1. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə 2016/2017-ci tədris ili üçün şagird qəbulu muxtar respublikanın ümumtəhsil məktəblərinin hazırda VI sinfində təhsil alan oğlan şagirdlər arasından müsabiqə yolu ilə seçiləcəkdir.
2. Liseyə sənəd qəbulu 2016-cı ilin aprel ayının 1-dən may ayının 1-dək aşağıdakı mərkəzlərdə aparılacaqdır:
- Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində – Naxçıvan şəhər, Babək, Ordubad, Culfa, Şahbuz rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər.
- Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə – Şərur, Kəngərli, Sədərək rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər.
3. Liseyə qəbul üçün şagirdlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- komissiyanın adına valideyn tərəfindən yazılmış müvafiq ərizə;
- təhsil aldıqları məktəbdən arayış;
- doğum haqqında şəhadətnamənin (şəxsiyyət vəsiqəsinin) məktəb direktoru tərəfindən təsdiq edilmiş surəti;
- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.
4. Liseyə qəbul imtahanları 15-20 may 2016-cı il tarixlərdə test üsulu ilə aparılacaqdır.
Əlavə məlumat almaq üçün sənəd qəbulu komissiyasına müraciət olunmalıdır.
Əlaqə telefonları: 545-02-16; 542-30-76