23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikatlaşdırmaya cəlb olunurlar.

Yanvarın 14-dən muxtar respublikada sertifikatlaşdırmaya başlanılıb və bu proses aprelin sonunadək davam edəcək. Test mərhələsində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikalarına aid müvafiq keçid ballarını toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanmış olur. Beləliklə, 14-21 yanvar tarixlərində keçirilən test imtahanlarında 462 riyaziyyat müəllimi, 21 yanvar-13 fevral tarixlərində keçirilən test imtahanlarında 659 ibtidai sinif müəllimi, 15-20 fevral tarixlərində keçirilən test imtahanlarında isə 418 Azərbaycan dili və ədəbiyyatı müəllimi sertifikatlaşmanın müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Martın 15-dən isə tarix müəllimlərinin sertifikatlaşmasının test mərhələsi aparılır.
Sertifikatlaşmanın II mərhələsi – müsahibə mərhələsi isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası tərəfindən aparılır.
Bu mərhələdə iştirak edən hər bir təhsilverənin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır. Müsahibə mərhələsində 21 yanvar-13 fevral tarixlərində riyaziyyat, 24 fevral-12 mart tarixlərində isə ibtidai sinif müəllimləri iştirak etmiş və uğur qazanaraq sertifikatla təmin olunmuşlar. Martın 13-dən isə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin müsahibə mərhələsi aparılır. Bu proses aprelin 1-dək davam edəcək.
Qaydaya əsasən üzrlü, yaxud üzrsüz səbəblərdən sertifikasiyadan keçə bilməyənlər 1 il müddətində təkrar iştirak hüququna sahib olurlar. Hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiya olunmurlar.
Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.
Muxtar respublikada təhsil daim inkişaf edən sahədir. Təhsilin inkişafına yönəlmiş addımlardan biri olan təhsilverənlərin sertifikatlaşması prosesinin davamlı olması hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul yaradır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR