23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində erməni millətçiləri Daşnaksutyun partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb.

Diqqətə çatdırılıb ki, 1918-ci il mart ayının 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qəsdən qəddarcasına öldürülüb. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetiriblər. Qeyd edilib ki, 1998-ci il martın 26-da ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat hüquqi-siyasi qiymət verilib və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Vurğulanıb ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsi təkcə keçmişdə deyil, ötən il 44 günlük Vətən müharibəsində də Ermənistan tərəfindən davam etdirildi. Ermənistan həmişə olduğu kimi, yenə də iyrənc terror taktikasına əl ataraq və müasir növ ağır silahlar və ballistik raket qurğularından istifadə edərək çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsi, xalqımıza qarşı apardığı məqsədyönlü zorakılıq, soyqırımı siyasətini açıq-aşkar bütün dünyaya nümayiş etdirdi.
Daimi Nümayəndəliyin rəhbəri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirlərinin keçirildiyini, Naxçıvan şəhərində Xatirə Muzeyi və Bayraq Meydanında Xatirə Kompleksi yaradıldığını, muxtar respublikanın rayonlarında, o cümlədən soyqırımına birbaşa məruz qalmış Şərur, Babək və Culfa rayonlarının kəndlərində Azərbaycanlıların Soyqırımı abidələrinin ucaldıldığını diqqətə çatdırıb.
Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR