22 Dekabr 2024, Bazar

Fəlsəfə doktoru və elmlər doktoru pro­qramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli sərəncamına uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ödənişli əsaslarla, əyani şöbəyə

Analiz və funksional analiz – 1 yer
Mikologiya – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer

Azərbaycan dili – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer

Dissertanturaya büdcə hesabına

Diferensial tənliklər – 1 yer
Yarımkeçiricilər fizikası – 1 yer
Zoologiya – 1 yer
Parazitologiya – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Müəssisələrin təşkili və idarə olunması – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
Vətən tarixi – 1 yer
Azərbaycan ədəbiyyatı – 1 yer
Dünya ədəbiyyatı – 1 yer
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer (Naxçıvan Müəllimlər İnstitutu üçün məqsədli yer)

Dissertanturaya ödənişli əsaslarla

Cəbr – 1 yer (“Naxçıvan” Universiteti üçün məqsədli yer)
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Müəssisələrin təşkili və idarə olunması – ­ 2 yer
Ümumi tarix – 1 yer
Vətən tarixi – 1 yer
Azərbaycan dili – 2 yer
German dilləri – 2 yer (1 məqsədli yer “Naxçıvan” Universiteti üçün)
Azərbaycan ədəbiyyatı – 1 yer
Dünya ədəbiyyatı – 3 yer
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 2 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer
Pedaqoji psixologiya – 1 yer (“Naxçıvan” Universiteti üçün məqsədli yer)
Sosial psixologiya – 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına, qiyabi şöbəyə

Botanika – 1 yer
Tarixi dilçilik və etimologiya – 1 yer
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya sənədlər 2016-cı il 25 noyabr-15 dekabr tarixlərdə qəbul edilir.
Qəbul imtahanları 2016-cı il 16 dekabr-30 dekabr tarixlərdə keçiriləcəkdir.
(Şənbə və bazar günləri sənədlər qəbul olunmur).

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR