23 Dekabr 2024, Bazar ertəsi

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, hərbi xidmətə çağırılan gənclərimiz ordu sıralarına daxil olan gündən ümumqoşun, ixtisas və fiziki hazırlıq məşğələlərində peşəkar əsgərlər kimi hazırlanırlar. Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər də ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərində döyüş növbətçiliyinə cəlb olunacaqlar. İnanırıq ki, döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlərimiz də Vətən müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

* * *

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib.
Toplantı zamanı əsas diqqət Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin şagirdlərlə işləyərkən yeni metodlardan istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Dərslər zamanı bildirilib ki, gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikada hərtərəfli şərait mövcuddur. Fəxrlə deyirik ki, vətənpərvər gəncliyin yetişməsi nəticəsində Naxçıvandan olan hərbi qulluqçular 44 günlük Vətən müharibəsində şücaətləri ilə fərqləndilər. Həm Heydər Əliyev adına Hərbi Liseyin, həm də Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının məzunları ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə rəşadətləri ilə tarix yazdılar. Sevindirici haldır ki, hazırda hərbi rəhbərlər arasında Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilmiş zabit hazırlığı kursunun məzunları da yer almaqdadır.
Toplantıda hərbi vətənpərvərlik mövzusunda sənədli tədris filmləri nümayiş etdirilib.
Müxtəlif məşğələlərə cəlb edilən toplantı iştirakçıları Vətən müharibəsində düşməndən qənimət kimi götürülərək saz vəziyyətə gətirilmiş hərbi texnikalara da baxıblar.
Üçgünlük təlim toplantısının yekununda hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışılıb.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR