Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 259 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 237 min 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib. Aktiv xəstə sayı 17317 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 858 min 773 test aparılıb. Bugünkü test sayı isə 14099-dur.