23 Dekabr 2024, Bazar ertəsi

Şair Xanəli Kərimlinin bu misrasını yazının başlığına ona görə çıxardım ki, şəhidlərimiz haqqında deyilən təşbehlər içərisində bu lap öndə durur. Bəli, ocaq adlanan Vətəndə od yoxdursa, o, ocaq deyil. Bu gün ruhları başımız üstdə gəzən şəhidlərimiz öz şəhadətləri ilə ata-baba əmanəti olan Vətənin müqəddəs bir ocaq, şəhidlərimizin isə bu ocağın odu olduğunu sübut etdilər.

Ardını oxu...

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib, aktiv xəstə sayı 32 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.

Türkiyə 1915-ci il qondarma "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib.

Türkiyədə "1915-ci il hadisələri beynəlxalq konfransı" adlı tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, həmin hadisələri bir sıra dövlətlər öz maraqları çərçivəsində siyasiləşdirir.

O əlavə edib ki, Türkiyə dəfələrlə bu hadisələrin araşdırılması məqsədilə arxivlərin açılması üçün çağırışlar edib.

"Prezidentimizin də dəfələrlə səsləndirdiyi bu çağırışlar, arxivlərin açılması təklifi həqiqətə uyğun çağırışdır".

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarına əlavə edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Yeni əlavəyə görə, dövlət sifarişi yerləri tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qaldığı halda, Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin yerlərə eyni ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi, eyni ixtisas (ixtisaslaşma) üzrə təhsilalan olmadıqda isə eyni ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi yerləşdiriləcək.

Türkiyənin Muğla əyalətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi yayıb.

Yeraltı təkanların episentri Datçadan 33,49 km aralıda yerləşib.

Zəlzələnin ocağı 7,17 km dərinlikdə olub.

 

 

 

Dövlət İmtahan Mərkəzi aprelin 29 və ya 30-da keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində*, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün , aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir.

Ardını oxu...

Məktəbli vaxtlarımda müəllimimiz uşaqlıq illərinin yadımızda qalan xatirələri haqqında inşa yazmağı tapşırdıqda həmişə kəndimizi xatırlayırdım – qayğısız illərimin keçdiyi Vayxır kəndini. Muxtar respublikamızın xəritəsində kiçik bir nöqtə qədər olsa da, mənim üçün çox böyük bir dünya idi kəndimiz!

Əvvəlcə onu deyim ki, Vayxır kəndinin tarixi çox qədimdir. Yaxınlığında Govurqala adlı qədim bir müdafiə istehkamı da var. Kəndin ərazisində çıxan eyniadlı mineral bulaq da ölkə səviyyəsində çox məşhurdur. “Badamlı”, “Sirab”la yanaşı, “Vayxır” suyunun da adı tez-tez çəkilir.

Ardını oxu...

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

18 mart 1926-cı il. Sübhçağı. Gənc sərhədçilər – Andrey və həmyerlisi Gerasim Araz çayı kənarındakı torpaq səddin altında düzəldilən mağarada oturub dövlət sərhədini diqqətlə müşahidə edirdilər. Onların növbədə olduqları yer “Artlu-Təzəkənd” zastavasından 3 kilometr aralıda idi.
Andrey böyük növbətçi sərhədçi olduğundan burada baş verəcək hər bir hadisəyə cavabdeh idi. O bilirdi ki, Arazın suyu az olan keçid yeri bura yaxındır. Artıq sərhədçilərin hər ikisi də ayaq səslərini aydın eşidirdilər. Birdən 3 nəfər dövlət sərhədi yaxınlığında göründü. Andrey əla hazırlıqlı sərhədçi olduğundan bildirdi ki, bunlar kəşfiyyat aparırlar. Dəstənin digər üzvləri onların işarəsini gözləyirlər ki, dövlət sərhədini təhlükəsiz keçsinlər. Elə o düşündüyü kimi də oldu. 20 nəfərlik dəstə göründü. Onlar mülki əhalidən oğurladıqları sürünü həmin keçiddən keçirmək istəyirdilər.

Ardını oxu...

Qarşınızda bir kitab var. İlk səhifədən sizi özünə bağlayacaq bu kitab dünyanın ən qədim, ən gözəl və ən cazibədar bir diyarından – Naxçıvandan danışır. Fotoların dili ilə həmsöhbət olduqca kitabda bir-birindən maraqlı hekayələrlə tanış olacaqsınız. Zəngəzurdan Xan Araza, Sədərəkdən Ordubada qədər səyahətə çıxdığınız zaman sirli-sözlü dağların bitib-tükənməyən gözəllikləri, bu torpaqlarda əbədi məskən salmış qalaların əzəməti, xalı naxışlı çəmənlərin qovuşan rəngləri və çılpaq qayaların sərt sıldırımları bu hekayələrin romantik qəhrəmanları kimi Naxçıvanın dörd fəslinə bələdçilik edəcək. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Ardını oxu...

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış davam edir.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Ardını oxu...


Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.   

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib. İlk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.  Praktiki məşğələlər zamanı zabitlərə müdafiə döyüşü üzrə hava hücumundan müdafiə, raket-artilleriya və tank bölmələrinnin fəaliyyəti nümayiş olunub.    

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir. Belə ki, “Tələbə yataqxanalarından istifadə Qaydaları”, “Tələbə yataqxanalarında yaşayış sahəsinin kirayə müqaviləsinin Nümunəvi Forması” və “Tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği” təsdiq edilmişdir. Müvafiq qaydalara əsasən tələbələr yataqxanaya tələbə ilə yataqxana müdiriyyəti arasında bağlanan kirayə müqaviləsi əsasında yerləşdirilirlər və bu məqsədlə növbəti dərs ili başlayanadək yataqxanada yaşamaq istəyən tələbələrin qeydiyyatı aparılmalıdır.

Ardını oxu...

Çin Xalq Respublikasının Çunçin şəhərində “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum”un imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən məlumata görə, memorandumu Naxçıvan Muxtar Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, Çin Xalq Respublikasının Çunçin şəhər Xalq Hökuməti adından isə Çunçin şəhərinin Meri Tan Lienci imzalayıblar.

Ardını oxu...

Ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsini fəth edən unudulmaz alim, akademik Zərifə xanım Əliyeva bütün varlığı ilə nur saçan bir insan idi. Elə buna görə də təsadüfi deyil ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək amalına xidmət edirdi. Zərifə xanımın təbib əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Geniş qəlbindən və dərin zəkasından çağlayan nur seli onu tanıyan insanların mənəvi dünyasına daim işıq salır.
Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 98, əbədiyyətə qovuşmasının 36-cı il­dönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov aprelin 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin,hərtərəfli strateji əlaqələrin, eyni zamanda, muxtar respublika ilə qurulmuş yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsində, genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafındakı xidmətlərinə görə səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikası adından təşəkkür edib.

Ardını oxu...

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Ardını oxu...

Türkiyədə yerli istehsal olan ilk "hava-hava" tipli raketin sınağı keçirilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Serkan Abdıkərimovla görüşüb. Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə sıx əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, rəsmi səfərlər və digər maraqlı məsələlər barədə səmimi müzakirələr aparılıb.

Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Çünki bütün bunlar insanda ən ali keyfiyyət olan vətənpərvərlik hisslərinin formalaşdırılmasında, gücləndirilməsində başlıca amildir. Vətənpərvərlik isə insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Ardını oxu...

Azərbaycanın geostrateji baxımdan çox əhəmiyyətli bir regionu olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən infrastruktur layihələri və inkişaf proqramları burada uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün güclü bazanın formalaşmasına yol açıb. Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikada daxili imkanlardan səmərəli və qənaətlə istifadə olunması, mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilməsi yüksəlişi təmin etməklə yanaşı, çoxsaylı yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişaf etdirilməsinə, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılmasına geniş imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, muxtar respublikada bütün işlər təxirəsalınmadan ardıcıl olaraq davam etdirilir, diyarın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, insanların rahatlığı, firavan yaşayışı üçün kompleks tədbirlər həyata keçirilir.

Ardını oxu...

Bunu ötən ayın ümumi mənzərəsindən də aydın görmək mümkündür


Böyük iftixar və qürur hissi ilə qeyd olunmalıdır ki, qədimliyi qədər müasirliyi ilə də seçilən, dinamik, çoxşaxəli inkişaf strategiyası ilə dünyada tanınan Naxçıvan yeni inkişaf mərhələsini yaşamaqdadır. Ümummilli liderin dövlətçilik siyasətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilməsi sayəsində buna nail olunmuşdur. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik” ideyası muxtar respublikamızın timsalında bütün reallıqları ilə öz təsdiqini tapmışdır. Ötən ayın ümumi mənzərəsi bunu deməyə bir daha əsas verir.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı qədim tarixi, dövlətçilik ənənələri, zəngin tarix-mədəniyyət abidələri ilə yanaşı, həm də əsrarəngiz təbiəti ilə həmişə diqqəti cəlb etmiş, insanların böyük marağına səbəb olmuşdur. Şumer əfsanələrinə görə Nuh Peyğəmbərin əfsanəvi gəmisi Naxçıvan ərazisindəki Gəmiqaya yüksəkliyində yerə enmiş, onlar buradan Naxçıvan ərazisinə yayılmışlar. Naxçıvan şəhərinin adı da buradan yaranmış, yəni Nuhun tərəfdarlarının quruya - çıxdığı yer kimi xarakterizə olunur. Buna görə də Naxçıvan diyarı müqəddəs bir məkan kimi səciyyələndirilir. Onu müqəddəs edən başqa bir amil isə bu diyarda Quranın “Kəhf” (“Mağara”) surəsində adıçəkilən Əshabi-kəhf (Mağara adamları) ziyarətgahının olmasıdır.

Ardını oxu...


Aprelin 10-da Naxçıvan Televiziyasında yeni çəkiliş və efir avadanlıqlarının təqtimatı olub.

“Naxçıvan Muxtar Respubikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri  Sahil Tahirli bildirib ki, son illər teleradionun maddi-texniki bazası xeyli möhkəmləndirilib, 2013-2020-ci illərdə 500 min manat dəyərində yayım və çəkiliş avadanlıqları alınıb. Bu tədbirlərin davamı kimi, daha 70 min manat dəyərində  ən müasir efir və çəkiliş avadanlıqları teleradionun istifadəsinə verilir. Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində alınan və tapşırığı ilə təqdimatı keçirilən avadanlıqlar texniki və yaradıcı işin keyfiyyətini daha da yüksəldəcək.

Ardını oxu...

Konfransa şuranın üzvü Davud Süleymanov sədrlik edib. Gündəlik təsdiq edildikdən sonra Naxçıvan Şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əli Həsənovun hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, Naxçıvan MuxtаrRespublikаsı Аli Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bu gün muxtar respublikada bütün sаhələrdə uğurlar əldə olunub. Qazanılan nailiyyətlər Naxçıvan şəhər аğsаqqаllаrının, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.
Məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdaifə və əks hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında təşkil olunub. Məşğələlər zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.

Ardını oxu...

Ölkəmizdə dövlət siyasətinin tərkib hissəsini təşkil edən abadlıq, quruculuq işləri muxtar respublikamızda da günümüzün reallığıdır. Ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına diyarımızın ucqar və sərhəd kəndləri gözəl, abad, müasir yaşayış məntəqəsinə çevrilib. Bu il fevral ayının 5-də Ordubad rayonunun bir-birinə qonşu olan Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən yeni sosial obyektlər məskunlaşmanın artmasını, insanların həyat səviyyəsinin yaxşılaşmasını təmin etməklə bərabər, diyarımızın inkişafına, dövlət-xalq birliyinin möhkəmlənməsinə, kənd turizminin inkişafına da müsbət töhfələrini verir. Biz də Yuxarı Əndəmicdə həmin gün istifadəyə verilmiş kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası ilə tanış olduq, bu yaşayış məntəqəsindəki yenilikləri sakinlərin dilindən dinlədik. 

Ardını oxu...

Aprelin 8-də “Saat Meydanı” turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan: dörd fəsildə” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli kitabın müəllifinə və nəşrində əməyi keçənlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırmışdır.

Ardını oxu...

Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

 

 

 

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

 

 

 

 

 

 

 

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o zaman bu vacib konvensiya qüvvəyə minəcək və Xəzər dənizində qarşılıqlı əməkdaşlığın əsasını möhkəmləndirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb.

 

 

 

 

COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur.

Bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev deyib.

Onun sözlərinə görə, antibiotiklərin digər dərmanlar kimi çoxsaylı yan təsirləri var və bəziləri böyük problemlərə səbəb ola bilər:

"Ən çox görülən yan təsirlərdən biri bədəndə mövcud olan və insan üçün faydalı bakteriyaları məhv etməsidir. Məsələn, bağırsaq florasında K vitamini sintez edən və qida maddələrinin həzm olunmasına, mənimsənilməsinə cavabdeh olan bir çox köməkçi bakteriya var. Bağırsaq florasının tarazlığı pozulursa, funksiyalarını yerinə yetirə bilmədikləri üçün müalicə alan insanlarda bağırsaq problemləri tez-tez müşahidə edilə bilər. Artıq miqdarda antibiotik istifadəsinin zərərləri - xəstəxanadaxili və ya nazokomial infeksiyaların törədicilərinin yaranmasıdır. COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur. Artıq miqdarda antibiotiklərin istifadəsi həm immuniteti, həm də qanda leykosit miqdarını aşağı salır".

 

 

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və оnun struktur qurumlаrı tərəfindən mart ayı ərzində muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr icrа еdilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi mart ayında da fəaliyyətini davam etdirərək üzərinə düşən vəzifələrin icrasını həyata keçirib. Ay ərzində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv edilib.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi martın 13-də başa çatıb. Müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 341 namizəddən 235-i müsahibə mərhələsində iştirak edib, onlardan 115-i müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 90 nəfərin sənədi təyin olunmaq üçün müvafiq dövlət orqanlarına göndərilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası mart ayında da muxtar respublikanın teleradiolarının fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır.
Naxçıvan Dövlət Televiziyasının monitorinqi zamanı məlum olmuşdur ki, ötən ay televiziyanın öz məhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Mart ayında 128 televiziya verilişi efirə təqdim olunmuşdur. Sevindirici haldır ki, ötən ay yayımlanan verilişlərdə idman və gəncliyin mükəmməl harmoniyası aparıcı, müəllif, efir rejissoru və digər əməkdaşlar tərəfindən uğurla efirə işlənmişdir. Televiziya əməkdaşları mart ayında da sosial şəbəkələrdə fəallıq nümayiş etdirmişdir.
Naxçıvan Dövlət Radiosu mart ayı ərzində 611 saat efirdə olmuşdur. Ümumi efirin 44 faizini radionun öz istehsalı olan verilişlər təşkil etmişdir. Bəhs edilən dövrdə radio efirində yeni layihələr təqdim edilmişdir. Ötən monitorinqlərdə Televiziya və Radio Şurası tərəfindən radioda uşaq verilişlərinin olmaması ilə bağlı nöqsanın aradan qaldırılması məqsədilə “Dostlarla birlikdə” proqramı dinləyicilərə çatdırılmışdır.

Ardını oxu...

2020-ci il dünyanın yaddaşında qlobal problemlərlə dolu, Azərbaycan xalqı üçün isə daim fəxr və qürurla xatırlanacaq bir il kimi qaldı. 30 illik bir dövrdə torpaqlarımızın həsrəti ilə yaşayır, qəlbimizdə daim nisgil, qəm daşıyırdıq. Düşmənin vəhşicəsinə çalıb-çapıb, talan etdiyi torpaqlarımıza yalnız şəkillərdən baxır, haqqında yazılardan oxuyur, bir gün həmin yerlərə getmək, görmək və qovuşmaq arzusu ilə yaşayırdıq. Nəhayət ki, o gün gəldi. 44 gün davam edən şanlı Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində arzumuza çatdıq. Bu Qələbə elə-belə əldə edilmədi. Müharibədə 3000-ə yaxın hərbi qulluqçumuz qəhrəmanlıq və şücaətlə döyüşərək “şəhidlik” adlı ali məqama yüksəlməklə bu böyük Zəfəri bəxş etdi bizlərə...

Ardını oxu...

Ağdama səfər edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini icma rəhbərləri burada Qiyaslı məscidində olublar.

Səfər zamanı məsciddə uzun zaman sonra ilk azan oxunub, dualar edilib.

Qeyd olunub ki, ermənilər buradan ferma kimi istifadə edib, mal qara, donuz saxlayıblar. Həmçinin, məsciddə heyvan yemi də saxlanılırmış. Ermənilər Ağdamdan çıxan zaman buraları yandırıblar.

 

 

 

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.

 

 

 

 

 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.

 Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 276 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 593, ötən müddət ərzində isə ümumilikdə 2 963 012 test aparılıb.

Azərbaycanlı qardaşlarımızla sıx əməkdaşlığımız davam edir.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən hərbi sərgi zamanı deyib.

Nazir deyib: “Can qardaşlarımızla sıx əməkdaşlığımız davam edir. Qarabağda minatəmizləmə ilə yanaşı, qardaşlarımızla hərbi tədris fəaliyyətləri və təlimlərimiz davam edir”.

 

 

 

 

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"Real Təhlil İnformasiya Mərkəzi" MMC;
"Caspian İnternational Broadcasting Company" MMC;
"Balans Studiyası" MMC;
"İNS ÇM" MMC;
"İsti Press" MMC;
"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;
"ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

 

 

 

COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu əhalinin kütləvi şəkildə peyvəndlənməsindən keçir. Bir ildir ki, bütün dünyada olduğu kimi biz də pandemiyadan əziyyət çəkirik. Çox təəssüf ki, bu infeksiyaya gündəlik yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVİD-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərin aparılmasına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanın dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyanın heç də bütün ölkələri pandemiyaya qarşı effektiv mübarizə apara və peyvəndlərdən yararlana bilmir:

Ardını oxu...

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

 

 

 

Türkiyə ilə Azərbaycan arasında yeni birgə komissiya yaradılır.

Bu barədə məsələ “Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş”də öz əksini tapıb.

Birgə komissiyanın üzvləri Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrindən ibarət olacaq. Hər iki tərəfin bərabər təmsil olunacağı Birgə Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi və lazım olduğu tədqirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.

Qeyd edək ki, “Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş” 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 aprel 2021-ci il tarixli qərarı ilə təsdiqlənib.

 

 

 

Səudiyyə Ərəbistanı bu Həcc ziyarətinə gtmək istəyən zəvvarlar üçün şərtlərini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc məsələləri nazirliyi bildirib ki, COVİD-19-dan peyvənd olunmuş zəvvarlar Ramazan ayı müddətində Həcc ziyarəti edə bilərlər.

Bildirilib ki, Həcc ziyarəti etmək istəyənlər koronavirusa qarşı vaksinin hər iki dozasını almalıdırlar. Bu şərtlərə əməl edən zəvvarlar Həcc ziyarəti üçün müraciət edə bilərlər.

 

 

 

Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını - Türkiyəyə gətirərək protezləri onlara təqdim etməyə başlayıb.

AID Bakıda üçölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərərək protezlərin hazırlanmasına başlanılıb.

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə ayaq basmadan protezlər istehsal edilib. Layihə çərçivəsində Türkiyəyə gətirilən xəstələrə ilk protez aeroportda taxılıb. Hava limanında protezini alan xəstə daha sonra hoteldə ayağa qalxaraq yeriməyə başlayıb.

Xəstələrin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra onların Vətənə qayıtmaları təmin ediləcək.

Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.

Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir.

TƏBİB-dən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir:

"Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.
https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf
https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf"

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR