Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi mərkəzi aparatda və struktur qurumlarında adları aşağıda qeyd olunan ixtisaslar üzrə yaşı 30-dək və bu işdə müəyyən təcrübəsi olan şəxsləri hərbi xidmətə və dövlət qulluğuna dəvət edir:
1. “BC” və “D” kateqoriyalı sürücülər
2. Ehtiyatda olan zabitlər
3. Kadrlar və kargüzarlıq işinin aparılmasında müəyyən təcrübə keçmiş şəxslər
4. Tikinti sahəsi üzrə ali təhsil müəssisələrini bitirmiş və ən azı 3 il iş təcrübəsinə malik mütəxəssislər
5. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, ətraf mühitin və insanların radiasiya təhlükəsizliyi üzrə mütəxəssislər
6. Hüquqşünas
7. Həkim və feldşerlər
8. Rabitə və informasiya texnologiyaları ixtisası üzrə mütəxəssislər
9. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, cinayət törətdiklərinə görə əvvəllər məhkum edilmiş və tibbi rəyə əsasən fiziki və əqli qüsurları olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə və törətdikləri cinayətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslər işə qəbul olunmurlar.
Sənədlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) 1 aprel 2017-ci il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 900-dan 1700-dək qəbul olunacaqdır.
Əlaqə telefonu: (036) 544-48-50