Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5% məbləğində beh “Kapital Bank” ASC-nin Kəngərli rayon filialında olan AZ37NABZ01350100000000001944 nömrəli və “Beynəlxalq Bank” ASC-nin Naxçıvan filialının AZ03NABZ01350100000000005944 nömrəli hesabına 25 aprel 2016-cı il tarixədək ödənilməlidir.
Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auksion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ 12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Atatürk 42) qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- kommersiya banklarına ödəniləcək behin qəbzi;
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 29 aprel 2016-cı il tarixdə, saat 1100-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.
Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38