23 Dekabr 2024, Bazar ertəsi

Ötən ilin payızındakı 44 günlük şanlı Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarında Azərbaycanın sürətlə həyata keçirdiyi dinc quruculuq, kommunikasiya və humanitar tədbirlər davam edərkən, bir tərəfdən də bütün dünya dərin iqtisadi və siyasi böhran içindəki Ermənistandan danışmaqdadır. Görünür, leysan yağışdan sonra islanmış cücəyə bənzəyən çürük ordusunu nə zamansa gücləndirmək xülyası ilə yaşayıb revanş alacaqlarını ümid edən ermənilər cəmi 5 ay əvvəl yedikləri birinci dəmir yumruğun nokautundan tez ayılıblar. Buna görə də müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında dediyi “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır” cümləsi onsuz da can çəkişən erməni cəmiyyətinin başında ikinci yumruq kimi partladı.

Ağıl, səbir, vətənpərvərlik və siyasi müdriklik hər bir çətin işin ən gözəl həllinə aparan düzgün yoldur. Zəhmətsevərlik, başqasının torpağına, malına göz dikməmək, insanlığa hörmət və tolerantlıq olan yerdə ən sərt təbii-iqlim şəraiti, yaxud çətin coğrafi mövqe də inkişafa mane ola bilmir. Bunu bir çox dünya xalqlarının timsalında görmək olar. Amma bunun əksinə, haralardansa qovula-qovula sonunda Cənubi Qafqazda yer yiyələnib, “yersiz gəldi, yerli qaç” məsələsindəki kimi özlərini həyasızlığa vurmuş ermənilərin belə getsə, sonları heç də yaxşı görünmür. Çünki Romanovdan Qorbaçovadək 150 ildə hamının qılığına girib, min bir feillə özlərinə sərvət toplayan ələbaxım ermənilər bir də baxıb gördülər ki, artıq zaman o zaman deyil. Yalan, fitnə, hiylə və yaltaqlıq daha işə yaramır. Ona görə də normal adam olana qədər başlarına dəyən dəmir yumruqlar bundan sonra da qaçınılmaz olacaq. 

Tarixə nəzər saldıqda, işğalçı məğlub ölkələri təkrar təcavüz əməllərindən çəkindirmək məqsədilə müəyyən məhdud sayda ordu qurması şərtinə tabe etdirilməsinin, əslində, onların xeyrinə olduğunu hər kəs bilir. Şübhəsiz, Ermənistanı keçmişdəki Almaniya, yaxud Yaponiya ilə müqayisə etməyin özü də belə köklü mədəniyyətə sahib olan xalqlara qarşı hörmətsizlik olardı. Amma faşizm faşizmdir, böyüyü-kiçiyi olmaz. Ona görə də həm siyasi, həm iqtisadi, həm də digər bütün vasitələrlə Ermənistanın bir daha təcavüz iddiasına sahib ola biləcək ordu yarada bilməməsi bütün bölgənin sabitliyi üçün ən yaxşı çıxış yoludur.
“Erməni gəldi, təzə bəla gəldi!” Çoxlarına yaxşı tanış olan bu gürcü atalar sözü, əslində, ermənilərin heç zaman və heç bir yerdə nazı ilə oynamağın yeri olmadığını ən yaxşı xarakterizə edir. Hətta indiki vəziyyətlərində, yəni, sadəcə, yuxarı mərtəbədə hoppanıb-düşən dəcəl uşaqlar kimi adamı narahat edən belə xain qonşuların sabah qaniçən əjdahaya dönməyəcəyinə kim zəmanət verər ki? Nə qədər çoxdur dünyada süfrəsinin artığı ilə tazı bəsləmək həvəsində olanlar! Tarixboyu başqalarına alət olmaqdan, sadəcə, zövq almış bu etnik qrupdan nə desən, gözləmək olar. Hələ yalan, fırıldağı demirəm. Lazım gələrsə, başqasının dilini özünə ana dili seçən ermənilərin adı, soyadı, dili, əlifbası da məhz belə yaranıb. Misal üçün latınca “U” hərfini tərs çevirib hər yerdən bir qulp yapışdır, olsun erməni əlifbası. Yaxud azərbaycanlı adlarını o biri “yan” üstə qoy, olsun erməni adları. Hər şey özləri kimi tərsinə, baş-ayaq.
Bəli, erməni həm də tərs olar. Elə bu tərslikdəndir ki, başlarına dəymiş birinci dəmir yumruqdan sonra müayinə və müalicə olunub, düzgün nəticə çıxarmaq əvəzinə başlayıblar bunun səbəbini haradasa, kimlərdəsə axtarmağa. Baş akademikləri çıxıb deyir ki, bəs Ermənistan Elmlər Akademiyasına on illərboyu bir Bayraktar qədər pul ayrılmadı, ona görə müharibəni uduzduq. Generalları deyir ki, bəs “İsgəndər”ləri düzəldən rus mühəndislər kefli olub deyə, partlamayıblar. Bir başqa erməni günahları top qovan Mxitaryanda, o biriləri də Kardaşyan bacılarında görür ki, xaricdən daha çox pul göndərmədilər, əsgərlər ac qaldılar. Fikirləşirəm ki, yaxşı ki, ötən ilin payızında Qarabağda elə bir qar-yağış yox idi, yoxsa deyərdilər bəs havalar pis keçdi, deyə məğlub olduq. Yəni düzü, həmişə inkar edən tərs ermənilərin başına vaxtaşırı vurulan dəmir yumruq qədər effektiv olan başqa bir dərman, deyəsən, hələ ki, olmayacaq.
Bəlkə də, erməni tərsliyindəndir ki, İrəvan küçələrində mitinq edib, günahkar axtaranlar nədənsə bilmirlər ki, bu məğlubiyyət və ondan sonrakı düşdükləri bu dərin böhran, əslində, Uca Allahın qisasıdır. Tanrı gec edər, amma güc edər! İnanmıram ki, erməni leksikoqrafiyasında belə bir ifadə olsun. Çünki Allaha inansaydılar, 29 il əvvəl soyuq fevral gecəsində Xocalıda tamamən silahsız, köməksiz insanları məhz azərbaycanlı olduqlarına görə öldürüb, dərilərini soyub, vəhşilik etməzdilər. O gecə bunu heç kim görmürdü. Amma hər şeyi görən Allahın Azərbaycan xalqına verdiyi səbir və inam sonunda od olub ermənilərin başına yağdı. Və, beləcə, dəmir yumruğun birinci zərbəsi ilə “erməni ordusu” mifi havaya sovruldu, erməni cəmiyyətinin çürük siması faş oldu.
Bəli, tarixdə ən qanlı, ən qəddar soyqırıma imza atmış belə bir millətin bir daha işğalçı ordusu olmamalıdır. Çünki son iki yüz ilin tarixi göstərdi ki, təkcə Qarabağda deyil, yaşadığımız regionda axan bütün qanların birbaşa səbəbkarı məhz erməni faşizmi, erməni millətçiliyidir. Bir xalqın varlığının, gələcəyinin yalnız humanizm, iqtisadi və mədəni inkişaf yolu ilə mümkün olduğunu görməyən ermənilərin hər fürsət düşdükcə şivən qoparıb qan tökməməsi, beş nəfəri bir yerə yığışanda müstəqillik tələb edib torpaq istəməməsi, başqalarına zəli kimi yapışıb zəhlə tökməməsi üçün təcavüzkar ordusu da olmamalıdır. Əgər bunu istəyirlərsə, başlarına dəmir yumruqlar çaxılması yenə davam edəcək. Həm də istənilən vaxt!

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR