21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, nazirliyin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 13 ştat vahidi üzrə müsabiqə elan edir.
İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd arxası ağ fonda 3x4 santimetr ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. İcra məmuru vəzifələrinə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən, fiziki və ya əqli qüsurlarına görə icra məmuru işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər icra məmuru vəzifəsinə işə qəbul edilmirlər.

Ardını oxu...

Qeyd: İyul ayında texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 336 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 853 min 800 manat olmuş, cəmi 2 milyon 843 min 800 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,6 faizini təşkil edir.

Qeyd: İyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 34 milyon 20 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 41 min 200 manat olmuş, cəmi 2 milyon 49 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir.

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlar aşağıdakı qiymətlərlə qəbul edir.
Kartof I növ – 40 qəpik
Kartof II növ – 25 qəpik
Soğan I növ – 35 qəpik
Soğan II növ – 25 qəpik
Alma I növ – 50 qəpik
Alma II növ – 30 qəpik
Məhsulları tədarük edən soyuducu anbarların ünvanını və əlaqə telefonlarını bildiririk.

Ardını oxu...

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Culfa rayonunun Gülüstan icmasının tender komissiyası icma qrupunun hazırladığı “Yolun təmiri” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki baza və insan resursları barədə məlumat

Ardını oxu...

İkinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. İkinci ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil pro­qramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Şəxsin ikinci ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır.

Ardını oxu...

 “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi aşağıdakı istiqamətlər üzrə keçirilir:

- Publisistika və teleradio materialları;
- Rəsm əsərləri;
- Ədəbi nümunələr (roman, povest, hekayə, poema, şeir, pyes, oçerk və sair);
- Musiqi əsərləri;
- Elmi-tədqiqat işi (araşdırma, məqalə və sair).

Müsabiqənin məqsədi

Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, ictimaiyyəti məlumatlandırmaq, qədim və zəngin Naxçıvan tarixinin müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müntəzəm olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi”, həmçinin “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici kurslar təşkil edilir.
Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlər mütəxəssislərin müvafiq kurslarda iştirakını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.

Ünvan: Heydər Əliyev prospekti 32 (Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin inzibati binası).
Telefon: (036) 545-32-99,
Faks: (036) 545-32-06

Müsabiqədə iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytına (www.dqmk.nmr.az) daxil olmaqla elektron müraciət formasını doldurmalı və tələb olunan sənədləri 6 iyun 2016-cı il tarixdən 20 iyun 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) şəxsən təqdim etməklə elektron ərizələrini (həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək) təsdiq etdirməlidirlər.

Ardını oxu...


Qeyd: May ayında texniki itki nəzərə alınmaqla daxil olan 34 milyon 508 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 70 min 500 manat olmuş, cəmi 2 milyon 76 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) Məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir.
Tətil günlərində işləmək arzusunda olan tələbələr yaşadıqları ərazinin Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Əlaqə telefonu: 545-42-12

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində qadın bərbəri, bərbər və dərzi peşələri üzrə kurslar təşkil edir.
Tədrisin müddəti qadın bərbəri və bərbər kursunda 2, dərzi kursunda isə 3 aydır.
Tələbat aşağıdakı kimidir:

Ardını oxu...

1. Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri – professor və ya dosent – 1 yer
2. Riyaziyyat və tədrisi metodikası kafedrası – dosent – 1 yer (0,5 ştat)
3. Pedaqogika və psixologiya kafedrası – dosent – 1 yer (0,5 ştat)
Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1,
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq

Təkliflər sorğusu 14 (on dörd) lot üzrə keçirilir.
Lot-1: çörək
Lot-2: ət və ət məhsulları
Lot-3: unlu və qənnadı məmulatları
Lot-4: meyvə və tərəvəz məhsulları
Lot-5: süd və süd məhsulları
Lot-6: təbii meyvə şirəsi və mineral sular
Lot-7: təmli mallar
Lot-8: bitki və kərə yağları

Ardını oxu...

Qeyd: Aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 33 milyon 80 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 984 min 800 manat olmuş, cəmi 1 milyon 992 min 200 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir.

Cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların ictimai asayişin qorunmasında istirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi məqsədilə 02.05.2016-cı il tarixdən 04.06.2016-cı il tarixədək həftənin 1-ci və 6-cı günləri (bayram günləri istisna olmaqla) saat 1000-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 180 sm-dən yuxarı, yaşı 20-dən az və 24-dən çox olmayan, özü və yaxın qohumları məhkum edilməmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının
Daxili İşlər Nazirliyi

Fakültələr üzrə dekan vəzifəsini tutmaq üçün

1. Təbiətşünaslıq və kənd təsərrüfatı
2. Pedaqoji
3. Tibb
4. İqtisad
5. İncəsənət

Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün

1. Beynəlxalq münasibətlər
2. Bədən tərbiyəsi və idman
3. Roman-german dilləri
4. Ümumi və nəzəri fizika

Ardını oxu...

Əziz naxçıvanlılar!

2016-cı il 15 may tarixindən etibarən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Gəncə-Naxçıvan-Gəncə istiqamətində həftənin birinci, beşinci və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcəkdir. Naxçıvan Beynəlxalq Hava Limanının Naxçıvan, Ordubad və Şərur şəhərlərində fəaliyyət göstərən aviakassalarında bilet satışına başlanılmışdır.
Sizə xoş və rahat uçuşlar arzulayırıq.

Əlaqə nömrələri:

Naxçıvan şəhər aviakassası: (036) 545-28-68

Şərur şəhər aviakassası: (036) 542-28-22; 542-29-90

Ordubad şəhər aviakassası: (036) 547-10-41; 547-07-82

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5% məbləğində beh “Kapital Bank” ASC-nin Kəngərli rayon filialında olan AZ37NABZ01350100000000001944 nömrəli və “Beynəlxalq Bank” ASC-nin Naxçıvan filialının AZ03NABZ01350100000000005944 nömrəli hesabına 25 aprel 2016-cı il tarixədək ödənilməlidir.

Ardını oxu...

 

Qeyd: Mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 941 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 556 min 500 manat olmuş, cəmi 1 milyon 557 min 100 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Ümumi müddəalar:

Təlim dili: Azərbaycan dili
Təhsil forması: Əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin 8-ci sinfini bitirmiş (9-cu sinfi bitirənlər istisna olmaqla), 15 sentyabr 2016-cı ilə qədər 14 yaşı tamam olan və 16 yaşı keçməyən oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər 01.04.2016-cı il tarixdən 10 may 2016-cı il tarixədək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. Şəxsən yazılmış tərcümeyi-hal – 1 nüsxə, çap edilmiş – 2 nüsxə
2. Oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli
3. Doğum haqqında şəhadətnamənin və şəxsiy­yət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş)
4. Sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində qadın bərbəri, bərbər və dərzi peşələri üzrə kurslar təşkil edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
- ən yaxşı film;
- ən yaxşı foto.

Müsabiqənin keçirilməsində məqsəd

Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.

Ardını oxu...

1. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə 2016/2017-ci tədris ili üçün şagird qəbulu muxtar respublikanın ümumtəhsil məktəblərinin hazırda VI sinfində təhsil alan oğlan şagirdlər arasından müsabiqə yolu ilə seçiləcəkdir.
2. Liseyə sənəd qəbulu 2016-cı ilin aprel ayının 1-dən may ayının 1-dək aşağıdakı mərkəzlərdə aparılacaqdır:
- Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində – Naxçıvan şəhər, Babək, Ordubad, Culfa, Şahbuz rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər.
- Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə – Şərur, Kəngərli, Sədərək rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər.
3. Liseyə qəbul üçün şagirdlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- komissiyanın adına valideyn tərəfindən yazılmış müvafiq ərizə;
- təhsil aldıqları məktəbdən arayış;
- doğum haqqında şəhadətnamənin (şəxsiyyət vəsiqəsinin) məktəb direktoru tərəfindən təsdiq edilmiş surəti;
- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.
4. Liseyə qəbul imtahanları 15-20 may 2016-cı il tarixlərdə test üsulu ilə aparılacaqdır.

Əlavə məlumat almaq üçün sənəd qəbulu komissiyasına müraciət olunmalıdır.

Əlaqə telefonları: 545-02-16; 542-30-76

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2016/2017-ci tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 15.09.2016-cı ilədək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2016-cı ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Ardını oxu...

Naxçıvan şəhəri, Xətai küçəsi, 6-da yerləşən “Xidmət” ATSC-nin inzibati binasında 21 may 2016-cı il tarixdə saat 1100-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdarların ümumi yığıncağının reqlamentinin təsdiqi.
2. Cəmiyyətin 2015-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyəti sədrinin hesabatı.
3. 2016-cı ildə cəmiyyətin fəaliyyət proqramına baxılması.
4. Sair məsələlər.

Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 240 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 514 min 400 manat olmuş, cəmi 1 milyon 514 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

1. Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə:
dosent – 1 yer (tam ştat)
baş müəllim – 1 yer (tam ştat)
2. İqtisadiyyat kafedrası üzrə:
dosent – 1 yer (tam ştat)
baş müəllim – 2 yer (tam ştat)
3. Riyaziyyat və informatika kafedrası üzrə:
baş müəllim – 2 yer (tam ştat və 0,5 ştat)
4. Xarici dillər kafedrası üzrə:
baş müəllim – 3 yer (tam ştat)
5. İdarəetmə kafedrası üzrə:
baş müəllim – 1 yer (tam ştat)
6. Təbiət elmləri kafedrası üzrə:
baş müəllim – 2 yer (0,5 ştat)
Sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətinə təqdim edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana göndərməlidirlər.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi, “Naxçıvan” Universiteti
Telefon: 545-07-45
REKTORLUQ

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edir. Tədrisin müddəti 2 aydır.
Peşə hazırlığı kursunda təhsil almaq istəyənlər 2016-cı il mart ayının 5-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.
Əqli və fiziki potensialları xalçaçı peşəsi üzrə təhsil almağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər.

Əlaqə telefonu: 545-32-33

Dekan vəzifəsini tutmaq üçün müsabiqədə elmlər doktoru, dosent və ya professor; fəlsəfə doktoru, dosent, fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına malik əməkdaşlar iştirak edə bilərlər.
Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 1, Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq

Müsabiqədə iştirak etmək istəyən şəxslər 20 fevral 2016-cı il tarixdən 19 mart 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ardını oxu...

Müsabiqə üzrə əsas istiqamətlər

Şəhər mühitinin abadlaşdırılması üzrə:
1. Müasir yüngül konstruksiyalı, ənənəvi memarlıq üslubları əsasında dayanacaq və pavilyonların model dizaynı.
2. Yeni forma və müxtəlif üslublarda işıq dirəkləri və digər işıqlandırma avadanlıqlarının model dizaynı.
3. Yol kənarı təmizlik qutularının model dizaynı.

Ardını oxu...

Sərnişinlərin nəzərinə!
Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaqdır. Avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcəkdir.
İlk marşrut 2016-cı il fevralın 20-də, saat 730-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcəkdir. Bir nəfər üçün biletin qiyməti 27 manatdır.
Bilet almaq üçün muxtar respublika ərazisindəki avtovağzallara müraciət etmək olar.

Əlaqə telefonları: 545-93-89; 554-13-58; 546-20-28;
543-04-95; 547-09-97

Müsabiqənin əhatə etdiyi sahələr
1. İKT sahəsində biznes ideyalar.
2. Sənaye məhsullarının istehsalı sahəsində biznes ideyalar.
3. Turist-ekskursiya xidmətləri sahəsində biznes ideyalar.
4. Marketinq və konsaltinq xidmətləri sahəsində biznes ideyalar.
Müsabiqənin şərtləri və keçirilmə qaydaları
1. Müsabiqədə yalnız Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr, həmçinin bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər.

Ardını oxu...

1. Dəftərxana və təsərrüfat mallarının satın alınması.
2. Yuyucu maddələrin satın alınması.
Kotirovka 15 fevral 2016-cı il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 16 fevral 2016-cı il tarixdə, saat 1100-də Naxçıvan şəhəri, “Azərbaycan” küçəsi, 29-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Ramil Məmmədxanov
Telefon: 545-66-26
Ünvan: Naxçıvan şəhəri, “Azərbaycan” küçəsi, 29

Muxtar respublika ərazisində kartof əkinini həyata keçirəcək istehsalçıların nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikası mənşəli toxumluq kartofun satışı həyata keçirilir. Toxumluq kartof növləri laboratoriya ekspertizasından keçirilmiş və nəticədə muxtar respublikanın iqlim şəraitinə uyğun olduğu müəyyənləşdirilmişdir. Toxumluq kartof sortlarının 1,0 kiloqramının satış qiyməti aşağıdakı kimidir:
-“Qranula” toxumluq kartofu – 50 qəpik
- “Santa” toxumluq kartofu – 60 qəpik
İstehsalçıların nəzərinə çatdırılır ki, toxumluq kartofun ünvana çatdırılması “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir.

Ünvan: “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli
Cəmiyyəti, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi.
Əlaqə telefonları: (050) 516-45-61, (036) 554-05-57

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot-1: 1-ci növ un – 200 ton
Lot-2: kartof – 200 ton
Lot-3: balıq konservi – 30 ton
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR