23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində “Elektroenergetikanın müasir problemləri” mövzusunda onlayn elmi-nəzəri seminar keçirilib.

“Elektroenergetika mühəndisliyi” ixtisası tələbələri üçün mühüm əhəmiyyət daşıyan elmi-nəzəri seminarda giriş sözüylə çıxış edən universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov hər kəsi salamlayıb, seminarın işinə uğurlar arzulayıb. Qeyd edilib ki, bu cür tədbirlər tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malikdir.  

Azərbaycan Elmi-tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun professoru Rüfət Kəlbəliyev ənənəvi və qeyri-ənənəvi saf ekoloji cəhətdən təmiz enerji mənbələrindən elektrik enerjisi alınma prosesi haqda məlumat verib. Professor Memarlıq və mühəndislik fakültəsində mövcud olan günəş və külək enerjisinin fakültənin enerji təminatının 50 faizini ödəmisini yüksək məmnunluqla qarşılayaraq tələbələrin dərslərinin təcrübi sürətdə keçmələri üçün yaradılan şəraitin xüsusi əhəmiyyət daşıdığını irəli çəkib. Hidroenergetikada SES-ləin güclərinə görə növləri, çayların sululuq dərəcəsi, topoqrafik şəraitdən asılı olaraq çaylar üzərində SES-in tikilməsindən danışan professor həmçinin, İES-da istifadə olunan yanacağın növləri, yanma prosesi, qaz, mazut, kömür kimi yanacaq materiallarının xarakteristikası, alınması haqda danışıb. Sonda atom elektrik stansiyalarında istifadə olunan uranın uran filizindən alınması prosesi və onun 3 izatopu barədə məlumat verilib.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR