21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, nazirlikdə xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə müsabiqə və müsahibə elan edir.
Ədliyyə Nazirliyində xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə qəbul olunmaq istəyən namizədlərin nəzərinə çatdırılır ki, onların hüquqşünaslıq və mühasibatlıq ixtisaslarına malik olmaları barədə diplomları Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınmalı və Azərbaycan dilini sərbəst bilməlidirlər. Həmin vəzifələrə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər vakant vəzifələrə işə qəbul edilmirlər.
Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə və müsahibədə iştirak etmək istəyən namizədlər 2 ədəd ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün nazirliyə müraciət edə bilərlər.
Sənədlər Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 9 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında 2017-ci il iyun ayının 1-dən iyul ayının 1-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunacaqdır. Qulluğa qəbul olunmaq məqsədilə sənədləri qəbul edilmiş namizədlər üçün şəffaflıq təmin edilməklə müsabiqə və müsahibə təşkil ediləcək.
Müsabiqə və müsahibənin vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumatı 545-00-69; 545-22-30 nömrəli telefonlardan almaq olar

1. Pedaqoji fakültə – dekan – pedaqogika üzrə fəlsəfə doktoru, dosent – 1 yer
Müsabiqə üçün sənədlər elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1,
Naxçıvan Müəllimlər İnstitutu. Telefon: 545-32-02
Rektorluq

Qeyd: Aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 23 milyon 204 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 893 min 400 manat olmuş, cəmi 1 milyon 897 min manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi 2017-ci ilin yaz-yay mövsümü üçün əşya əmlaklarının satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Təkliflər sorğusu 2 (iki) lot üzrə keçirilir.
Lot-1: Yaz-yay mövsümü üçün müxtəlif növ əşya əmlak­larının satın alınması
Lot-2: Hərbi ayaqqabıların satın alınması
Təkliflər sorğusunun iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Şərtləri yerinə yetirmək üçün təkliflər sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
“Əsas şərtlər” toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat şöbəsindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, telefon: 544-48-34) ala bilərlər.
Sənədlər 28 aprel 2017-ci il tarixdə saat 1300-dək qəbul olunur.
Təklif zərfləri 29 aprel 2017-ci il tarixdə saat 1100-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə (əlaqələndirici şəxs: Əhmədov Namiq Əhməd oğlu, telefon: 050-541-96-42) müraciət edə bilərlər.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təklifləri 21 aprel 2017-ci il tarixədək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan təkliflər baxılmadan geri qaytarılacaqdır.
Təkliflər Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvanında 24 aprel 2017-ci il tarixdə, saat 1500-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Naxçıvan Dövlət Universiteti aşağıdakı boş olan vəzifələri tutmaq üçün
müsabiqə elan edir

Dekan vəzifəsini tutmaq üçün
1. Magistratura

Kafedralar üzrə kafedra müdiri
vəzifəsini tutmaq üçün

1. Ümumi riyaziyyat
2. Baytarlıq təbabəti
3. Fizika və energetika
4. Nəqliyyat mühəndisliyi
5. Azərbaycan tarixi
6. Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi
7. Pedaqogika və psixologiya
8. Kitabxanaçılıq
9. Kimya
10. Fiziki tərbiyə və idman oyunları
11. Teatr və mədəniyyətşünaslıq
12. Orkestr alətləri və dirijorluq

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə “Ən yaxşı film” və “Ən yaxşı foto” istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.

Ardını oxu...

1. Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə:
– Dosent – 1 yer (tam ştat)
Sənədlər qəzetdə dərc edildiyi gündən bir ay müddətində təqdim edilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.
Ünvan: Az-7000, Naxçıvan şəhəri, Babək məhəlləsi, “Naxçıvan” Universiteti şəhərciyi.

Tel: 545-07-45
Rektorluq

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2017/2018-ci tədris ili üçün əyani təhsil üzrə qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 15.09.2017-ci ilədək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2017-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim-ekspertiza komissiyasından və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Test imtahanlarının keçirilməsi qaydaları ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlar vasitəsilə tanış olmaq olar.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir və tədris Azərbaycan dilində aparılır.

Ardını oxu...

2017-2018-ci tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin VII siniflərinə sənəd qəbulu başlamışdır. Lazım olan sənədlər aşağıdakılardır:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil
3. Valideyn ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış.
Sənədlər 1 aprel 2017-ci il tarixdən 5 may 2017-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul edilir.
İmtahan 21 may 2017-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “İstedad – XXI əsr” kursları tərəfindən keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 5 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək “İstedad – XXI əsr” kurslarından əldə edə bilərsiniz.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 20 (Tədris-Ticarət Mərkəzinin 3-cü mərtəbəsi).


Əlaqə telefonları: 542-31-63,
542-30-76

Naxçıvan Qızlar Liseyi 2017-2018-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir.
Lazımi sənədlər:
1. 3x4 sm ölçüdə fotoşəkil
2. Valideyn ərizəsi
3. Təhsil aldığı məktəbdən arayış
4. Şəxsiyyət vəsiqəsinin surəti.
Sənədlər 1.04.2017-ci il tarixdən 5.05.2017-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyində qəbul edilir.
İmtahan 21 may 2017-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “İstedad – XXI əsr” kursları tərəfindən keçiriləcək.
İmtahana buraxılış vərəqəsini 5 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək “İstedad – XXI əsr” kurslarından əldə edə bilərsiniz.


Əlaqə telefonları: 545-03-47,
545-23-62

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində ­şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları
2. Nəticəyönümlü kurikulumların tətbiqi
3. Kurikulumların tətbiqində dərs nümunələri
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları
5. Kurikulumda təlim strategiyaları.
Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə ­bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 santimetr intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 santimetr olmaq şərtilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-mail ünvanı məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 14 aprel 2017-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 19 aprel 2017-ci il tarixdə saat 1100-da Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri,
Atatürk küçəsi 31
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+994036)545-32-02

30 mart 2017-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə şahmat üzrə növbəti imtahan keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.


Əlaqə telefonu: 545-43-82

1. Dəftərxana ləvazimatlarının satın alınması.
2. Təsərrüfat malları və yuyucu maddələrin satın alınması.
Kotirovka 27 mart 2017-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 28 mart 2017-ci il tarixdə saat 1000-da Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Məmmədxanov Ramil Məmməd oğlu
Telefon: 544-66-26
Ünvan: Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Ümumi müddəalar:
Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin 8-ci sinfini bitirmiş, 15 sentyabr 2017-ci ilə qədər 14 yaşı tamam olan və 16 yaşı keçməyən oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər 1.04.2017-ci il tarixdən 10.05.2017-ci il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ardını oxu...

1. Pedaqogika və psixologiya kafedrası – pedaqogika üzrə elmlər doktoru, professor –1 yer (0,5 ştat)
2. Pedaqogika və psixologiya kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent –1 yer (1 ştat)
3. Pedaqogika və psixologiya kafedrası – baş müəllim – 1 yer (1 ştat)
4. Dillər və ədəbiyyat kafedrası – filologiya üzrə elmlər doktoru, professor –1 yer (0,5 ştat)
5. Dillər və ədəbiyyat kafedrası – baş müəllim – 2 yer (2 ştat)
6. Ali riyaziyyat və informatika kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent – (0,5 ştat)
7. Ümumi fənlər kafedrası – baş müəllim – 1 yer (0,5 ştat)
Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.

Ünvan: Naxçıvan şəhəri,
Heydər Əliyev prospekti 1
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi mərkəzi aparatda və struktur qurumlarında adları aşağıda qeyd olunan ixtisaslar üzrə yaşı 30-dək və bu işdə müəyyən təcrübəsi olan şəxsləri hərbi xidmətə və dövlət qulluğuna dəvət edir:
1. “BC” və “D” kateqoriyalı sü­rücülər
2. Ehtiyatda olan zabitlər
3. Kadrlar və kargüzarlıq işinin aparılmasında müəyyən təcrübə keçmiş şəxslər
4. Tikinti sahəsi üzrə ali təhsil müəssisələrini bitirmiş və ən azı 3 il iş təcrübəsinə malik mütəxəssislər
5. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, ətraf mühitin və insanların radiasiya təhlükəsizliyi üzrə mütəxəssislər
6. Hüquqşünas
7. Həkim və feldşerlər
8. Rabitə və informasiya texnologiyaları ixtisası üzrə mütəxəssislər
9. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər.

Ardını oxu...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Ardını oxu...


Qeyd: Yanvar ayında texniki itki nəzərə alınmaqla daxil olan 29 milyon 879 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 439 min 300 manat olmuş, cəmi 2 milyon 303 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 94,4 faizini təşkil edir.

Qeyd: Dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 29 milyon 426 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 301 min 500 manat olmuş, cəmi 2 milyon 403 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 104,4 faizini təşkil edir.

2016-cı il dekabrın 29-dan Naxçıvan-Təbriz-Tehran-Məşhəd və əks-istiqamətdə beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaqdır. Sərnişin qatarı həftənin dördüncü və bazar günləri fəaliyyət göstərəcəkdir.
İlk sərnişin qatarı dekabrın 29-da saat 1100-da Naxçıvan dəmiryol vağzalından yola düşəcəkdir. Biletləri Naxçıvan və Culfa dəmiryol vağzallarının kassalarından əldə etmək olar.
Sizə xoş və rahat səyahət arzulayırıq.

Əlaqə nömrələri:
Naxçıvan dəmiryol vağzalı – 554-38-11
Culfa dəmiryol vağzalı – 546-07-50

Naxçıvan Dövlət Universiteti 2016-2017-ci tədris ilinin qış imtahan sessiyası ilə əlaqədar qiyabiçi tələbələrin nəzərinə çatdırır:
1. Universitetin qiyabi şöbəsinin bütün ixtisaslarında (əlavə ali təhsil də daxil olmaqla) qış imtahan sessiyası 5 yanvar 2017-ci il tarixdən başlayır və 20 iş günü davam edir.
2. Bütün qiyabiçi tələbələrin sessiyada iştirakı zəruridir.

Rektorluq


Qeyd: Noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 297 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 680 min 800 manat olmuş, cəmi 2 milyon 682 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,1 faizini təşkil edir.

Fəlsəfə doktoru və elmlər doktoru pro­qramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli sərəncamına uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ödənişli əsaslarla, əyani şöbəyə

Analiz və funksional analiz – 1 yer
Mikologiya – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer

Ardını oxu...


Qeyd: Oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 31 milyon 872 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 231 min manat olmuş, cəmi 2 milyon 232 min 200 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,1 faizini təşkil edir.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə:
Arxeoloji xidmət şöbəsi
Şöbə müdiri – 1 yer
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu üzrə:
Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsi
Şöbə müdiri – 1 yer
Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsi

Ardını oxu...

Dekan vəzifəsini tutmaq üçün
1. Tarix-filologiya
2. Beynəlxalq münasibətlər və xarici dillər
Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün
1. Dünya iqtisadiyyatı
2. Təsviri incəsənət
3. Bələdiyyə və turizm
4. Rus dili və ədəbiyyatı

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 7 oktyabr 2016-cı il tarixdən 7 noyabr 2016-cı il tarixədək aşağıda qeyd olunan sənədləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinə təqdim etməlidirlər:

Ardını oxu...


Qeyd: Sentyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 256 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 257 min 900 manat olmuş, cəmi 2 milyon 260 min 200 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,1 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Muxtar respublika gömrük orqanlarına işə qəbulla bağlı müsabiqəyə ali məktəbləri gömrük işi, maliyyə, iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və xarici dil (rus və ingilis) ixtisası üzrə bitirən şəxslər buraxılır. Bir qayda olaraq namizədlərin yaşı 30-u keçməməlidir.

Ardını oxu...

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu cari ilin oktyabrın 3-dən noyabrın 1-dək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri nazirlikdə yaradılmış komissiyaya təqdim etməlidirlər:
1. Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə (blank Vergilər Nazirliyi tərəfindən verilir);
2. 3x4 santimetr ölçüdə 2 ədəd (ağ fonda) fotoşəkil;
3. ali təhsil barədə diplom (xarici ölkədə təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada notarifikasiya olunmalıdır);
4. əmək kitabçasının əsli və ya təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə);
5. şəxsiyyət vəsiqəsi;
6. hərbi bilet.

Ardını oxu...

İstehsalçıların və istehlakçıların nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən əkin və qida üçün sarımsaq məhsulunun satışı həyata keçirilir.
1,0 kiloqramının satış qiyməti aşağıdakı kimidir:
– toxumluq üçün sarımsaq məhsulu – 6,0 manat;
– qida üçün sarımsaq məhsulu – 6,50 manat.
“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC qida və toxumluq sarımsaq məhsulunun aşağıdakı əlaqə nömrələrinə müraciət əsasında ünvana çatdırılması xidmətini həyata keçirir.

“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC
Əlaqə telefonları: (050) 275-91-71, (036) 554-05-57

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2016-cı il 15 sentyabr tarixindən etibarən pilot kurslarına sənəd qəbulu elan edir. Kurslara yaşı 27-dək olan, hərbi xidmət keçmiş, ingilis dilini bilən oğlanlar dəvət olunur. Sənədlər Naxçıvan Beynəlxalq Hava Limanında qəbul olunur.

Əlaqə

Telefon: (036) 544-47-05
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində icra məmuru vəzifələrinə işə qəbulla əlaqədar müsabiqənin vaxtı uzadılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq icra məmuru vəzifələrinə müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sənədlərin qəbulu 2016-cı il oktyabr ayının 10-dək uzadılmışdır.

Əlavə məlumatlar almaq üçün
545-00-69; 545-22-30
nömrəli telefonlar vasitəsilə müraciət
etmək olar.

1. Xalçaçı – 3 ay
2. Bərbər – 3 ay
3. Bərbər-manikürçü – 3 ay
4. Fotoqraf – 2 ay
5. Kompüter istifadəçisi – 3 ay
6. Parket ustası – 2 ay
7. Suvaqçı – 2 ay
8. Üzlükçü-mozaikaçı – 3 ay

Ardını oxu...


Qeyd: Avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 45 milyon 585 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 191 min manat olmuş, cəmi 3 milyon 180 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,7 faizini təşkil edir.

Vətəndaşların nəzərinə çatdırılır ki, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində yeni texniki-peşə, avtomobil ixtisasları üzrə aşağıdakı adları çəkilən kurslar açılır:
1. Mühərrikçi-çilingər
2. Elektrikçi
3. Təmirçi-çilingər
4. Dəmirçi-rəngsaz
5. Təkərçi-təkər bucaqçısı
6. Yuyucu-təmizləyici
Kursa müraciət edən vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Tibbi arayış
3. Təhsil haqqında sənədin surəti
4. Şəkil 2 ədəd: 3x4sm ölçüdə

Ünvan: N.Tusi küçəsi 21.
Telefon: (036)545-53-31
(051)570-30-81

Naxçıvan Muxtar Respublikasının təhsil sahəsində aparılan uğurlu islahatlar ilk peşə-ixtisas sahəsində də innovativ dəyişikliklər meydana gətirmişdir. Belə ki, irrasional mexanizmin məhdud strukturunu sadə, lakin çoxşaxəli formata inikası ilə bağlı struktur dəyişikliyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yeni formatda fəaliyyətə başlayan Naxçıvan Şəhər Peşə Liseyi aşağıda adları qeyd olunan ixtisaslar üzrə qəbul elan edir:

Ardını oxu...

Muxtar respublika əhalisi sentyabrın 1-dən sentyabrın 15-dək Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda keçiriləcək məktəbli yarmarkasına dəvət edilir.
Məktəbli yarmarkası hər gün saat 9-dan 14-dək əhaliyə xidmət göstərəcəkdir.
Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə xüsusi geyim və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR