Muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər,qəbul edilmiş mühüm Dövlət proqramlarının uğurlu icrası, yaradılan yeni istehsal və xidmət sahələri əhalinin səmərəli məşğulluğunu təmin etmiş, davamlı inkişafa yeni imkanlar yaratmışdır.
Muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər,qəbul edilmiş mühüm Dövlət proqramlarının uğurlu icrası, yaradılan yeni istehsal və xidmət sahələri əhalinin səmərəli məşğulluğunu təmin etmiş, davamlı inkişafa yeni imkanlar yaratmışdır.
İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyin də qarşısında bir sıra vəzifələr qoyulub. Muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerjidaşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət edilməsi nazirliyə tapşırılıb.
Dövlət Vergi Xidmətinin vergi.nakhchivan.az rəsmi internet səhifəsi daha da təkmilləşdirilərək vergiödəyicilərinin və ictimaiyyətin istifadəsinə verilib. İnternet səhifəsinin vizual görüntüsü dəyişdirilib, daha çox müraciət olunan bölmələr xüsusi banderlərlə saytın əsas səhifəsinə yerləşdirilib.
Vergiödəyiciləri ilə yerlərdə həyata keçirilən maarifləndirici görüşlərlə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq dövlət orqanının rəsmi internet səhifəsi və sosial media üzərindən məlumatlandırma işləri təkmilləşdirilir.
Bu gün Ordubad rayonu başdan-başa quruculuq meydanını xatırladır. İstər Ordubad şəhərində, istərsə də rayonun kəndlərində müasir infrastruktur yaradılır, yollar abadlaşdırılır, qədim tarixi-memarlıq abidələri əsaslı surətdə təmir-bərpa edilir. Hazırda rayon mərkəzinin Heydər Əliyev prospektində, Mirzə Fətəli Axundov, Nəsirəddin Tusi və başqa küçələrdə əsaslı surətdə yenidənqurma və abadlıq işləri aparılır. 3000 metr uzunluğunda olan Heydər Əliyev prospektindəki avtomobil yolu genişləndirilərək üzərinə asfalt örtük salınıb. Yolun abadlaşdırılması ilə bərabər yol kənarlarındakı piyada keçidləri, xiyabanlar da əsaslı surətdə yenidən qurularaq üzərinə kilid daşları döşənib. Bütün bu işlərlə yanaşı, yol kənarındakı istismar müddəti başa çatmış işıq dirəkləri, yeraltı su, kanalizasiya, rabitə və elektrik xətləri yeniləri ilə əvəz olunub. Prospekt boyunca mövcud yaşayış binalarının fasadları da təmir-bərpa edilib. Rayon mərkəzindən Şəhriyar qəsəbəsinə və Kotam kəndinə gedən avtomobil yolu da genişləndirilərək asfalt örtüyü təzələnir.
Muxtar respublikada sənayenin inkişafı üçün böyük perspektivlər mövcuddur. Ona görə də diyarımızda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa nail olmaqdır. Bu baxımdan hər il yeni istehsal müəssisələrinin yaradılması təqdirolunasıdır.
Bu sırada yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələrinin yaradılmasını qeyd etmək olar. Bunun nəticəsində isə 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Onu da qeyd edək ki, ötən il muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olub. Burada ilk yeri 27,6 faizlə sənaye sahəsi tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Sərəncam muxtar respublikanın sənaye sahəsindəki inkişafına göstərilən daha bir qayğı oldu. Belə ki, ölkə başçısının 2019-cu il 13 sentyabr tarixli “Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında” Fərmanı ilə Naxçıvan Muxtar Respublikasına 5 milyon manat vəsait ayrılıb. Ötən dövr ərzində məhəllənin tikintisində bir sıra işlər yerinə yetirilib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb, mövcud istehsal sahələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafı üçün zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2020-ci ilin sentyabr ayında payız-qış mövsümünə hazırlıqla əlaqədar meliorativ tədbirlərin görülməsi diqqətdə saxlanılmış, torpaqların su təminatının yaxşılaşdırılması, qapalı suvarma şəbəkələrinin qurulması, yeni subartezian quyularının qazılması, suvarma kanallarının mütəmadi təmizlənməsi və anbarlara suyun yığılması işləri həyata keçirilmişdir.
Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 11,3 milyon kubmetr su verilmiş, bunun müqabilində 9 min 472 hektar torpaq sahəsi suvarılmışdır.
Hesabat dövründə 12,8 kilometr beton və torpaq kanal, 14,6 kilometr ara arxlar və 4 kilometr kollektor lildən təmizlənmiş, 29 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
BP şirkəti Azərbaycanın və digər aidiyyəti hökumətlərin, Avropa Komissiyasının, dövlət və özəl sektordan olan maraqlı tərəflərin və bir sıra beynəlxalq maliyyə qurumlarının Cənub Qaz Dəhlizinin işlənməsi, tikintisi və Avropaya qaz nəqli komponentlərinin birləşdirilməsi üçün uzun müddətli səylərinin uğurla başa çatması haqqında Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumunun açıqlamasını alqışlayır.
Bu barədə BP-nin açıqlamasında deyilir.
"TAP-ın və bu ilin noyabr ayında "Snam Rete Gas" tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətində təbii qaz təchizatına planlaşdırıldığı kimi, 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın. SOCAR-la birlikdə biz təxminən 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq. Bu yeni qaz nəqli sistemi Azərbaycana imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin", - məlumatda deyilir.
Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd edilir.
Ölkəmizdə dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə respublikaya rəhbər təyin olunan ulu öndərin təşəbbüsü sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və inkişafa təkan verilmişdir. Belə ki, dəmir yolu üçün ən əsas amil sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkilmiş, yeni vağzal binaları inşa olunmuş, stansiyalarda yoldəyişən və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edilmişdir. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176 olmuş, həmin dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.
Azərbaycandakı mövcud vəziyyətlə bağlı Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin onlayn görüşü keçirilib. Görüşdə ilk olaraq palatanın həmsədri, Türkiyə Odalar və Borsalar Birliyi İdarə Heyətinin üzvü Öztürk Oran çıxış edib.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin Azərbaycana işğalçı hücumlarına başlamasını pisləyir və azərbaycanlı qardaşlarımızla bir yerdə olduğumuzu bildiririk. Türkiyə Odalar və Borsalar Birliyi olaraq bu hadisələrə ilk gündən münasibətimizi bildirmiş və Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri olaraq Azərbaycanda baş verən bu hadisələri diqqətlə izləyirik.
Torpaq tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmiş, insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur.
Torpaq münasibətlərinin tənzimlənməsi üçün vahid dövlət idarəçiliyinə və ixtisaslı mütəxəssislərə həmişə ehtiyac duyulmuşdur. Ona görədir ki, 100 il əvvəl, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli Qərarı ilə İnqilab Komitəsinin nəzdində ilk Torpaq şöbəsi yaradılmış, 18 yanvar 1924-cü ildə Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə Xalq Torpaq Komissarlığı təşkil edilmişdir. Sonrakı dövrlərdə Naxçıvanın torpaq idarəçiliyi sistemində yenə də müxtəlif dəyişikliklər baş vermişdir. 1946-cı il 28 may tarixdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı ilə Xalq Torpaq Komissarlığı Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış və nazirliyin Torpaq şöbəsi yaradılmışdır.
Muxtar respublikada insan amilinə verilən dəyər, səmərəli məşğulluğun təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, keyfiyyətli ərzaqla təminat və səhiyyə xidmətlərinin düzgün təşkili əhali artımına öz töhfəsini vermişdir.
İqtisadi və sosial sahələrdə əldə olunmuş uğurlu inkişafın nəticəsidir ki, muxtar respublikada əhalinin sayı 2000-ci ilin sonuna nisbətən 26,9 faiz artaraq 1 iyul 2020-ci il tarixə 460,6 min nəfər olmuşdur.
Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrdə müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır.
2020-ci ilin yanvar-sentyabr aylarında Şahbuz rayonunda əhalinin nümunəvi rabitə xidmətləri ilə təmin edilməsi üçün bir sıra işlər həyata keçirilib. Hazırda rayonda 3737 abunəçiyə rabitə xidməti göstərilir.
2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq Şahbuz Rayon Rabitə İdarəsi tərəfindən payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəlif tutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.
Muxtar respublikamızda aparılan quruculuq işləri uzun illərdir ki, geniş vüsət alıb. Şərur rayonuna da bu quruculuqdan xeyli pay düşüb. Belə tədbirlər cari ildə də davam etdirilir. Quruculuq ünvanları sırasında rayon mərkəzində inşa olunan Mədəniyyət sarayı da var.
Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür.
Sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.
Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür.
Sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.
Cari ildə bu bitkinin əkin sahələri 1549 hektar təşkil edib
Dənli bitkilər qida menyumuzda mühüm yer tutur. Dünyada əkilən dənli bitkilər sırasında buğdadan sonra ikinci yerdə gələn qarğıdalı isə həm qiymətli ərzaq, həm də yem bitkisi kimi çox faydalıdır. Qarğıdalının xalq təsərrüfatında da istifadə imkanları genişdir. Məsələn, onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sair istehsal edirlər. Eyni zamanda ondan un, yarma və nişasta hazırlayır, nişastadan isə qənnadı sənayesində istifadə olunur. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. Ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər. Elə bu əhəmiyyətindən irəli gəlir ki, dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi dünyada 130 milyon hektardan çoxdur. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan şimal ölkələrinədək becərilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir. Qarğıdalının yemçilik təsərrüfatında da əhəmiyyəti böyükdür. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Buna görə də onun dənindən qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən, eyni zamanda keyfiyyətli silos alınır. Bitkinin yaşıl gövdəsi heyvandarlıqda şirəli yem kimi çox faydalıdır.
Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar nəticəsində mühasibat uçotunun mahiyyəti və funksiyaları, müəssisədə onun yerinə yetirdiyi vəzifələr dəyişərək bir çox hallarda uçot sistemini müəssisənin özünün seçməsinə imkan yaratmışdır. Uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadır. Müəssisə və təşkilatlar bir çox qarşılıqlı ünsürlərdən ibarətdir, bəziləri kommersiya fəaliyyətlərini, digərləri isə rəhbərliyi həyata keçirir. Ancaq bunların hamısı ayrılmaz şəkildə bir-biri ilə bağlıdır və birlikdə bir nəzarət sistemini təmsil edirlər. Mühasibat uçotu iqtisadi subyektin idarəetmə sisteminin tərkib hissələrindən biri olub, müəssisənin təsərrüfat fəaliyyətinə davamlı, fasiləsiz, qarşılıqlı müşahidə və nəzarət edir. Onun strukturu maliyyə, idarəetmə və vergi uçotu ilə birbaşa və əks əlaqələrin olması ilə xarakterizə olunan müvafiq məlumat axınından ibarətdir. Mühasibat məlumatları əsasında təhlil, planlaşdırma, nəzarət, tənzimləmə, digər idarəetmə funksiyaları həyata keçirilir. İcra etdiyi funksiyaların əhəmiyyəti mühasibat uçotunun daim təkmilləşdirilməsini tələb edir.
Dünya bazarına inteqrasiya ilə köhnə uçot metodları və üsullarının yeni şəraitdə qəbuledilməz olması ölkə iqtisadiyyatının bir çox sahələrində mühüm islahatların aparılmasını zəruri etdi. Bu zərurət müəssisələrimizin beynəlxalq bazarlara çıxdığı zaman onun tamhüquqlu üzvü olması, eyni zamanda hər bir müəssisənin fəaliyyətinin və əmlak vəziyyətinin obyektiv əks etdirilməsindən irəli gəlirdi. Mühasibat uçotu və hesabat inzibati-amirlik sistemində prinsipcə tamamilə başqa vəzifələr yerinə yetirirdi. Müasir mərhələdə dünya praktikasında qəbul edilmiş qaydalara uyğun islahatların aparılması mühasibat uçotunun beynalxalq standartlara uyğunlaşmasını zəruri etdi.
Muxtar respublikada aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, əkin dövriyyəsinə yeni torpaqların qatılması və müasir suvarma sistemlərinin qurulması bu sahədə davamlı inkişafı təmin etmişdir.
Geniş vüsət almış meliorasiya və irriqasiya tədbirlərinin nəticəsidir ki, təkcə 2014-cü ildən 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 191,9 min paqonometr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri, 456,9 min paqonometr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 912,1 min paqonometr məsafədə suvarma kanallarının tikintisi, yenidən qurulması və bərpası, 7810,6 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 4988,2 hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir.
Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi hazırda bu sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil etməklə aqrar sahənin inkişafına yeni imkanlar yaradacaqdır.
Babək Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvi rabitə və internet xidmətləri göstərilib, yeni texnologiyaların tətbiqi, inkişafı istiqamətində işlər davam etdirilib.
2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə tapşırılıb ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılsın, mal-material ehtiyatı yaradılsın. Həmin tapşırıqların icrasına uyğun olaraq Babək Rayon Rabitə İdarəsi tərəfindən mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.
Bu ilin mart ayından başlayaraq Ordubad rayonunun Nüsnüs kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Belə ki, hazırda adıçəkilən yaşayış məntəqəsində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Bundan başqa, kəndi rayon mərkəzi ilə əlaqələndirən yol və üzərindəki körpülər də yenidən inşa olunur.
Bunu növbəti “Arıçılıq məhsulları-bal” festival da sübut etdi
Öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yüksək qiymətləndirilən Naxçıvan balının və arıçılıq məhsullarının tanıdılmasına muxtar respublikada böyük diqqət və qayğı göstərilir. Artıq ənənə halını alan festifalların keçirilməsi bu qiymətli ərzaq məhsulunun təqdimi və təbliği baxımındam mühüm əhəmiyyət daşıyır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən beşinci “Arıçılıq məhsulları-bal festivalı” da bu tədbirlərin davamı kimi yaddaqalan oldu. Festivaldan hazşrlanan reportajı oxucularımıza təqdim edirik.
Etibar Məmmədov artıq iki ildir ki, Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədridir: – Arıçılıq yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikamızın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin də inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Müsahibim bildirir ki, yaz aylarında arıçılıqda həyata keçirilən mühüm tədbirlərdən biri arı ailələrini keyfiyyətli mum vərəqi ilə təmin etməkdir. Şahbuz rayonunda fəaliyyət göstərən “Naxçıvan arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətində artıq mum vərəqlərinin də istehsalına başlanılıb. Gündəlik istehsal gücü 35 kiloqramdır. Burada avadanlıqlar tam avtomatlaşdırılıb. Ən son model olan həmin avadanlıqla tökmə üsulu ilə mum birbaşa istehsal olunur. Bu, dünyada ən mükəmməl üsul hesab edilir.
Hərtərəfli dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılması nəticəsində muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da taxılçılığa maraq ildən-ilə artır. Bunun ifadəsidir ki, cari ildə muxtar respublikada taxıl sahələrindən 115649 ton məhsul tədarük edilib ki, əldə olunan məhsulun 4314 tonu və ya 3,7 faizi Şahbuz rayonunun payına düşüb.
Muxtar respublika iqtisadiyyatında mühüm yerə sahib sahələrdən biri də sənayedir. Son dövrlərdə sənayeləşmə siyasətinə uyğun olaraq yeni istehsal sahələri qurulur, mövcud müəssisələrin fəaliyyətində məhsulların yeni növ və çeşidlərinin istehsalına diqqət artırılır. Sənaye məhsulları istehsalında əldə olunmuş müsbət nəticələrdən biri də son illərdə muxtar respublikada yeni inşaat materiallarının istehsalına başlanılmasıdır. Naxçıvan Muxtar Respublikasının təbii xammal yataqlarının işlənməsi hesabına istehsal olunan müxtəlif inşaat materialları daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunur. Sement, sönmüş və sönməmiş əhəng məhsulları, astar və üzlük suvaqlar, kartonpiyer gipsləri kimi tikinti materialları sırasında məsaməli beton da son illərin daha çox ehtiyac duyulan məhsulları sırasındadır. Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan bu məhsullar həm də rəqabətqabiliyyətliliyi ilə seçilir.
Qeyd edək ki, məsaməli beton bloklar müasir dünyada ən geniş yayılmış tikinti materialıdır. Bu məhsullar digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və soyuğa davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda məsaməli betondan hündür və alçaqmərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində istifadə olunur. Statistikaya görə, bir çox ölkələrdə məsaməli beton divar tikinti materialları işində bazarın 60 faizini tutur. İnkişaf etmiş ölkələrdə bu inşaat materialının istehsalına maraq böyükdür. Hətta ərazi və faydalı qazıntılarına görə ən böyük ölkə sayılan Rusiya məsaməli beton istehsalı həcminə görə Almaniya, Polşa və Belarusdan sonra gəlir. Bilinən odur ki, bu gün məsaməli beton blokları tikintidə əsl inqilab adlandıranlar heç də yanılmırlar.
“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask bildirib ki, üç ildən sonra “Tesla” dəyəri 25 min dollar olan pilotsuz avtomobil istehsal edəcək.
Yeni avtomobil “Tesla”nın hazırda istehsal etdiyi sedan Model 3-dən (37990 dollar) 12 min dollar ucuz olacaq.
“Tesla Motors” (ABŞ) 2003-cü ildə elektromobilləri və texnologiyaları işləyib hazırlayan və istehsal edən şirkət kimi fəaliyyətə başlayıb. Elektromobillərlə yanaşı, şirkət öz texnologiyaları üzrə batareya və elektrik mühərriki istehsal edərək digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.
Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 976 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Şahbuz rayonu təbiət mənzərələri, min bir dərdə dərman olan bulaqları, fauna və florası ilə hər zaman muxtar respublikamızın seçilən bölgələrindən biri olub. Keçili kəndində də bütün bunları görmək mümkündür. Hər dağında-dərəsində ayrı bir gözəllik olan bu kəndə üz tutmağımızda məqsədimiz adı dillərdə deyilən Çınqıllı bulağının gözündən axıb gələn, dərdlərə dərman olan təbii bulaq suyu haqqında yazı hazırlamaq idi. Lakin bu kəndin insanları ilə söhbət etdikdə onun təkcə Çınqıllısı ilə kifayətlənmək mümkünsüz oldu.
Keçili kəndi rayon mərkəzindən 20 kilometr şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Muxtar respublikamızda daimi xarakter alan quruculuq tədbirləri nəticəsində bir zamanlar bərbad halda olan kənd yolu yerini qara örtüklü, hamar yollara verib. Yolboyu qayalıqların əhatəsində qərar tutan kəndlərimizə baxdıqca yaradılan şərait insanda qürur hissi doğurur.
Yaxın illərin söhbətidir. Muxtar respublikanın aidiyyəti nazirliklərinin nümayəndələrinin diyarımızın böyük kənd yaşayış məntəqələrində torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlərində iştirak edirdim. Bu tədbirlərdə torpaqlardan düzgün istifadə məsələsi müzakirə olunur, sahələrdə əyani şəkildə mütəxəssis məsləhətləri verilirdi.
Növbəti görüşlərin birində sadə bir torpaq adamının çıxışı, sözün həqiqi mənasında, mənə çox maraqlı təsir bağışladı. “Torpağın dilini bilmək” ifadəsinə məhz onda inandım.
Bu gün qədim diyarımız Naxçıvan abadlaşıb, gözəlləşib, nümunəvi və qibtə ediləcək məkana çevrilib. İqtisadiyyatı elmi əsaslarla inkişaf etdirilən Naxçıvanda əldə olunan nailiyyətlər bir daha sübut edir ki, düzgün seçilən yol həmişə uğurlarla nəticələnir.
Bu yolda qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir, müvəffəqiyyətlərə nail olunur. Bu sırada iqtisadi siyasətin əsasını təşkil edən sahibkarlıq subyektlərinin normal fəaliyyəti xüsusi rol oynayır. Qeyd edək ki, muxtar respublikada hər il yeni-yeni istehsal müəssisələrinin açılması daimi xarakter alıb. Bu da öz bəhrələrini verib.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,19 dollar ucuzlaşaraq 41,45 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.
Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:
Tarixən Naxçıvanın yüksəkkeyfiyyətli yerli məhsullarını qədim diyarın sakinləri kimi, buraya səfər edən qonaqlar da həvəslə alıb istifadə ediblər. Həmişə söz Naxçıvan nemətlərindən düşərkən, onların dad-tamı, ləzzəti və şübhəsiz, insan sağlamlığına olan faydaları haqqınlakı fikirlər hər kəsin bəyəndiyi və dostları ilə həvəslə paylaşdığı bir mövzuya çevrilir.
Naxçıvanda fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan və hazırda dünyanın bir çox ölkələrinə ixrac edilən məhsullar da həm yerli, həm də xarici bazarlardakı alıcıların həvəslə seçib aldığı nemətlərdəndir. Bu eyni zamanda ölkəmizdə idxaldan asılılığın azaldılması və ixracın həcminin genişləndirilməsi strategiyası üzrə qarşıya qoyulmuş vəzifələrə muxtar respublikamızın mühüm bir töhfəsidir.
Müasir dövrdə yeni texnologiyaların tətbiqi hər yerdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi və sosial sahələrdə keyfiyyət dəyişikliyi yaratmış, sürətli və etibarlı rabitə əlaqələri insanların mədəni həyatının mühüm faktorlarından birinə çevrilmişdir. Hər cür mütərəqqi yeniliyə həssas olan cəmiyyətimizdə insanlara təklif olunan yüksəkkeyfiyyətli xidmətlər, bu mənada, özünün səbəb-nəticə əlaqələri baxımından həmişə rəğbətlə qarşılanır. XX əsrin mühüm yeniliklərindən biri olan internet və mobil rabitə xidmətlərinin Naxçıvanda geniş yayılması cəmiyyət həyatında köklü dəyişikliklərə səbəb olmaqla, iqtisadiyyatın digər sahələrində də yeni yüksəlişə stimul verib.
Muxtar respublikamızda rabitə infrastrukturunun təkmilləşdirilməsi əhaliyə yeni yüksəkkeyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində “Naxtel” mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilmişdir. Həyata keçirilən tədbirlər bütün bu 4-cü nəsil “Naxtel” şəbəkəsi abunəçilərinin sayının artmasına səbəb olub.
Artıq bir neçə ildir ki, 4-cü nəsil “Naxtel” mobil rabitə şəbəkəsinin istfadəçiləri də yaradılan müasir şəraitdən bəhrələnməklə yeni texnologiyaların həyatımıza gətirdiyi sürət və komfortdan maksimum faydalanmaq imkanı qazanıblar.
Tikinti-quruculuq və abadlıq tədbirləri muxtar respublika həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Quruculuq tədbirlərindən Azərbaycanın incisi sayılan Ordubad rayonuna da xeyli pay düşüb.
İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır. Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmiş, müasir avtomobil yolları salınmış, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.
Ötən dövrdə muxtar respublikanın əsas magistral yollarından olan, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktik mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlimə start verilib.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması avqust ayı ərzində də davam etdirilmiş, ümumilikdə, məhsul nümunələrinin 219 halda, o cümlədən qida məhsullarının 193 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 93 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.
Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən ailə təsərrüfatçılarına kömək məqsədilə təşkil edilən yarmarkaya 20-yə yaxın ailə təsərrüfatçısı tərəfindən 52 adda 4 tondan artıq məhsul çıxarılıb.
Yarmarkada rayonun iqliminə uyğun müxtəlif meyvə və tərəvəzlərin, turşuların, şahbuzlu ailə təsərrüfatçılarının hazırladıqları məhsulların satışı həyata keçiriləcək.
Muxtar respublikamızda təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Muxtar respublikada təkcə 2018-2020-ci illərdə, ümumilikdə, 16 yeni məktəb binası yenidən bərpa olunmuş, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilmiş, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də təmir-tikinti işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarımili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu dövr ərzində aparılan kompleks quruculuq və abadlıq işləri sırasında Vənənd kənd tam orta məktəbi də yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli Qərarı ilə Dizə kənd tam orta məktəbi Vənənd kənd tam orta məktəbinə birləşərək müasir tədris şəraiti ilə təmin olunub, 2020-ci il yanvarın 13-də müəllim və şagirdlərin istifadəsinə verilib.
Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasirtipli, 432 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 27 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.
Günümüzdə kənd təsərrüfatı dünya əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur və insanların ərzaq ehtiyaclarını yüksəkkeyfiyyətli məhsulla təmin etmək üçün mühüm vəzifələr daşıyır. Həyatın bütün dövrlərində hər hansı böyük və kiçik subyektlər, son nəticədə, kəndli əməyinə borclu olmuşdur. İqtisadiyyatın əsas sektoru kimi xeyli diqqət tələb edən bir sahə olmaqla, kənd təsərrüfatı qida ehtiyaclarını qarşılayır, sənayeni xam maddə ilə təmin edir. Bundan başqa, gəlirlərin yaradılması, ticarət əlaqələrinin formalaşdırılması və digər xidmətlər baxımından milli iqtisadiyyatın dayanıqlılığının təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
Son dövrlər həyata keçirilən mühüm tədbirlər, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, müasir standartlara cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılması, rəqabətədavamlı məhsul növlərinin istehsalı muxtar respublikanın davamlı inkişafını təmin etmiş, ixrac potensialını artırmışdır.
İxrac əsas makroiqtisadi göstəricilərdən biri olub iqtisadi aktivliyi və ümumi inkişafı xarakterizə edir. Bu gün Naxçıvan Muxtar Respublikasından Amerika Birləşmiş Ştatlarına, Türkiyə Respublikasına, Rusiya Federasiyasına, Gürcüstan Respublikasına, İran İslam Respublikasına, Türkmənistan Respublikasına, Oman Sultanlığına və digər ölkələrə məhsullar ixrac olunur.
Gillər havanın, küləyin, yağışın və digər atmosfer hadisələrinin qayalara (çöl şpatlarına) təsiri nəticəsində əmələ gələn “yağlı” torpaqdan ibarət minerallar qarışığıdır. Gillərin mineraloji tərkibində əsas rolu laylı quruluşa malik minerallar oynayır. Müxtəlif nisbətlərdə olan silisium – 4-oksid, alüminium-oksid kimi əsas minerallardan başqa, gillərin tərkibində andoluzit, hidroarqillit, diaspor, korund, monotermit, muksovit, narkit, pirotillit adlı minerallar da ola bilir. Başqa sözlə, gillərin tərkibində əsas komponentlərdən başqa, maqnezium, dəmir, sink, kobalt, fosfor, qızıl, mis, gümüş, kalsium və sair elementlərə malik komponentlər də olur.
Ailə təsərrüfatı institutu bu gün bütün dünyada özünüməşğulluğun təmini üçün unikal bir sistemdir. Bu sistemin nümunəviliyi ondadır ki, belə fəaliyyət, ilk olaraq yoxsulluğa qarşı güclü mübarizə formasıdır. Digər tərəfdən ailəvi sahibkarlıq fəaliyyəti ailə üzvlərinin hər birinə öz təşəbbüskarlığını zəhmət və bacarığını nümayiş etdirmək üçün geniş imkanlar açır. Son bir neçə ayda məlum pandemiyanın da nəticələri göstərdi ki, bu cür fors-major vəziyyətlərdə əhali sayının daha çox ailə təsərrüfatı birliklərində çalışdığı ölkələrdə dövlətin də üzərinə o qədər ağır yük düşmür. Necə deyərlər, hər bir ailə təsərrüfatı sahibi ailə üzvlərinin tələbatlarını ödəmək üçün digərlərindən daha üstün imkana malik olur. Bu, dövlət üçün də sərfəli sayılır, çünki əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün az vəsait xərcləyir, əvəzində maliyyə imkanlarını digər istiqamətlərə yönəldir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən avqust ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları keçirilib. Həmçinin muxtar respublikada kartof yığımının qısa müddətdə başa çatdırılması, məhsulun Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və sahibkarların soyuducu anbarlarına təhvil verilməsi ilə əlaqədar maarifləndirmə işləri aparılıb. Biçindən sonra təkrar əkinlərin həyata keçirilməsi, əkin sahələrində aqrotexniki qulluğun düzgün və vaxtında aparılması, payızlıq taxıl əkinlərinə hazırlıqla əlaqədar növbəli əkin sisteminə əməl etməklə sahələrin seçilməsi, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanmasının əhəmiyyəti mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilib.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər həyata keçirilmiş, 9,3 kilometr beton və torpaq kanal, 11 kilometr ara arxlar və 4,6 kilometr kollektor lildən təmizlənmiş, 500 metr yeni açıq drenaj kanalı qazılmış, 64 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin avqust ayında da uğurla davam etdirilib.
Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ay ərzində muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 193 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Bunlarla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayevin “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” və “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” kitabının təqdimatı olub.
Həftənin bazar – hamının təbirincə desək, istirahət günü Naxçıvan şəhərindəki Mərkəzi bazara yollandım. Bu həmin bazardır ki, diyarımızın sakinlərini muxtar respublikamızda istehsal olunan yerli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Lakin bu dəfə buraya kənd təsərrüfatı məhsullarının satış yarmarkasından, ya da bayram yarmarkasından yazı hazırlamaq üçün yox, yeni tədris ili ərəfəsində təşkil edilən ənənəvi məktəbli yarmarkası ilə tanış olmağa gəlmişəm.
Bazara addım atar-atmaz övladına məktəb ləvazimatları almağa tələsən valideynlərin, məktəbə gedəcəkləri üçün sevinən uşaqların həyəcanını görürəm. Bu məni də şirin xatirələrlə dolu qayğısız məktəb illərinə aparır, bu kövrək hissləri məndə yaşadan yarmarka ilə tanış olmağa tələsirəm. İlk olaraq “Məktəbli yarmarkasına xoş gəlmisiniz” yazısı ilə qarşılaşıram. Yarmarkanın giriş hissəsində məktəbli ləvazimatlarının satış qiymətləri ilə tanışlıqdan sonra içəriyə daxil oluram. Burada, xüsusilə ibtidai siniflərdə təhsil alan övladları ilə birgə alış-veriş edən valideynləri, onlara lazım olan tədris vəsaitlərinə, elmi nəşrlərə nəzər yetirən müəllimləri, eləcə də artıq özü bazarlıq etməyi bacaran şagirdləri dəftər, qələm, çanta və digər ləvazimatlar alan görürəm.
Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərirlər. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Taxıl zəmilərindən orta hesabla 30 sentner məhsul götürülüb. Bu isə ötən ildəkindən çoxdur.
Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxıl əkiləcək sahələrdə payızlıq şuma başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Kəngərli rayon bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.