22 Dekabr 2024, Bazar

Dövlət Vergi Xidmətinin vergi.nakhchivan.az rəsmi internet səhifəsi daha da təkmilləşdirilərək vergiödəyicilərinin və ictimaiyyətin istifadəsinə verilib. İnternet səhifəsinin vizual görüntüsü dəyişdirilib, daha çox müraciət olunan bölmələr xüsusi banderlərlə saytın əsas səhifəsinə yerləşdirilib.
Vergiödəyiciləri ilə yerlərdə həyata keçirilən maarifləndirici görüşlərlə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq dövlət orqanının rəsmi internet səhifəsi və sosial media üzərindən məlumatlandırma işləri təkmilləşdirilir.

Vergiödəyiciləri üçün əlçatanlığı daha rahat təmin etmək məqsədilə təkmilləşdirilmiş internet səhifəsi 9 bölmə və müvafiq bəndlərdən ibarətdir.
Vergiödəyicilərinin daha çox müraciət etdiyi “Elektron vergi” bölməsinin elektron xidmət bəndində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş 44 elektron xidmət növü mövcuddur ki, onların tətbiqinin genişləndirilməsi vergiödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergiödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırır, eyni zamanda həm vergiödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatını azaldır. Həmçinin saytda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin dövlət qeydiyyatına alınması prosesi izah olunub və metodik vəsaitlər yerləşdirilib.
Yenilənən internet səhifəsində “Sual-cavab” bölməsi də yaradılıb, həmin bölmədə vergiödəyicilərini maraqlandıran suallar operativ şəkildə cavablandırılır və saytda yerləşdirilir. Rəsmi internet səhifəsi mobil telefon və planşetlər üçün də uyğunlaşdırılıb ki, hər kəs mobil cihazlar vasitəsilə də saytın xidmətlərindən yararlana bilər.
Əlbəttə ki, görülən işlər muxtar respublikamızda vergi sisteminin müasirləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı, vergi qanunvericiliyi sahəsində könüllü əməletmənin əlverişli biznes mühitinin formalaşdırılmasına, sahibkarlığın inkişafına xidmət edir ki, bu da, öz növbəsində, büdcə daxilolmalarının artmasına təkan vermiş olacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR