23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə ilə Azərbaycan arasında Müdafiə sənayesində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib.

“Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş” 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.

 

 

 

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mart ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 12 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.

Məlum olduğu kimi, COVAX platforması çərçivəsində Azərbyacana 84 min doz vaksin göndərildi. Yaxın gələcəkdə isə Çindən daha 150 min doza vaksin göndəriləcək. Bunlara qədər isə artıq Azərbaycan 2 milyon doza vaksin əldə edib. Vaksinasiya sayına görə ölkəmiz regionda liderdir, bir çox ölkələrdən qabaqdadır.

Bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, əgər biz dünya üzrə vaksin ələdə etmiş ölkələrin və vaksin vurulmuş insanların statistikasına baxsaq, bunun əyani sübutunu görərik:

“Ölkəmiz həm də vaksini ilk əldə edən ölkələr sırasındadır. COVAX platformasının ədalətsiz yanaşmasını da nəzərə alsaq, düşünürəm ki, Azərbaycanın iri həcmdə vaksin əldə etməsi kifayət qədər böyük uğurdur. Bu, həm ölkəmizin, həm də möhtərəm prezidentin şəxsi nüfuzu nəticəsində baş verib. Hər birimizə məlumdur ki, koronavirusdan qurtulmağın yeganə yolu məhz vaksinasiyadır. Bu virus dünyamıza və gündəlik həyatımıza yeni reallıqlar gətirdi.

Ardını oxu...

Biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik.

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir".

Mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər.

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır".

 

 

 

Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik.

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq – 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq".

 

 

 

 

10 yeni su anbarının tikintisi nəzərdə tutulur.

Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil – suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır".

 

 

 

 

Azərbaycanla və İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri idi və biz bunu yüksək qiymətləndiririk.

Bunu xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Hayom” qəzetində dərc edilmiş müsahibəsində deyib.

Nazir bildirib ki, iki ölkə arasında əməkdaşlıq sıx və qarşılıqlı faydalıdır və siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir:

"Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxölçülüdür. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihə isə baxılmaqdadır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir.

Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlər dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Baş nazir cənab Binyamin Netanyahu son dəfə Azərbaycana 2016-cı ilin sonlarında gəlmişdi. Bu səfər çox məhsuldar oldu. Bu münasibətlə mühüm sənədlər imzalanıb. Bunların arasında, digər sənədlərlə yanaşı, birgə iqtisadi komissiyanın yaradılması barədə razılaşma var idi".

 

 

 

Minalar ətraf mühitin çirklənməsinə səbəb olur. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

H.Hacıyev bildirib ki, minalanmış ərazilərlə minalanmamış əraziləri müqayisə edərkən minalanmış ərazilərin nə qədər çirklənməyə məruz qaldığını aydın görmək mümkündür.

PA rəsmisi bildirib ki, minaların və partlamamış sursatların tərkibindəki zərərli maddələr ətraf mühitə xeyli dərəcədə ziyan vurur: “Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Minalanmış ərazilərin xəritəsini verməməklə həm insanların ölümünə, ağır yaralanmasına səbəb olur, həm də ətraf mühitə ciddi ziyan vurur”.

 

 

 

 

 

 

Minalar ətraf mühitin çirklənməsinə səbəb olur. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

H.Hacıyev bildirib ki, minalanmış ərazilərlə minalanmamış əraziləri müqayisə edərkən minalanmış ərazilərin nə qədər çirklənməyə məruz qaldığını aydın görmək mümkündür.

PA rəsmisi bildirib ki, minaların və partlamamış sursatların tərkibindəki zərərli maddələr ətraf mühitə xeyli dərəcədə ziyan vurur: “Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Minalanmış ərazilərin xəritəsini verməməklə həm insanların ölümünə, ağır yaralanmasına səbəb olur, həm də ətraf mühitə ciddi ziyan vurur”.

 

 

 

 

 

 

 

Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb.

PA rəsmisi bildirib ki, mülki əhali minaların hədəfi olmamalıdır: “Bu beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azrbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir”.

H.Hacıyev bildirib ki, minaların xəritəsinin Ermənistan tərəfindən təqdim edilməməsi eyni zamanda regionda sülh və etimadın yaradılmasının qarşısını alır.

 

 

 

 

Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir:

"İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb”.

 

 

 

 

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə  komanda-qərargah təlimi keçirilib.

Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib.

Ardını oxu...

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda üzərində İkinci Qarabağ müharibəsinin qələbə simvolu olan “Xarı bülbül” təsvirli xalçanın təqdimatı keçirilmişdir.
İnstitutun rektoru Azad Novruzov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti qədim köklərə malikdir. Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünəməxsus ornamentləri ilə fərqlənən sənət nümunəsidir.

Ardını oxu...

Şəhidlik zirvəsinə – ən ali məqama ucalmaq Allahın çox sevdiyi bəndəsinə qismət olur. Bəlkə də, Ulu Yaradan ömürboyu öz halal süfrəsi ilə öyünən Fərman kişinin övladına da bu şərəfli ölümü məhz buna görə bəxş etdi...
Ordumuzun düşmənə əks-hücumunun gücləndiyi bir vaxtda Babək rayonunun Şıxmahmud kəndinə ildırım sürətilə bir xəbər çatdı: Şəhidin var, Şıxmahmud! Bütün kənd sakinləri Fərman kişinin həyətinə toplaşdı. Göz yaşlarına boğulan atanın dilindən qeyri-ixtiyari bu sözlər qopdu: – “Halal çörəyim sənə halal olsun, oğul, başımızın tacı oldun!”

Ardını oxu...

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 5 il ötür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda şəhid Ruhid İslamlının xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Qeyd olunub ki, Vətən müharibəsi tariximizin qızıl səhifələrindəndir. Xalqımızın igid oğulları cəmi 44 gündə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək özümüzə, doğma Vətənimizə qaytardı. Həmin döyüşlərdə canından keçən igidlərdən biri də məzunumuz Ruhid İslamlıdır. O, 2017-2020-ci illərdə institutun Təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil alıb.

Ardını oxu...

 

Aprelin 1-də şahmat üzrə “Naxçıvan Premium Turniri”nin mükafatlandırma mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişikliklər edilib. Lakin Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Federasiya bu müddət ərzində onlayn yarışlar və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənar qalmamasını təmin edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” 2016-2020-ci illərdə icrası uğurla həyata keçirilən Dövlət proqramının davamı kimi mühüm əhəmiyyətə malikdir. Yeni Dövlət proqramında nəzərdə tutulmuş tapşırıqların icrası  sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin, onların cəmiyyətə inteqrasiyasının, inklüziv və distant təhsil imkanlarının təkmilləşdirilməsinin davamlılığını təmin edəcəkdir.

Qarşıya qoyulan vəzifələrin uğurla icra olunması nəticəsində autizmli uşaqlar da digər uşaqlar kimi hər zaman dövlətin qayğısı ilə əhatə olunmuşdurlar.Autizm erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Bu haqda çox fikirlər söylənsə də, səbəbi elmə hələ də tam bəlli deyil. Dünya tarixində autizmə ilk olaraq 1700-cü illərdə Fransada rast gəlinmişdir. 12-13 yaşlarında bir uşaqda autizm əlamətləri görülmüşdür. Lakin, “autizm” sözü ilk olaraq 1911-ci ildə İsveçrəli psixiatr E.Blenler tərəfindən söylənilmişdir. Dəqiq olaraq isə ilk dəfə 1943-cü ildə Amerikalı psixiatr Leo Kanner tərəfindən autizm sindromu haqqında məlumat verilib. O, 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri bildirərək buna “Erkən uşaqlıq autizmi” adını vermişdir. 1944-cü ildə isə Avstraliyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları təsbit etmiş və Asperger sindromu haqda məlumat vermişdir. O vaxta qədər autizm “uşaqlıq şizofreni” kimi başa düşülürdü. Autizimin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərərək, özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzəhür edir. Autizmli uşaqlar sanki heç kəsi görmür, səsə qarşı reaksiya vermir. Bəziləri ata, ana qayğısından imtina edir, sevilməkdən, qucağa alınmaqdan xoşu gəlmir. Amma bəzi hallarda isə əksinə ola bilər. Bu uşaqlar ətrafında olan insanlara yoxmuş kimi davranır, çağırıldığında dönüb baxmırlar. Ona görə də əksər valideynlər uşaqların eşitməsində problem olduğunu düşünürlər. Göz təması qura bilməmək, qrup şəklində oyun oynamamaq, sosial qaydalara riayət etməmək kimi xüsusiyyətlər, autist uşaqlardakı sosial çatışmazlığın göstəriciləridir.

Ardını oxu...

Çin Azərbaycana 150 min doza təmənnasız vaksin verəcək.

Bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

Səfir bildirib ki, Çin vaksinləri pandemiyaya qalib gəlməkdə Azərbaycana kömək edəcək: “Ümid edirik ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə pandemiyaya qalib gələcək”.

 

 

 

 

Azəbaycan ilə Çin arasında ənənəvi yüksək səviyyəli əlaqələr mövcuddur.

Bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

Səfir bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.

Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.

 

 

 

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi.

Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatıldı.

Bu görüş Türkdilli Dövlətlərin son illər ərzində birliyini göstərən ən yüksək rəsmi görüşlərdən biridir.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Buna DÇ-2022-nin Ermənistan və Rumıniya komandaları arasındakı seçmə oyunda baş verən təxribat səbəb olub.

Belə ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma “bayrağı” asılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün davam edən müharibə ilə 30 illik işğala son qoydu. Qarabağ ana vətənlə təkrar qucaqlaşdı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ardını oxu...

Sədərəkdəki Şəhidlər xiyabanında təşkil edilən tədbirdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman oğulları xalqımızın ürəyində əbədi məşələ döndü. Onların qəhrəmanlıqları dillərə dastan oldu. Tarixboyu qəhrəman bir el kimi tanınan Naxçıvanın nər igidləri 44 günlük Vətən müharibəsində zəfər dastanı yazdı. Onlar doğulduqları torpaqdan yüzlərlə kilometr uzaqda canlarından keçdilər. Vətən andı içərək bu yola çıxdılar. Qələbə bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında, Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər. Azad edilmiş torpaqlarımızda zəfər bayrağı dalğalananda, himnimiz səslənəndə igid Vətən oğullarının ruhu şad olur.

Ardını oxu...

Ötən ilin payızındakı 44 günlük şanlı Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarında Azərbaycanın sürətlə həyata keçirdiyi dinc quruculuq, kommunikasiya və humanitar tədbirlər davam edərkən, bir tərəfdən də bütün dünya dərin iqtisadi və siyasi böhran içindəki Ermənistandan danışmaqdadır. Görünür, leysan yağışdan sonra islanmış cücəyə bənzəyən çürük ordusunu nə zamansa gücləndirmək xülyası ilə yaşayıb revanş alacaqlarını ümid edən ermənilər cəmi 5 ay əvvəl yedikləri birinci dəmir yumruğun nokautundan tez ayılıblar. Buna görə də müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında dediyi “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır” cümləsi onsuz da can çəkişən erməni cəmiyyətinin başında ikinci yumruq kimi partladı.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri, nəticələri, dərsləri” mövzusunda konfrans keçirilib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Bu fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilmişdir. Bu, xalqın tarixi yaddaşıdır, milli yaddaşımızı dirçəldən mühüm rəsmi sənəddir. Bu sənəd xalqımıza qarşı törədilən soyqırımının obyektiv mənzərəsini yaratmağa və ona siyasi-hüquqi qiymət verməyə imkan yaratdı. Bu fərman eyni zamanda keçmiş tariximizə və bugünkü problemlərə baxışları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm dövlət sənəd, konseptual siyasi baxışlara əsaslanan metodoloji baza olmuşdur. Bu baxımdan Azərbaycan xalqının başına gətirilən soyqırımı cinayətlərinin mahiyyətinin açıqlanması və pərdə arxası məqamların araşdırılaraq təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Bəlkə də tarixdə yeganə millətdir ki, Azərbaycan türkləri bir əsrdə bir neçə dəfə fəlakətə məruz qalmış, soyqırımına, deportasiyaya uğramış və hələ də bunun acısını yaşamaqdadır. Törədilən soyqırımı cinayətləri antitürk zehniyyətlə yoğrulan ermənilərin “Hai-Taht” doktrinasından qaynaqlansa da, Azərbaycanın bütün bölgələrində baş verən hadisələrin arxasında böyük güclərin də hər birinin öz marağı olmuşdur. Bu dövlətlərin hər birini birləşdirən yeganə amil isə antitürk zehniyyət idi.

Ardını oxu...

 (esse) 

Qəlbi Vətən həsrəti ilə yanan hər bir kəsillər öncə bu ifadəni işlədirdi: “Vətən bağı al-əlvandır, yox içində Xarı bülbül”. Bax elə o zaman yanırdı bağrımızın başı. Həsrət qalmışdıq o gözəlliklərinə, al-əlvan olan Vətən bağını yuxularımızda görür, sənin torpağına qovuşub həsrətimizin sona çatdığını görməyi sadəcə xəyal edə bilirdik. Və biz düz 28 il sənsiz qaldıq ay Şuşam. Başının üstünü almış çiskin, qar, duman geri çəkilmirdi. Səni bizdən alsalar da havan, torpağın, suyun doğmalarından ayrı qala bilmədi. Nəhayət 8 noyabr 2020-ci il xəyallarımızın gerçəkləşdiyi gün oldu. Bu tarix əbədi yaşayacaq yaddaşlarımızda. Şuşamıza qovuşduğumuz günü yaşımın hansı çağında olursam olum, həyatımın ən anlamlı günü olaraq xatırlayacağam. Bu xoş müjdəni Ali Baş Komandanımız İlham Əliyev verdi bizlərə: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Ardını oxu...

Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük".

 

 

 

 

 

 

 

Ermənistanda antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur.

Bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci ildə Ermənistanda insan hüquqları barədə Ölkələr üzrə hesabatında deyilir.

Qeyd olunur ki, Ermənistanda yəhudi əhalinin sayı 500-1000 nəfər arasındadır:

"Payızda Azərbaycanla döyüşlərdən əvvəl Ermənistanda antisemit əməllər barədə məlumatlar qeydə alınmasa da, sosial şəbəkələrdə bəzi antisemit fikirlər yer alıb. Hökumət bu cür fikirləri pisləməyib"

Dövlət Departamenti bildirib ki, sentyabrın 27-dən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahid olunub:

"Yəhudi icmasının üzvlərinin və digər müşahidəçilərin fikrincə, bu, əsasən Azərbaycanın İsrail istehsalı olan silahlardan istifadə etməsi ilə bağlı olub. Onlar qeyd edir ki, anrtisemit xarakterli paylaşımların sayı artıb. Yəhudi icmasının üzvləri, həmçinin ictimai nəqliyyatda onlara qarşı antisemit ifadələrin səsləndirildiyini bildirib".

 

 

 

 

Türkiyə ABŞ-ı qondarma "erməni soyqırımı"nı tanımamağa çağırıb.

Türkiyə hakimiyyəti diplomatik kanallarla ABŞ Prezident administrasiyasını "soyqırım"ın tanınmasının Ankara ilə Vaşinqton arasındakı münasibətlərə böyük ziyan vura biləcəyi barədə məlumatlandırıb.

Qeyd olunur ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərini ictimailəşdirməyə çağırıb, amma Ermənistan rəhbərliyi bu təklifi qəbul etməkdən boyun qaçırır.

 

 

 

Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: "31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

Ardını oxu...

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

Ardını oxu...

Ali təhsil ocaqlarında keçirilən tədbirlərdə əvvəlcə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Dövlət Universitetində 40-a yaxın rəsm əsərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Universitetin rektoru, dosent Elbrus İsayev belə sərgilərin xüsusi əhəmiyyət daşıdığını önə çəkib. Çıxışda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən bəhs olunub.
Sonda soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Ardını oxu...

Əsrlərboyu həmişə humanist, insanpərvər xarakterinə, özünün yeraltı və yerüstü sərvətlərinə görə ağır sınaqlara məruz qalsa da, soykökünü olduğu kimi saxlamağa özündə mənəvi qüvvə tapan xalqımızın qəhrəmanlıqlarla dolu tarixini saxtalaşdırmaq meyilləri uzun illərdir ki, bu xalqın düşmənləri, xüsusən yaxın qonşu hesab etdiyimiz, yaşamağa torpaq verdiyimiz çörəyi dizləri üstündə olan ermənilərin öz məkrli siyasətlərini həyata keçirmələri üçün yazılmamış qanuna çevrilib. Bunun davamı olaraq yazdıqlarına, saxtalaşdırmalarına başqalarını da inandıra biliblər. Həqiqətlərin təhrif olunmasının isə xalqımızın taleyinə nələr yazdığı tariximizin pozulmayan səhifələri, qan yaddaşımızdır.

Ardını oxu...

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, hərbi xidmətə çağırılan gənclərimiz ordu sıralarına daxil olan gündən ümumqoşun, ixtisas və fiziki hazırlıq məşğələlərində peşəkar əsgərlər kimi hazırlanırlar. Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər də ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərində döyüş növbətçiliyinə cəlb olunacaqlar. İnanırıq ki, döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlərimiz də Vətən müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində erməni millətçiləri Daşnaksutyun partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 259 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 237 min 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib. Aktiv xəstə sayı 17317 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 858 min 773 test aparılıb. Bugünkü test sayı isə 14099-dur.

 

 

 

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının aprelin 1-dən etibarən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahəti barədə məlumat yayıb.

Açıqlamada deyilir: "10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol 1 aprel 2021-ci il tarixində qüvvəyə minir.

Ardını oxu...

(Portret hekayə)

İsmayılovlar ailəsində kiminsə doğum günü olanda adət üzrə aş süzülər, dolma bişirilər, böyükdən-kiçiyə hər kəs mehriban, səmimi süfrədə əyləşib Allah verəndən bir tikə yeyib-içər, deyib-gülər, keçmiş günləri yada salardı. Təbii ki, ailəcə süfrə başında əyləşməyin başqa gözəl və mənəvi tərəfləri var. Sevdiklərinin ətrafında insan həmin günü bütün dərddən azad olur. Əmrah İsmayılovlar ailəsinin böyük oğlu idi. Həmin doğum günü də elə Əmrahın yoldaşı Şura xanımın dünyaya gəldiyi 27 sentyabra təsadüf etmişdi. Süfrə başında yeməyə hazırlaşan ailə üzvləri qəflətən açılan qapının qarşısında dayanan Əmrahı təlaşlı görəndə əlindəkiləri yerə qoyub ona tərəf baxdılar. Əmrah isə balaca qara gözlərini atası Xudaverdi kişinin üzünə zilləmişdi. Cümlələri necə quracağını, məlumatları haradan başlayacağını toparlamağa çalışırdı. Bir az çəkən bu baxışların sükutunu pozan ata səsləndi:

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” mövzusunda birgə taktiki təlim məşqi keçirilib.

Ardını oxu...

 

 

 

 

COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir:

"Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək".

ÜST rəhbəri dünya ölkələrini peyvəndləmə prosesinə 2021-ci ilin ilk 100 günü ərzində başlamağa çağırıb.

 

 

 

 

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-8, gündüz 12-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Martın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Martın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək:

"Beləliklə, hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək".

 

 

 

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

 

 

 

 


Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər fevral ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiəqəsini itirən 11 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR