23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Avropa Şurasının Komissarını mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa Şurasının İnsan Hüquqları üzə Komissarı Dunya Miyatoviçin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan məktubuna dair şərhində deyilir.

Açıqlamada bildirilir: "Avropa Şurasının İnsan Hüquqları üzə Komissarının son aylarda Ermənistanla Azərbaycan arasındakı münaqişə ətrafında baş verən insan haqları ilə əlaqəli son inkişafları izləməyə göstərdiyi marağı nəzərə alaraq vurğulamaq istərdik ki, münaqişə 30 ilə yaxın davam edib, nəhəng humanitar əziyyətlərə səbəb olub və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub. Lakin bütün bu iztirablar və hüquq pozuntuları “Komissarın mandatına aid olmaması” bəhanəsi ilə həm hazırkı Komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb.

Ardını oxu...

Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcəklər.

Bu barədə Türkiyə Sənaye Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, səmərəli istehsal sahəsində əməkdaşlıq məqsədi ilə Türkiyədə yaradılan model zavodlarla əlaqədar layihə qrupunun səfərləri həyata keçiriləcək.

Bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında sənaye parkları, zonaları və məhəllələri ilə bağlı da təcrübə mübadiləsi həyata keçiriləcək.

Ardını oxu...

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19.00-dan (Bakı vaxtı ilə 20.00) mayın 17-si saat 5.00-dək ölkədə “tam qapanma!” rejimi tətbiq olunacaq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Ardını oxu...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

Ardını oxu...

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər. Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Ardını oxu...

Axşam düşüb qaranlıq çöksə də onlara getməmiş, onun həyat hekayəsini dinləməmiş ezamiyyətdə olduğum Şərur rayonundan ayrılmaq fikrində deyiləm. Xanlıqlar kəndi böyük kənddir amma kimdən soraq alsaq, şəhid Lətifin ocağını bizə nişan verəcək deyər kəndin işıqlı küçələri ilə irəliləyirik. Yolu keçən bir gənc diqqətimizi çəkir, avtomobili saxlayır, ondan şəhid ocağının yerini soruşur, bizimlə birlikdə getməsini rica edirik. Öyrənirik ki, bu gənc Lətifin yaxın dostu imiş. Osman Həsənov uşaqlıqdan Lətiflə qardaş kimi olduğunu deyir:

 – Onunla birgə olub həmişə hər işimiz, eyni məktəbdə təhsil alıb həmişə bir yerdə olmuşuq. Orduya yazılmamışdan əvvəl birgə işləyirdik. O, heç vaxt heç kimin xətrinə dəyməzdi. Həmişə harda köməyə ehtiyac duyan birini görsə, əl tutardı. Ailəsinə çox bağlı idi. Hərbçi olmaq arzusu çoxdan var idi, imkan düşən kimi orduya yazılacağam deyirdi. Müddətdən artıq hərbi xidmətçi olmaq üçün müraciət etmişdi. “Hə” cavabı gələndə sevincinin həddi yox idi. Bir neçə ay idi ki, Vətənə xidmət kimi şərəfli bir peşənin sahibi olmuşdu... Vətən müharibəsinə gedəndə kənddə görüşdük gülə-güllə getdi döyüşə. Füzulinin azad edildiyi döyüşlərdə şəhid olduğu xəbərini eşidəndə bütün dostları onun qisasını almağa can atırdı. Elə bir oğul idi Lətif min oğula bərabər. O, elə bir zirvəyə yüksəldi ki, daim yaşayacaq. Hər birimiz onun çatdığı zirvəyə can atırıq.

Ardını oxu...

    Beş yaşlı bir oğul, atasının doya-doya qucaqlaya bilmədiyi, əlindən tutub məktəbə aparmaq arzusunda olduğu, gələcəyi üçün, kim bilir, necə xəyallar qurduğu, adını Uğur qoyub, “sən mənim uğurumsan” dediyi kiçik yaşda birdən-birə böyüyən Uğur qarşılayır məni yaşadıqları binanın qarşısında. Yol göstərir, evimiz bu tərəfdədir, balaca olduğuma baxma ki, mən də atam kimi, komandirəm, deyir. İnanmırsan gedək evə anama deyim sənə şəkilləri də göstərsin. Atamın əsgərləri artıq mənim əsgərimdi, evimizə gəlmişdilər mənə raport verdilər.

     Uğurla söhbət edə-edə evə çatır, hər tərəfi igid Məmmədhəsən Sadiqlinin şəkilləri ilə bəzənən otağa daxil oluruq. Şəhidin anası Səadət ananın həsrət dolu gözlərinə baxıram, o gözlərdə nələr var...

      Bir oğulun yox, min oğulun həsrəti var bu ananın gözlərində. Hamısı eynidi, bütün şəhid analarının baxışları. Əbədi həsrət çökən baxışlar. Onlar təkcə öz övladının deyil, hər bir şəhidin qəmini çəkir çünki.

Ardını oxu...

"...Bu abidənin qiyməti yoxdur. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir..."

Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli lideri

Dünyanın ən möhtəşəm möcüzələrindən biri, qocaman memarlıq salnaməsi, memar Sinan kimi dahilərin ilham qaynağı, üzərində ərəb əlifbasının kufi xətti ilə Qurani-Kərimin müdrik kəlamlarının həkk olunduğu möhtəşəm və təkrarolunmaz gözəlliyi ilə Əcəmi Naxçıvaninin memarı olduğu Möminə Xatun türbəsi...

Onun açılmamış simvolik şifrələri, naxışlarındakı batini mənaları, həndəsi ornamentləri, riyazi təfəkkürlə bədiiliyin vəhdəti olan əsrarəngiz harmonik mozaikası və parlaq rənglərinin ecazkar ahəngdarlığı dünya fatehlərinin, alimlərin, tarixçilərin, arxeoloqların, memarların, rəssamların və səyyahların hər zaman diqqətini çəkib. 

Möminə Xatun türbəsi haqqında bu günədək çoxsaylı elmi araşdırmalar aparılıb. Biz, bu məqaləmizdə onun indiyədək diqqətdən kənarda qalan hələlik (gələcəkdə yeni tapıntılar edilənədək) ən qədim hesab etdiyimiz rəsmini ictimaiyyətə çatdırmaq və bu barədə bəzi mülahizələrimizi oxucularla bölüşmək istəyirik.

Ardını oxu...

COVID-19 pandemiyasının dünyadakı dağıdıcı təsirini göz önünə gətirdikdə, belə bir böhran dövründə uşaq və gənclərin təhsil ehtiyaclarını ödəməyin çox vacib məsələ olduğu  ön plana çıxdı. 2019-cu ilin sonundan etibarən yayılmağa başlayan bu virus bütün dünyanı öz cənginə aldı, bir çox sahə ilə yanaşı, elm sahəsinə də təsir edərək onu iflic vəziyyətinə saldı. Hər bir ölkə bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başladı. İqtisadiyyatı zəif olan, ərzaq təhlükəsizliyinin təmin olunmasında problemlər yaşayan, təhsil, səhiyyə sistemləri inkişaf etməyən ölkələr pandemiya dövründə çətinliklərlə üzləşdi, hətta bir sıra ölkələrdə səhiyyə, təhsil sistemləri çökdü. Azərbaycanda isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə pandemiyanın ilk günlərindən həyata keçirilən qabaqlayıcı, operativ, çevik addımlar xalqımızı böyük bəladan qurtara bildi. Ölkə başçısı demişdir: “Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik”. Bütün bunlar bir daha təsdiq etdi ki, dövlət siyasətinin mərkəzində insan amili - Azərbaycan xalqı dayanır. 

Ardını oxu...

“Ermənilər belə qənaətdədirlər ki, 1915-ci il aprelin 24-də Osmanlı dövləti ərazisində soyqırımına məruz qalıblar. Əslində tarixi faktlar bunun əksini söyləyir. Birinci Dünya müharibəsi illərində Türkiyə ərazisində yaşayan ermənilər yaşadığı ölkəyə xəyanət edərək, böyük dövlətlərin təhriki ilə türklərə qarşı soyqırımlar törədiblər. Osmanlı dövləti isə buna cavab olaraq erməniləri mərkəzi əyalətlərindən ölkənin ətraflarına köçürüblər”.

Bu fikirləri açıqlamasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib. Böyük dövlətlərin əlində alət olan ermənilərin Türkiyəni parçalamaq, şərq əyalətlərində Ermənistan dövləti yaratmaq üçün (o illərdə hələ Ermənistan dövləti yaradılmamışdı) saxta soyqırımı iddiasına başladıqlarını bildirən akademik qeyd edib ki, əgər ermənilər soyqırımına məruz qalmışlarsa, onda toplu məzarlıqlar olmalı idi. Olmayan soyqırımın məzarlıqları da olmayacaq. Bunu ermənilər də çox yaxşı bilirlər.

Ardını oxu...

Həmişə böyük ədəbiyyat təəssübkeşi olmuş, nəsr, dramaturgiya və ədəbi tənqid sahəsində ədəbiyyatın təməl əsərlərini yaratmış Xalq yazıçısı Elçini hekayə  janrının taleyi daha çox düşündürmüşdür.

Azərbaycan hekayəsinin orijinal nümunələrini yaratmış Elçin həm də bu janrın taleyi və təkamülü haqqında yazıçı-vətəndaşlıq missiyası ilə birlikdə həm də tənqidçi - vətəndaş səviyyəsində də həyəcan təbili kimi narahatlığını və ümidlərini ifadə edən təsirli və sanballı söz demişdir. Elçinin 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap edilmiş "Hekayə haqqında etüdlər" və 1976-cı ildə "Azərbaycan" jurnalının təqdim etdiyi "Hekayə janrı. İmkanlarımız və iddiamız" adlı məqalələri hekayə janrı haqqında yazılmış ən sanballı söz kimi qəbul edilmiş, bu janrın sonrakı inkişafında həlledici rol oynamışdır. Doğrudur, Elçinin "Olum, ya ölüm - yox, neçə olum" adlı məqaləsi ("Azərbaycan" jurnalı, 1968, №11) roman janrının taleyinə geniş, əhatəli, ən vacibi isə təsirli mövqe kimi meydana çıxmış, həm ədəbi mühitdə geniş müzakirələrə səbəb olmuş, həm də janrın sabahına doğru gedişata bələdçilik etmişdir. Əlamətdar cəhətdir ki, Elçin ilk romanı olan "Mahmud və Məryəm" romanını çap etdirdiyi 1982-ci ildən on dörd il qabaq təqdim etdiyi bu məqalə ilə roman janrına tarixi və müasir baxışı ifadə etməklə bərabər, həm də nəticə etibarilə müasir mərhələnin yeni roman konsepsiyasını da irəli sürmüşdür. Elçin 1971-ci ildə "Qobustan" jurnalında çap etdirdiyi "Dramaturgiyada şərtilik barədə" məqaləsində dram sənətinin, 1973-cü ildə "Azərbaycan" jurnalı vasitəsilə ədəbi ictimaiyyətə çatdırdığı "Şeir axını. Poeziya. Tənqid" məqaləsi ilə müasir poeziyanı inkişafı ilə əlaqədar yazıçı-tənqidçi qayğılarını da qabarıq şəkildə nəzərə çatdırmışdır. Eyni ilə "Tənqidçi məsuliyyəti" məqaləsi də (1972) ədəbi tənqidin problemlərini və narahatlığını ədəbi mühitin gündəminə çıxaran kəsərli tənqid nümunəsidir. Bu mənada Elçinin 1968-ci ildə çap olunmuş "SOS" povestinin adında ifadə olunan narahatlıq və həyəcan təkcə həmin povestin mövzusu ilə əlaqədar cəmiyyətlə bağlı mətləblərin deyil, bütövlükdə özünəməxsus yaradıcılıq imkanları və iddiaları ilə ədəbiyyat meydanında inadla irəliləməkdə olan görkəmli yazıçının geniş mənada ədəbiyyatın inkişaf istiqamətləri, taleyi və gələcəyi  qarşısındakı cavabdehlik hissini aydın surətdə əks etdirir.

Ardını oxu...

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb.

ADA Universitetindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.

Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

 

 

 

Azərbaycan Ukrayna və Belarusa pomidor məhsulunun ixracı ilə bağlı 1 milyon dollarlıq müqavilə imzalayıb

AZPROMO-dan verilən məlumata görə, bu il fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Xüsusi dadı və keyfiyyəti ilə fərqlənən Azərbaycan məhsullarını sərgi iştirakçıları və xarici şirkətlər böyük maraqla qarşılayıb. Azərbaycan sahibkarları xarici ixracatçılarla məhsulların satışına dair görüşlər keçirib, müzakirələr aparıblar.

Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1,2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb. Azərbaycanın “Agro Norm” MMC şirkəti Belarusdan olan şirkətlə 500 min ABŞ dolları, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min ABŞ dolları dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb. Bundan başqa, “Ulduz” Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistandan olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min ABŞ dolları dəyərində şirniyyat məhsullarının ixracını həyata keçirib.

 

 

 

      İllərin həsrətinə, hicranına son qoymaq naminə axır nəfəsədək vuruşaraq Böyük Qələbə sevincini xalqımıza bəxş edən, tariximizin şanlı 2020-ci səhifəsini al qanları ilə yazan Vətən fədailərindən Mətin Hüseynov və İntiqam Abdullayev. Xatirələri nisgilli, qəmli gözlərə işıq, nur gətirən, igidlikləri pərişan qəlblərə təsəlli, hüzur bəxş edən əziz şəhid qardaşlarım, yəqin ki, canından məğrurcasına keçən digər vətənpərvər oğullarla birgə indi cənnət bağında əyləşib seyr edirsiniz zəfər çələngi ilə bəzənən el-obamızı, fəxarət hissi keçirirsiniz Müzəffər Ali Baş Komandanın, vüqarlı ata-anaların, qardaş-bacıların şəninizə söylədikləri qürur dolu sözlərdən. Hər səhifəsi mərdlik, şücaətlik, mübarizlik, sədaqətlik ətri saçan, bir almanın iki üzü qədər bənzəyən ömür kitablarınıza nəzər yetirdikcə “Əbədi dostluq, əbədiyyət yolu” adlı bir hekayə canlanır yaddaşımda...

       1997-ci il oktyabrın 20-də Mətin Hüseynovun, bir il sonra avqustun 12-də isə İntiqam Abdullayevin Ordubadın Düylün kəndində dünyaya göz açması ilə başlandı bu hekayə: Qəhrəmanların ömür yolları şıltaq, şən-şaqraqlı keçən uşaqlıq çağlarından yaxınlaşdı, küçə-bacada qovalaqaç, gizlənqaç oyunları əsnasında gah küsüb, gah barışmaqla çərkişib- bərkişdilər, incə dostluq telləri ilə bağlandılar bir-birlərinə. Vaxt ötdü, vədə yetişdi eyni gündə eyni sinfə qədəm qoydular, oxudular, öyrəndilər, şirin-şəkər anlarla, munis xatirələrlə dolu məktəb illərində nümunəvi davranışları ilə müəllimlərin hörmət-izzətini qazanmaqla yanaşı, həm də idman yarışlarında, müsabiqələrdə fərqlənərək valideynlərinin də başını uca etməyi bacardılar. Elə ki, məktəbin yuxarı siniflərinə addımladılar hər bir yeniyetmə, gənc kimi onların da gələcəklə bağlı planları yarandı, məqsədləri, inamları qəti olduğundan heç şübhəsiz onu gerçəkləşdirməyə əzmləri, gücləri də yetəcəkdi...

Ardını oxu...

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə elan edilib.

Builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Əqli mülkiyyət və kiçik və orta biznes: ideyaları necə kommersiyalaşdırmaq” devizi altında keçirilir. Bu mövzu iqtisadiyyatda kiçik və orta biznesin mühüm rolunu vurğulamaqla, onların daha güclü, rəqabətqabiliyyətli və dayanıqlı müəssisələr yaratmasında əqli mülkiyyət hüquqlarından necə istifadə edəcəklərini vurğulayır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanqın bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciətində də diqqətə çatdırılıb ki, kiçik və orta biznes dünyada bütün şirkətlərin 90 faizini təşkil edir və əhalinin məşğulluğunun 70 faizini təmin edir.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes subyektləri təşkil edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Hər il Agentliyin təşəbbüsü ilə aprelin 26-da tədbirlər keçirilir, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafına necə töhfə verməsi ictimaiyyətin diqqətinə çatdırılır.

Ardını oxu...

Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.

Bunu Azərbaycan Nar İİstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Azərbaycan narının ixrac edildiyi əsas ölkələr Rusiya və Ukraynadır:

"2020-ci ildə həmin bazarlarda məhsulumuzun qiyməti yüksək olub. Azərbaycanda istehsal olunan narın yalnız 10-11 faizi daxili bazarın tələbatın tam təmin olunması şərti ilı ixraca yönəldilir. Amma hələ də keyfiyyətli məhsul çatışmazlığı mövcuddur".

O bildirib ki, 2021-ci ildə Assosiasiyanın əsas məqsədi İxracın Təşviqi və İnvestisyalar Fondunun dəstəyi ilə digər Avropa bazarlarına çıxmaqdır.

Şəhid Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

6 ay komada qalandan sonra ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlu ilə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları və Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər.

Şəhid H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində dünyaya gəlib. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və komaya düşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar mətbuat açıqlaması yayıb.

Nazirlikdən verilən məumata görə, açıqlamada deyilir:

"Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik.

1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası sayda insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

Ardını oxu...

 

Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirilib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu "Twitter"də paylaşım edib.

Baş Konsulluq bildirir ki, Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək “edam” ediblər.

 

 

 

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir. Cəmiyyətin iqtisadi-mədəni inkişafının əsasında elm, elmin əsasında isə insanın yaradıcı gücü, düşüncə və təfəkkürü dayanır. Bu baxımdan biliklərin əldə olunması və onun vasitəsilə tələbatların reallaşdırılması qədər insan beyninin məhsulu olan əqli mülkiyyətin də ən üstün səviyyədə cəmiyyətin sərvətinə çevrilməsi bütün dövrlərin aktual məsələsi olub. Belə ki, əqli mülkiyyət sahibinə verilən qiymət səbəb-nəticə əlaqələri baxımından daha da dəyər qazanır və son nəticədə, bütün bəşəriyyətin rifahına xidmət edən maddi və mədəni sərvətə çevrilir.

Əqli mülkiyyətin qorunması və bunun üçün zəruri qanuni bazanın yaradılması cəmiyyətin mühüm bir sosial sifarişi olub qədim tarixə malikdir. Hələ qədim Roma dövründə yazıçı və şairlər öz əsərlərinin başqası tərəfindən özününküləşdirilməsinin qarşısını almaq üçün hüquqi yollar axtarırdılar. Şübhəsiz, bəşəriyyətin sonrakı inkişaf mərhələsində baş vermiş bütün innovativ yeniliklər, ideya, ixtira və kəşflər də yaradıcı əməyin məhsulu kimi intellekt sahibinin adına nüfuz gətirib, bir çoxları üzərindən yüzlərlə il keçsə də, hələ də xatırlanır. Elektrik lampasından tutmuş reaktiv mühərriklərə, yaxud bu gün hər kəsin yaxşı tanıdığı antibiotiklərə qədər yüzlərlə kəşf və ixtira sahibinın adı məhz bu yolla tarixə düşüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı  muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişini təmin edib. Həmçinin belə muzey ziyarətləri qədim oğuz yurdunun zəngin keçmişinin, mədəniyyətinin öyrənilməsində böyük rol oynayır.   

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.

Ardını oxu...

Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev Kəlbəcərdə doğulmuşdu. Ali hərbi təhsil aldıqdan sonra ölkəmizin müxtəlif sərhəd bölgələrində ön xətlərdə xidmətini davam etdirmişdi. 8 ilə yaxın idi ki, Naxçıvanda qulluğa başlamışdı. 27 sentyabrda başlanan azadlıq mücadiləmizdə Naxçıvandan gedən hərbçilərimiz arasında o da var idi. Artıq qəhrəman şəhidimiz Bakı şəhərindəki II Fəxri xiyabanda uyuyur. Xəyali müsahibim torpaqlarımızın suverenliyi, azadlığı uğrunda qəhrəmancasına döyüşən, ən ali məqama ucalmış polkovnik-leytenant Anar Əliyevdir. Bəli, şəhid, Vətən müharibəsi qəhrəmanı Anar Əliyev...

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib, aktiv xəstə sayı 30 716 nəfərdir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, ötən müddət ərzində isə ümumilikdə 3 164 974 test aparılıb.

 

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsi  uğurla davam etdirirlər.

Həmin tədbirlərin davamı olaraq aprelin 23-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının 16  nəfərdən ibarət həkim briqadası tərəfindən Şahbuz rayonunun Biçənək, Ağbulaq və Kolanı kəndlərində  müayinələr aparılıb. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq, reabilitoloq, proktoloq, feldşer və başqa ixtisas həkimləri iştirak ediblər.

Ardını oxu...

Şəhid məzarları önündə dayanmışam. Ruhumdan ucalan səda artıq qulaqlarımı batırırdı. Müqəddəs torpağın, müqəddəs daşlarını gəzirəm... Donuq baxışlarım, boğazımda düyünlənib qalan səsim və bir ananın oğlunun məzarı üstündəki cavabsız danışıqlarını izləyirəm. Ürək dözmürdü ananın bu söhbətinə. Göz yaşlarıma hakim ola bilmirdim. Gördüyüm səhnənin tək təsəllisi oğlunu ömürlük itirmiş ananın mərd, hünər dolu baxışları ilə dayanması idi. Anaya yaxınlaşdım, ağ saçlarına tumar çəkdim, qəhrəman şəhidlərin, qəhrəman anaları da elə sizin kimi olar dedim. Sizin oğlunuz, bizimsə qardaşlarımız olan məzarlıqda yatan şəhidlər ən uca zirvədə dayanıblar. Vətən, xalq sevgisi idi onlara cəsarət verən, daha möhkəm edən. Məhz bu cəsarətdən qüvvət alaraq hər şeydən yaxşı Vətən deyib irəli getdilər... Bu ölüm adi ölüm olsaydı bir ana üçün çox çətin və əzablı olardı bunu bilirəm. O ana ki, min bir əziyyətlə böyütdüyü oğluna nə arzular bəsləmişdi, toyunu görməyi xəyal edirdi. Lakin şəhid anası adını daşıdığı üçün daha vüqarlı, daha əzimlidir.Göynəyən sinəsində dağ vüqarı daşıyan ana göz yaşlarını gizlədərək dedi: - Övladımdan ayrı qalsam da fəxarət hissi məni bürüyüb, bilirsinizmi niyə? Çünki oğlum torpaq üstündə şəhid olub. Onun adı ölümsüzlər adı ilə səslənir. Oğlum məni ən yüksək ad olan şəhid anası adına layiq görüb. Təki Vətən sağ olsun. İllərdir qanayan yaralarımız sağalıb igid oğullarımız sayəsində. Mənim oğlum kimi bütün şəhidlərimiz də bizlərin  qürur mənbəyi, fəxrimiz, gələcək nəslimizin örnəkçiləridir.  

Ardını oxu...

felyeton 

Bu günlərdə Zəngəzura qonaq gəlmiş erməni baş nazirinin aborigen olmayan sakinlər tərəfindən ədəbsiz bir şəkildə necə qarşılanmasını görükdə insanın ağlında bu etnosun yüz ildən bəri öz başına nədən belə faciələr gətirdiyi kimi suallar yaradır. Ancaq tarixi həqiqətlərlə muasir reallıqların kiçik bir biososioloji araşdırması onu göstərir ki, öz dejavu hisslərinin imitasiyası ilə hər dəfə haray-həşir salan ermənilərin “Mets Egerni”, yəni böyük faciəsinin səbəblərindən biri…, bəli, çox mühüm səbəblərindən biri onların həm də qoyun xarakterli olmalarındandır.

Ardını oxu...

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə respublikanın 16 şəhər və rayonunda buraxılış imtahanlarında 17 679 şagird buraxılış imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində keçirilir.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

Ardını oxu...

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Ardını oxu...

Şagird dəftər istəyir

Bir aydan artıqdır ki, ümumtəhsil məktəblərində dərslər başlayıb. Bəzi dərsliklərin çatışmasına baxmayaraq, uşaqlar bir-birinə kömək edir, necə deyərlər, yoldaşı darda qoymurlar. Amma bəzən kiçik saydığımız hər hansı bir problem kiminsə narazılığına, narahatlığına səbəb olur. Həmin problem vaxtilə dərs ləvazimatları içərisində ən ucuz satılan dəftərdir. İndi bu 12 vərəqli dəftər qiymət sarıdan çox ləvazimatları arxada qoyub. Hazırda xırda alverçilərin əlində olan ən keyfiyyətsiz dəftəri 300-350 manata almaq olur. İnsafsız alverçilər ehtiyacın daha çox olduğunu gördükcə qiymətləri günü-gündən qaldırırlar. Gəlin bir az fikirləşək. Belə bir şəraitdə məktəbə 3-4 uşaq yollayan və az məvaciblə birtəhər dolanan valideyn nə etməlidir? Axı dəftər kitab deyil ki, ildə bir dəfə alasan. Hər bir məktəbli ayda heç olmasa 4-5 dəftər işlədir. Bu da indiki bazar qiyməti ilə 1500-1600 manat edir.
Düzdür, hamımız başa düşürük ki, ümumi vəziyyət çətindir, hər şey bahadır. Amma üstü rəngli dəftərlərə həsrətlə baxan uşaqları görəndə adamın ürəyi ağrıyır. Axı uşaq oxumaq, yazmaq istəyir. Olmazmı ki, dəftər satışı hər bir məktəbdə şagirdlərin sayına görə təşkil edilsin? Bizə belə gəlir ki, bu məsələ kiçik də olsa, vacib məsələlərdən biridir. Axı şagirdi dəftərsiz təsəvvür etmək olmaz.

“Şərq qapısı” qəzeti
8 oktyabr 1994-cü il

Xoşbəxtdir Naxçıvanın bugünkü məktəblisi… 


27 il əvvəl dərc olunan “Şagird dəftər istəyir” adlı çox kiçik olan məqalədə yazılan hər bir söz, cümlə Naxçıvandakı təhsilin ozamankı vəziyyətini açıq-aydın göstərir. Naxçıvan məktəblisinin 12 vərəqli dəftərə həsrət qaldığını indiki məktəblilərə desək, bəlkə də, inanmazlar. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyəti haqqındakı arxiv materiallarına nəzər yetirmək kifayətdir ki, o zaman məktəblərin, idman müəssisələrinin yararsız halda olduğunu, şagirdlərin dərsliklərinin çatışmamasını görək. Ən ağır vəziyyətlərdən biri isə gənclərin pis vərdişlərə yiyələnməsi, onlar tərəfindən cinayət hadisələrinin törədilməsi və başqa bu cür hallar gələcəyimizin böyük təhlükədə olduğunu göstərirdi. Elə olurdu ki, uşaqlar günlərlə məktəbə getmirdilər. Naxçıvan təhsilinin dünəni ilə bu gününün müqayisəsi, təhlili, təbii ki, bir məqaləyə sığmaz.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib. Məşğələ komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilib.

Ardını oxu...

Cari il yanvarın 14-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarının keçirilməsinə start verilmişdi.

Ardını oxu...

Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.

Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.

Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında pozuntulara yol vermiş abituriyentlərin nəticələri ləğv ediləcək

DİM-dən verilən məlumata görə, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib. Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır və qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunur.

 

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.

DİM-dən verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

 

 

Rusiyanın Sankt-Peterburq şəhərindən 15 ölkəyə, o cümlədən, Azərbaycana uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.

Qeyd olunur ki, müvafiq icazələr "Aeroflot", "S7Airlines" və "PEGAS Fly" şirkətlərinə verilib.

Bu aviaşirkətlərin reysləri koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.

Xatırladaq ki, Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə də lisenziyalar vermişdi.

 

 

 

Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, əgər Ermənistan liderləri Türkiyənin ismarışlarına qulaq versələr və sülhə yatırım etsələr, bunun siyasi və iqtisadi faydası bütün region üçün yüksək olacaq.

Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, əgər Ermənistan liderləri Türkiyənin ismarışlarına qulaq versələr və sülhə yatırım etsələr, bunun siyasi və iqtisadi faydası bütün region üçün yüksək olacaq.

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş dizel mühərrik yağının müntəzəm istehsalı planlaşdırılır.

Müasir xüsusi təyinatlı texnikanın mühərriklərində işlədilən sürtkü yağları yüksək istismar xüsusiyyətləri tələb edir:

"Bu səbəbdən Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq onlara müraciət edib. İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 İXP-3-Uİ dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını hazırlayıb".

AMEA-dan bildiriblər ki, Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilib. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçirilib.

 

 

 

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir.

“Azərişıq” ASC-nin Tədris Mərkəzinin rəhbəri Araz Məmmədov açıqlamasında bildirib ki, Suqovuşan qəsəbəsinə iki dövrəli 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri davam edir: "Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir".

A.Məmmədov bildirib ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir: "35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib".

 

 

 

Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd təsdiq edilib.

Türkiyə Prezideni Rəcəb Tayyib Ərdoğan aprelin 21-də “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiq edib.

Bu Sazişin məqsədi Türkiyə ilə Azərbaycan dövlətlərinin milli qanunvericiliyi əsasında tərəflər arasında energetika və mədənçilik sahələrində, xüsusən bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi, enerjiyə qənaət edən işıqlandırma vasitələrinin inkişafını və digər istiqamətlərdə əməkdaşlığın inkişafıdır.

Şəhid məzarları önündə dayanmışam. Ruhumdan ucalan səda artıq qulaqlarımı batırırdı. Müqəddəs torpağın, müqəddəs daşlarını gəzirəm... Donuq baxışlarım, boğazımda düyünlənib qalan səsim və bir ananın oğlunun məzarı üstündəki cavabsız danışıqlarını izləyirəm. Ürək dözmürdü ananın bu söhbətinə. Göz yaşlarıma hakim ola bilmirdim. Gördüyüm səhnənin tək təsəllisi oğlunu ömürlük itirmiş ananın mərd, hünər dolu baxışları ilə dayanması idi. Anaya yaxınlaşdım, ağ saçlarına tumar çəkdim, qəhrəman şəhidlərin, qəhrəman anaları da elə sizin kimi olar dedim. Sizin oğlunuz, bizimsə qardaşlarımız olan məzarlıqda yatan şəhidlər ən uca zirvədə dayanıblar. Vətən, xalq sevgisi idi onlara cəsarət verən, daha möhkəm edən. Məhz bu cəsarətdən qüvvət alaraq hər şeydən yaxşı Vətən deyib irəli getdilər... Bu ölüm adi ölüm olsaydı bir ana üçün çox çətin və əzablı olardı bunu bilirəm. O ana ki, min bir əziyyətlə böyütdüyü oğluna nə arzular bəsləmişdi, toyunu görməyi xəyal edirdi. Lakin şəhid anası adını daşıdığı üçün daha vüqarlı, daha əzimlidir.Göynəyən sinəsində dağ vüqarı daşıyan ana göz yaşlarını gizlədərək dedi: - Övladımdan ayrı qalsam da fəxarət hissi məni bürüyüb, bilirsinizmi niyə? Çünki oğlum torpaq üstündə şəhid olub. Onun adı ölümsüzlər adı ilə səslənir. Oğlum məni  ən yüksək ad olan şəhid anası adına layiq görüb. Təki Vətən sağ olsun. İllərdir qanayan yaralarımız sağalıb igid oğullarımız sayəsində. Mənim oğlum kimi bütün şəhidlərimiz də bizlərin  qürur mənbəyi, fəxrimiz, gələcək nəslimizin örnəkçiləridir.  

Ardını oxu...

Elə peşə sahibləri var ki, necə deyərlər, onların gecəsi-gündüzü yoxdur. Yəni onlar üçün iş vaxtı məfhumu şərtidir. Həmin insanlar öz vəzifə borclarını gecə saatlarında da yerinə yetirirlər. Yəqin ki, kimlərdən bəhs etdiyimi bildiniz – təhlükəsizliyimizin, sağlamlığımızın keşiyində dayanan insanlar. Böyük hörmətə, ehtirama layiq olan bu peşə sahiblərini hamımız tanıyırıqmı? Bilirikmi ki, biz gecə şirin yuxuda olarkən onlar qışın şaxtasına, yayın istisinə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Gəlin onların bəziləri ilə tanış olaq.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 141 335, ötən müddət ərzində isə ümumilikdə 12 679 test aparılıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə səfirliyinin "Twitter" səhifəsində bildirilib.

Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmiş C.Bağcı səfirliyin əməkdaşları ilə tanış olub.

Xatırladaq ki, C.Bağcı aprelin 3-də Türkiyənin Azərbaycandakı səfir təyin olunub.

“Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib.

Nazir deyib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər: “Amma biz cənab Bayden nə deyəcək, əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”.

 

 

 

Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

"YAŞAT" Fondundan verilən məlumata görə, həmin şəxslər Ələkbərov İlkin Elçin oğlu, Atakişiyev Yusif Fariz oğlu, Kazımov Kənan Çinar oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Seyfullayev Havil Səyədullah oğlu, Osmanov Zamir Şakir oğlu, Quliyev Şahmar Anar oğlu, Abdullayev Pərvin Dövlət oğlu, Əliyev Arzu Könül oğlu, Məmmədkərimov Nicat Əfsun oğlu, Musayev Bəhman Natiq oğlu, Hüseynov Ülvi Məsum oğludur.

Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyi iddiasını şərh edərkən deyib.

L.Abdullayeva deyib: "Dövlət başçımızın fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Ardını oxu...

Bir neçə gün 12 top klubun elan etdiyi Avropa Superliqası fəaliyyətini dayandırdığını bildirib.

Bu barədə liqanın "Twitter"də yayımladığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Superliqanın fəaliyyəti ilə bağlı gələcəkdə müəyyən addımlarım atılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Superliqaya daxil olan İngiltərənin altı futbol klubu liqadan çıxdığını elan etmişdi.

Superliqa Avropanın 12 top klubu tərəfindən aprelin 19-da elan olunmuşdu.

Bu qərar UEFA və FİFA, eləcə də futbol azarkeşləri tərəfindən etirazla qarşılanmışdı.

Ermənistanın məğlub ordusunda əsgər ölümləri bitmək bilmir. Bu gün hərbi hissələrdən birində ipdən asılı vəziyyətdə əsgər meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti səhər saat 11:00 radələrində aşkar edilmiş cəsədin Narek Sevakoviç Xaçatryana aid olduğu bildirib. Onun bir il öncə hərbi xidmətə çağırıldığı qeyd olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR