22 Dekabr 2024, Bazar

Müasir dövrdə yeni texnologiyaların tətbiqi hər yerdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da iqtisadi və sosial sahələrdə keyfiyyət dəyişikliyi yaratmış, sürətli və etibarlı rabitə əlaqələri insanların mədəni həyatının mühüm faktorlarından birinə çevrilmişdir. Hər cür mütərəqqi yeniliyə həssas olan cəmiyyətimizdə insanlara təklif olunan yüksəkkeyfiyyətli xidmətlər, bu mənada, özünün səbəb-nəticə əlaqələri baxımından həmişə rəğbətlə qarşılanır. XX əsrin mühüm yeniliklərindən biri olan internet və mobil rabitə xidmətlərinin Naxçıvanda geniş yayılması cəmiyyət həyatında köklü dəyişikliklərə səbəb olmaqla, iqtisadiyyatın digər sahələrində də yeni yüksəlişə stimul verib.

Muxtar respublikamızda rabitə infrastrukturunun təkmilləşdirilməsi əhaliyə yeni yüksəkkeyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində “Naxtel” mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilmişdir. Həyata keçirilən tədbirlər bütün bu 4-cü nəsil “Naxtel” şəbəkəsi abunəçilərinin sayının artmasına səbəb olub.
Artıq bir neçə ildir ki, 4-cü nəsil “Naxtel” mobil rabitə şəbəkəsinin istfadəçiləri də yaradılan müasir şəraitdən bəhrələnməklə yeni texnologiyaların həyatımıza gətirdiyi sürət və komfortdan maksimum faydalanmaq imkanı qazanıblar.

Naxtel 4G ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorlarından biri kimi bu sahədə göstərdiyi xidmətlərə bir çox yeniliklərlə başlayıb. Belə ki, quraşdırılmış baza stansiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikasının, demək olar ki, bütün ərazisində yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri göstərilir. Sürətli və etibarlı rabitə sayəsində muxtar respublika əhalisinin böyük bir qisminin istifadə etdiyi mobil internetin sürəti də tətbiq edilən texnologiyaya uyğun olaraq artıb. Bütün insanların, eləcə də biznes subyektlərinin işgüzar fəallığını artıran belə bir yenilik, şübhəsiz, muxtar respublikanın mərkəzi yaşayış məntəqələri ilə yanaşı, ucqarların da sosial-iqtisadi inkişafına, əhalinin mədəni tələbatlarının ödənilməsinə mühüm töhfə verir. “Naxtel”in abunəçilərə təklif etdiyi güzəştli tariflər isə əhalinin hər təbəqəsinin, xüsusən tələbə gənclərin də sərfəli və sürətli internetdən istifadə edə bilməsinə birbaşa öz təsirini göstərir. Son dövrlərdə təhsildə onlayn dərslərin, eləcə də digər onlayn görüş, konfrans və digər tədbirlərin keçirilməsi zamanı Naxtel 4G istifadəçiləri təklif olunan danışıq və internet paketlərinin nə qədər sərfəli və etibarlı olduğunu bir daha gördülər. Bütün bunlar isə muxtar respublikanın hansı guşəsində olursa-olsun, abunəçilərin rahatçılığını təmin etməklə yanaşı, Naxçıvanın müasir imcinin və inkişaf səviyyəsinin dünyaya tanıdılmasında da mühüm rol oynayıb.
Fəaliyyətində müştəri məmnuniyyəti prinsiplərini əsas tutan “Naxtel” abunəçilərinin ondan gözlədiyi bütün yeniliklərə və texnoloji dəstəyə cavab verən müasir infrastruktura və bacarıqlı insan resurslarına malikdir. Ölkəmizin bütün onlayn ödəmə portalları, habelə “Naxçıvanbank”ın elektron ödəmə terminalları vasitəsilə “Naxtel” abunəçilərinin hesablarına günün istənilən saatında mümkün olan ödəniş edilməsi, vəsait köçürülməsi həyata keçirilir. İnternet istifadəçilərinin Azərbaycan, ingilis və rus dillərində hər cür lazımi informasiya ala biləcəyi www.naxtel.az saytında isə “Naxtel” abunəçiləri burada yeniliklərdən xəbərdar olmağa, tarif seçimindən tutmuş kampaniyalardan faydalanmağa, onlayn ödəmədən rominq xidmətlərinə, toplu SMS xidmətlərindən GPS monitorinq xidmətlərinə qədər bütün məlumatları onlayn qaydada əldə edə, saytdakı canlı dəstək bölümündən Naxtel 4G operatoru ilə birbaşa əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala bilərlər. Mobil operatorun 299 çağrı mərkəzinə edilən zənglərə, habelə Naxtel Plus mobil əlavəsi və sosial şəbəkə hesabları vasitəsilə olunan müraciətlərə də dərhal cavablar verilir, abunəçiləri maraqlandıran məsələlər qısa müddətlə həllini tapır. “Naxtel”in Naxçıvan şəhərindəki satış mərkəzlərində də müştərilərə müasir səviyyəli xidmətlər göstərilməklə şirkət və abunəçilər arasında etibarlı korporativ əməkdaşlıq modeli formalaşdırılıb.
“Naxtel” həmişə öz müştərilərinin maraqlarını diqqətdə saxlamağı bacarır. Bu məqsədlə təklif olunan kampaniya və bonuslar abunəçiləri “Naxtel”ə daha sıx bağlayan faktorlardan biridir. Elə naxçıvanlılar da, “Naxtel”ə olan bağlılığını heç zaman gizlətmir, insanlar mobil nömrələrini paylaşdıqda ilk olaraq “060” prefiksini dilə gətirirlər. Bu gün digər mobil operatorların abunəçisi olan istənilən naxçıvanlı da yaxud ailə üzvlərində hökmən bir aktiv Naxtel 4G nömrəsi vardır. Bütün bunlar isə çox qısa zaman kəsiyində böyük bir inkişaf yolu keçmiş Naxçıvanın ümumi mənzərəsinin bir göstəricisidir.
“Naxtel” öz abunəçilərini yeni ünvanda salamlamağa hazırlaşır. Naxçıvan şəhərinin baş prospektində, insanların gur axınının olduğu bir məkanda açılan yeni ofisi təkcə “Naxtel” abunəçilərinin deyil, eləcə də bütün naxçıvanlıların xidmətində olacaq. İnanırıq ki, yeni ofis bütün “Naxtel” ailəsinə uğur gətirəcək və abunəçilər xoş xəbərlərlə bir-birini sevindirəcəklər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR