Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları
2. Nəticəyönümlü kurikulumların tətbiqi
3. Kurikulumların tətbiqində dərs nümunələri
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları
5. Kurikulumda təlim strategiyaları.
Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 santimetr intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 santimetr olmaq şərtilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-mail ünvanı məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 14 aprel 2017-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 19 aprel 2017-ci il tarixdə saat 1100-da Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.
Ünvan: Naxçıvan şəhəri,
Atatürk küçəsi 31
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+994036)545-32-02