23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Televiziyasının Naxçıvan Muxtar Respublikası miqyasında yayımının təqdimat mərasimi keçirilib.
Tədbirdə Universitet Televiziyasının efiri izlənilib. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edərək muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində universitetdə yaradılan müasir tədris şəraitindən, qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, muxtar respublikanın jurnalist kadrlarına olan ehtiyacı nəzərə alınmaqla universitetdə 2001-ci ildən Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanılıb. Bildirilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı, ixtisas müəllimlərinin, Media Mərkəzinin işçi heyəti və tələbə-jurnalistlərin xüsusi bacarığı və səyi nəticəsində Universitet Televiziyası fevral ayının 24-dən etibarən muxtar respublikada yayıma başlayıb. Vurğulanıb ki, televiziya həftənin I, III və V günləri saat 11-dən 15-dək efirdə olur. Rektor gənc jurnalist kadrların peşə hazırlığının yüksəldilməsi və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün kollektivin birgə əməyinin zəruriliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, bu tarixi hadisə nəticəsində muxtar respublika televiziyasının kadr potensialının təmin edilməsində Universitet Televiziyasının gələcək perspektivlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Naxçıvan Muxtar Respublikası Televiziya Ötürücü Mərkəzinin direktoru Hikmət Əhmədov yayım avadanlıqlarının yenilənməsi və televiziyanı maddi-texniki baza ilə təmin etmək üçün hər zaman hazır olduqlarını dilə gətirib.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev Universitet Televiziyasının gələcəyə hesablanmış inkişaf perspektivlərindən, Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva Universitet Televiziyasının yaradıcılıq imkanları, Universitet Televiziyasının əməkdaşı Aqşin Məhərrəmli televiziyanın maddi-texniki bazası haqqında danışıblar.
Çıxışlarda Universitet Televiziyasının keçdiyi tarixi yola nəzər salınıb, qazanılan uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Göstərilən etimada layiq olmaq və gələcəkdə televiziyanın imkanlarının geniş, əhatəli olacağına əminlik ifadə olunub.
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Məcid Əkbərov tələbə-jurnalistlərin təcrübələrinin formalaşması məqsədilə yaradılan şərait üçün tələbələr adından öz minnətdarlığını ifadə edib.
Sonra Media Mərkəzinin fəaliyyində aktiv iştirak edən tələbə-jurnalistlər universitetin təşəkkürnaməsi və kitabla təltif ediliblər.
Sonda universitetin Media Mərkəzində yaradılan şəraitlə tanışlıq olub, birgə əməkdaşlıq məsələlərini müzakirə edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR