22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən avqust ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları keçirilib. Həmçinin muxtar respublikada kartof yığımının qısa müddətdə başa çatdırılması, məhsulun Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və sahibkar­ların soyuducu anbarlarına təhvil verilməsi ilə əlaqədar maarifləndirmə işləri aparılıb. Biçindən sonra təkrar əkinlərin həyata keçirilməsi, əkin sahələrində aqrotexniki qulluğun düzgün və vaxtında aparılması, payızlıq taxıl əkinlərinə hazırlıqla əlaqədar növbəli əkin sisteminə əməl etməklə sahələrin seçilməsi, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanmasının əhəmiyyəti mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilib.

Ötən ay nazirliyin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə Ordubad və Culfa rayonları ərazisində torpaqların şorluluq dərəcəsi və eroziyası ilə bağlı monitorinqlər və planaalma işləri aparıblar.
Ay ərzində Babək rayonundan üzümlüklərdə və meyvə bağlarında məhsulun vəhşi arılardan qorunması ilə bağlı 16, Babək və Şərur rayonlarında təkrar əkinlərin aparılması ilə əlaqədar 19, payız calağının işlənməsi ilə bağlı 14, kartofun sadə üsullarla saxlanması ilə əlaqədar 21 nəfər nazirliyə müraciət edib, mütəxəssislər tərəfindən onlara lazımi tövsiyələr verilib.
Hesabat dövründə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Ordubad rayonunun Üstüpü, Darkənd və Aza yaşayış məntəqələrində torpaq tədqiqat işləri aparılıb, torpaq nümunələri götürülərək analiz olunması üçün laboratoriyaya verilib. Üç torpaq mülkiyyətçisi və ailə təsərrüfatı başçısı tərəfindən gətirilən 7 torpaq nümunəsi analiz olunaraq tərkibindəki qida maddələri barədə onlara məlumat verilib. Muxtar respublikada şoranlaşmış və eroziyaya uğramış torpaqların müəyyənləşdirilməsi üçün tədqiqat işlərinə başlanılıb.
Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin mütəxəssisləri muxtar respublikanın rayonlarında ailə təsərrüfatı üzvləri, fermerlərlə kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri barədə fərdi qaydada maarifləndirici söhbətlər aparıblar. Müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə idarəyə gətirilən nümunələrə baxılıb, 40 təsərrüfat sahibinə lazımi məsləhət və tövsiyələr verilib. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilib, analizin nəticəsi ilə bağlı onlara analiz aktı təqdim olunub.
Payız-qış mövsümündə mal-qaranın saxlanması, arı ailələrinin qışlamaya hazırlanması, yarana biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə sahibkarlarla fərdi qaydada maarifləndirici görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR