardını oxu...

Qədim yurdumuzun hüsnünə xüsusi gözəllik verən Yaz fəsli qədəmlərini yavaş- yavaş qoyduqca torpağa elimiz gözəlləşir, çiçək açır. Hara baxırsan, haraya üz tutursan, bağında, bostanında yaz qayğılarını çəkən insanlara rast gələrsən. İlin bu vədəsində Şərur rayon Danyeri kənd sakini, ailə təsərrüfatı sahibi Yaqub Həsənovun da işi çoxdur, o bağları səliqəyə salmaqla məşğuldur. Bu qədər ağacın məhsulunu harada və necə satışa çıxarır,  – deyə maraqlanır, onunla həmsöhbət oluruq:

 – Uzun illərdir, bağçılıqla məşğul oluram. Yetişdirdiyim məhsulun şəxsi istifadədən artıq hissəsini bazara çıxarıram. Amma məhsul eyni vaxtda yetişdiyindən az bir müddətdə bazarda satıb qurtara bilmir, min bir əziyyətlə ərsəyə gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxu zay olurdu. Son illər muxtar respublikamızda tikilib istifadəyə verilən soyuducu anbarlar, emal və sənaye müəssisələri bu problemi aradan qaldırıb. Yetişdirdiyimiz  məhsulun daimi alıcısı olduğuna inanıb daha səylə çalışır, daha çox məhsul əldə etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstəririk. Bağlarımızda yetişdirdiyimiz meyvələr öz emal müəssisələrimizdə istehsal olunaraq süfrəmizə gəlir. Bilirik ki, içdiyimiz meyvə suyu təmiz şəkildə qatqı maddələri qatılmayaraq emal edilib. Həm emal və sənaye müəssisələri yerli xammalla təchiz edilir, həm də bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz məhsul zay olmur. Uzun illərdir, bağçılıqla məşğul olduğunu deyən Yaqub əmi onu da diqqətimizə çatdırır ki, vaxtı ilə sovetlər dönəmində indi işlədiyimizdən də çox çalışsaq da, zəhmətimizin bəhrəsini görə bilmirdik. Yetmiş il istismar edildiyimizi həmin quruluş dağılanda hiss etdik. Müstəqilliyi yeni qazandığımız illərdə çox çətinliklərlə üzləşsək də, xalqımızın ulu öndərinin qayıdışı yurdumuza can verdi. Dahi rəhbərin uzaqgörənliyi ilə torpaq əsl sahibinə qaytarıldı. Həmin illərdə əsası qoyulan torpaq islahatları bu gün öz bəhrəsini verir. Ali Məclis Sədrinin  diqqət və qayğısı ilə istifadəyə verilən soyuducu anbarlar, emal müəssisələri  bizim işimizi daha da asanlaşdırır. Bu gün kəndli əlinin qabarı, alnının təri ilə yetişdirdiyi məhsulu istədiyi kimi dəyərləndirir. Bu imkanı isə dövlətimiz bu sahədə gördüyü işlərin sayəsində edir. Bu il də bol, bərəkətli olacaq inşallah. Bağlarımızda yetişdirdiyimiz alma, şaftalı, gilənarın bol olması o deməkdir ki, süfrələrimiz də onlardan hazırlanmış meyvə məhsulları ilə dolacaq. Həm ucuz, həm də keyfiyyətli. Zəhmət adamı ilə söhbətimizdən sonra emal müəssisəsi ilə tanış olmaq qərarına gəlirik.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə Uzlaşma Planı”na əsasən komanda-qərargah təlimi keçirilib.
Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2021-ci il mart ayının birinci yarısında bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 5 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilmişdir.

Ardını oxu...

Qədim türkün dünya duyumunda Od çərşənbəsinin rəmzi mahiyyəti

İlin son ayının 4 çərşənbəsi xalq təqviminə əsasən İlaxır çərşənbələr adlanır. Su, Torpaq, Yel çərşənbələrinin ardınca Günəş, istilik simvolu olan Od çərşənbəsi torpağı tamamilə dirildir, canlandırır. Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır. Qədim türk mifologiyasına görə odu Göy Tanrı veribdir.

Ardını oxu...

Naxçıvan Azərbaycanın tarixən formalaşmış ən mühüm regionlarından biridir. Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılmışdır. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi-siyasi vəziyyətdir. Muxtariyyət statusunu rəsmiləşdirən isə Moskva müqaviləsidir. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə və Rusiya arasında bağlanmışdır. Beynəlxalq müqavilə statusunu almış Moskva müqaviləsindən 100 il keçir.

Həmin dövrdə beynəlxalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Rusiya ilə Türkiyənin yaxınlaşmasına, onlar arasında isti münasibətlərin və son nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin baş tutmasına gətirib çıxardı. Əslində, bir sıra dövlətlər Rusiya-Türkiyə yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub edib, özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bolşevik hökumətini devirmək, inqilabi Türkiyənin köməyi ilə çevrilişlə Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə yaxınlaşmasına yol verməməyə çalışırdılar.

Ardını oxu...

İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir: "Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq".

 

 

 

Azərbaycan üçtərəfli razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirib və bütün hərbi əsirləri Ermənistana qaytarıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransına deyib.

C.Bayramov bildirib ki, hazırda Azərbaycanda saxlanılan ermənilər hərbi əsir hesab edilmirlər:

“Hərbi əsirlərin dəyişdirilməsi barədə məsələyə bir daha münasibət bildirmək istərdim. Azərbaycan tərəfinin bununla bağlı mövqeyi var, üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirlər qarşı tərəfə təhvil verilib. Hətta Azərbaycan tərəfindən Ermənistana təhvil verilən əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından qat-qat çoxdur.

Hazırda mövcud ola məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, həmin ermənilər hərbi əsirlər hesab olunmur. Bu insanlar hərbi əməliyyatlar başa çatdıqdan sonra, 26 noyabrda Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq göndərilən hərbçilərdir ki, onlar cinayət törədib, həm mülki vətəndaşları, həm də hərbçilərimizi qətlə yetiriblər. Həmin insanlarla bağlı Azərbaycan qanunvericiliyinə uyğun istintaq tədbirləri aparılır.

Gələcəkdə belə hallara yol verməmək üçün üçtərəfli bəyanata əməl etmək vacibdir”.

 

 

 

 

Ermənistan hərbçilərini mülki avtomobillərlə Azərbaycan ərazisinə keçirməyə cəhd edir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransına deyib.

C.Bayramov bildirib ki, Azərbaycan tərəfi bu barədə hesabatlar hazırlayaraq beynəlxaq təşkilatlara təqdim edib: “Biz beynəlxalq təşkilatlara lazımi məlumatlar vermişik. Bu istiqamətdə bütün beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidirlər. Regionda sülhün bərqərar olması üçün hər bir tərəf öhdəliklərini yerinə yetirməlidir”.

Regiondakı hazırkı vəziyyət xarici işlər naziri Ceyhun Bayramovla danışıqların əsas müzakirə mövzusu olub.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

Ötən ilin 10 noyabr üçtərəfli bəyanatından sonra regionda vəziyyətin əsaslı şəkildə dəyişdiyini deyən A.Linde həmin sənədə öz dəstəyini ifadə edib.

O bildirib ki, ikitərəfli münasibətlərin inkişafı da İsveç üçün çox vacibdir.

 

 

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycan Respublikasına işgüzar səfəri ilə bağlı birgə mətbuat konfransı keçirilir.

Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında səfərin məqsədi, müzakirə olunan məsələlər, gələcək planlar və digər məsələlər barəsində jurnalistlərin sualları cavablandırılır.

            Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol mədəniyyət, həyat, iqtisadiyyatdır. Yollarin abad, səliqəli, rahat, geniş  olması təkcə nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb etmir, həmçinin ölkənin qüdrətindən, iqtisadi gücündən xəbər verir.  

          Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Bu amil ölkəmizin tranzit əhəmiyyətini xeyli artırır. Respublikada görülən yol inşaat işlərinin miqyasının ölçüyəgəlməz dərəcədə geniş olmasında bu faktorun da yeri var. Son illər aparılan quruculuq işlərinin bir hissəsi olaraq  bölgələrdə kənd və qəsəbə yolları  təmir olunur, yeni istiqamətdə nəqliyyat qovşaqları yaradılır.

          Dövlət səviyyəsində bu sahəyə maraq həmişə olub və nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzindədir. Artıq bir neçə ildir ki,  ölkəmizin avtomobil yolları şəbəkəsinin saxlanılması, təmiri, yenidən qurulması və tikintisi layihələri hazırlanıb. O da faktdır ki, yol tikinti işlərinin keyfiyyətli görülməsi işlərində  inşaat və yol işləri texnikasinin tətbiqindən çox şey asılıdır.  Bu istiqamətdə işlər Naxçıvan Muxtar Respublikasında da əhəmiyyətli dərəcədə nəzərə çarpır.  

Ardını oxu...

Apreldə keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, DİM tərəfindən 2021-ci ildə keçiriləcək imtahanların siyahısı haqqında yanvar ayının sonlarında məlumat verilmişdi. Həmin vaxt fevral və mart aylarında keçiriləcək imtahanların qrafiki, aprel-sentyabrda keçirilməsi nəzərdə tutulan imtahanların isə aylar üzrə ardıcıllığı müəyyən olunmuşdu.

Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

Qeyd edək ki, bütün imtahanlar yenə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Ardını oxu...

Sənədləşdirmə prosesinin asanlaşdırılması məqsədilə müharibə veteranları barədə vahid informasiya bazası yaradılır.

Bununla əlaqədar “Veteranlar haqqında” qanuna dəyişiklik təklif olunur.

Milli Məclisə təqdim olunan dəyişikliyə əsasən, qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur.

Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.

Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.

Layihə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.

 

 

 

 

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

 

 

 

 

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.

 

 

 

 

Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.

Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.

Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.

 

 

 

 

Heydər Əliyev ideallarına sarsılmaz sədaqət Naxçıvanı yeni-yeni uğurlara aparır

Ölkəmizin zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası blokadanın və pandemiyanın yaratdığı ciddi çətinliklərə baxmayaraq, qədimliyini və tarixiliyini qorumaqla sosial-iqtisadi baxımdan sürətli inkişafını uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, fədakar naxçıvanlıların səyləri nəticəsində burada bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilir, yeni yollar çəkilir, milli və müasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, istirahət bağları və parkları, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılır, istehsal müəssisələri yaradılır. Bir sözlə, ulu öndərimiz Heydər Əliyev ideallarına sarsılmaz sədaqət nümayiş etdirən Naxçıvan iqtisadi, sosial və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Dövlətimizin başçısının dediyi kimi: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”. Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bunu bir daha aydın şəkildə görmək olar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR