22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
- ən yaxşı film;
- ən yaxşı foto.

Müsabiqənin keçirilməsində məqsəd

Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.

 Müsabiqədə iştirak

Yaradıcılıq qabiliyyəti olan hər bir yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları:

- müsabiqənin məqsədinə uyğunluğu və şərtlərinə cavab verməsi;
- ideyanın, kompozisiyanın orijinallığı və yaradıcı yanaşma;
- işin təsiredici qüvvəyə malik olması və asan qavranılması;
- keyfiyyəti.

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:

- film (5 dəqiqədən artıq olmaq şərti ilə) CD formatda (1 ədəd diskdə);
- foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD formatda (1 ədəd diskdə), 20x30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda.

Müsabiqəyə təqdim edilən işlərin mövzuları:

- xalqımızın ailə dəyərləri, adət-ənənələri;
- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;
- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri;
- nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti;
- ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı;
- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;
- övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı;
- qonaqpərvərlik ənənələrimizin təbliği və sair.
Müsabiqəyə təqdim olunmuş əsərlər geri qaytarılmır.

Müsabiqənin keçirilmə vaxtı

Müsabiqə 2016-cı il aprel ayının 1-dən 2016-cı il sentyabr ayının 30-dək keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə 2016-cı il sentyabr ayının 30-dək Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Qaliblər 2016-cı ilin oktyabr ayında elan olunacaq və “Ailə dəyərləri festivalı”nda mükafatlandırılacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

- birinci yer (1 nəfər) – diplom və pul mükafatı (500 AZN)
- ikinci yer (1 nəfər) – diplom və pul mükafatı (300 AZN)
- üçüncü yer (1 nəfər) – diplom və pul mükafatı (200 AZN)
- həvəsləndirici yer (3 nəfər) – diplom və qiymətli hədiyyə.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 42, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Sahir Rüstəmov,
telefon: 545-39-75

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR