Qeyd: May ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 221 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 933 min 300 manat olmuş, cəmi 1 milyon 937 min 700 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Elektrik montyoru” peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tədris kursunun müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il iyunun 7-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış
Əlaqə telefonu: (036) 545-32-33
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Şərur rayonunun Sərxanlı icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki və insan resursları barədə məlumat
* Son üç ildə icra etdikləri işlər haqqında məlumat
* Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 7 iyun 2013-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.
Şərur rayonu, Sərxanlı kəndi
tender komissiyası, icma qrupunun sədri: H.Hüseynov
Əlaqə telefonu: (070) 523 64 43
Şəxsi heyətin altı aylıq ərzaq məhsullarına olan tələbatı üçün açıq tender elan edir
Təkliflər sorğusu 5 (beş) lot üzrə keçirilir.
Lot-1: 1-ci növ un – 160 ton
Lot-2: kartof – 160 ton
Lot-3: toyuq əti – 24 ton
Lot-4: ət konservi – 10 ton
Lot-5: ət 1-ci növ – 24 ton
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz təkliflər sorğusunu möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Dövlət Məşğulluq Xidmətinin Əmək birjası sektoru öz xidmətlərini təklif edir
Əmək birjası sektoru əhalidən və iş adamlarından ev işlərinin, o cümlədən məişət xidməti, yaşıllaşdırma, təmizlik və sair işlərin görülməsi üçün sifarişlər qəbul edir.
Peşəkar ustalar və xidmət göstərənlər tərəfindən sifarişlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəmanət verilir.
Sifarişlər hər gün (istirahət günlərindən başqa) saat 900-dan 1800-dək telefonla və ya bilavasitə Əmək birjası sektoruna müraciət etməklə qəbul olunur.
Əmək birjasının xidmətlərindən istifadə edin!
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 32
Əlaqə telefonları: 545-45-83, 545-47-48
1. Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
2. Pedaqogika və psixologiya kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
- Dosent – 1 yer.
3. Xarici dillər kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
- Baş müəllim (İngilis dili) – 1 yer.
4. Humanitar elmlər kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
5. Təbiət elmləri kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
6. İqtisadiyyat kafedrası üzrə:
- Kafedra müdiri – 1 yer.
Sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətinə təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq, rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana göndərməlidirlər.
Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi, Naxçıvan Özəl Universiteti
Telefon: 545-07-45, Rektorluq
Qeyd: Aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 33 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 921 min 900 manat olmuş, cəmi 1 milyon 930 min 500 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir.
aşağıdakı polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
(ali hüquq təhsilli mütəxəssislər üçün)
1) Təşkilat İnspeksiya Uçot-Qeydiyyat və Statistika İşləri Qrupunun baş inspektoru vəzifəsinə:
Ordubad, Şahbuz Rayon Polis şöbələrində.
2) Təhqiqatçı vəzifəsinə:
Culfa, Ordubad Rayon Polis şöbələrində və Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində.
3) Məsul növbətçi vəzifəsinə:
Babək Rayon Polis Şöbəsində və Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində.
4 Polis sahə inspektoru vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi (1 yer), Babək (1 yer), Culfa (1 yer), Ordubad (4 yer), Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi (1 yer), Şahbuz (4 yer), Şərur (4 yer), Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi (5 yer), Sədərək (2 yer).
5) Müstəntiq vəzifəsinə:
Şahbuz (1 yer), Hava Nəqliyyatında Polis Şöbəsi (1 yer), Sədərək (1 yer).
6) Post-patrul xidməti taqımının komandiri vəzifəsinə:
Babək (1 yer)
Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5% məbləğində beh “Bank of Azerbaijan” ASC-nin 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 №-li hesabına 8 may 2013-cü il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auksion Mərkəzinin Maliyyə Nazirliyindəki № AZ21 NABZ 12360100000000005944 nömrəli hesabına köçürülür.
2013/2014-cü tədris ili üçün əyani təhsil üzrə kursant qəbulu elan edilir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2013/2014-cü tədris ili üçün əyani təhsil üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 santimetr, orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2013-cü il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçiləcəklər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq, nazirliyin xüsusi həkim ekspertiza komissiyasından, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdiriləcək və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edəcəklər.
Dövlət Məşğulluq Xidmətinin Əmək birjası sektoru öz xidmətlərini təklif edir
Əmək birjası sektoru əhalidən və iş adamlarından ev işlərinin, o cümlədən məişət xidməti, yaşıllaşdırma, təmizlik və sair işlərin görülməsi üçün sifarişlər qəbul edir.
Peşəkar ustalar və xidmət göstərənlər tərəfindən sifarişlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəmanət verilir.
Sifarişlər hər gün (istirahət günlərindən başqa) saat 900-dan 1800-dək telefonla və ya bilavasitə Əmək birjası sektoruna müraciət etməklə qəbul olunur.
Əmək birjasının xidmətlərindən istifadə edin!
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 32
Əlaqə telefonları: 545-45-83, 545-47-48
Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan fərdi yaşayış evinin ilkin satış qiymətinin 5%-i məbləğində beh “Bank of Azerbaijan” ASC-nin 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 №-li hesabına 29 aprel 2013-cü il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auksion Mərkəzinin Maliyyə Nazirliyindəki № AZ21 NABZ 12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti 6) 29 aprel 2013-cü il tarixə qədər hər gün saat 900-dan 1800-dək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər. Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
-Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
-“Bank of Azerbaijan” ASC-nin 12 saylı Naxçıvan filialı tərəfindən müəyyən edilmiş behin hesaba ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti;
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 3 may 2013-cü il tarixdə, saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.
Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz. Əlaqə telefonu: 545-01-38
Qeyd: Mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 26 milyon 197 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 571 min 800 manat olmuş, cəmi 1 milyon 586 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,9 faizini təşkil edir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununa əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalıdır.
Daşınmaz əmlakın icbari sığortası – yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığorta məbləğləri və sığorta haqları aşağıdakı miqdarda müəyyən edilmişdir:
1. Naxçıvan şəhəri üzrə
– sığorta məbləği – 20000 manat
– sığorta haqqı – 40 manat
2. Digər rayon və şəhərlər üzrə
– sığorta məbləği – 15000 manat
– sığorta haqqı – 30 manat
Daşınmaz əmlakın icbari sığortası rayon (şəhər) Dövlət Sığorta agentliklərində aparılır.
Daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaşlardan xahiş olunur, onlara məxsus yaşayış evlərini, mənzilləri icbari qaydada sığorta etdirsinlər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyi Sizin etibarlı təminatçınızdır!
Əlaqə telefonları: 545-94-60, 545-14-58
Naxçıvan Müəllimlər İnstitutu aşağıdakı kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir
Kafedra müdiri vəzifəsini tutmaq üçün
Ümumi fənlər
Kafedralarda boş olan vəzifələri tutmaq üçün
1. Pedaqogika və psixologiya
Baş müəllim – 1 yer (tam ştat)
Müəllim – 3 yer (tam ştat)
Müəllim – 1 yer (0,5 ştat)
2. Dillər və ədəbiyyat
Dosent – 1 yer (tam ştat)
Dosent – 1 yer (0,5 ştat)
Baş müəllim – 1 yer (tam ştat)
Müəllim – 2 yer (tam ştat)
Müəllim – 1 yer (0,5 ştat)
3. Ümumi fənlər
Baş müəllim – 2 yer (tam ştat)
4. Humanitar və incəsənət
Müəllim – 2 yer (tam ştat)
Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1, Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq
Müsabiqədə iştirak etmək istəyənlər 2 aprel 2013-cü il tarixdən 2 may 2013-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 23) müraciət edərək müraciət formasını doldurmalıdırlar. Sənədlər şəxsən (həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dən 1730-dək) təqdim edilməlidir.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 2 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurası ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və insan hüquqları” mövzusunda yazı müsabiqəsi elan edir. Müsabiqəyə fərdi jurnalist yazıları təqdim olunur.
Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin, dövlətçiliyimizin əbədiyaşarlığının təmin olunması, demokratik hüquqi dövlət quruculuğu, ölkəmizin müstəqilliyi dövründə insan hüquq və azadlıqları sahəsində reallaşdırılan islahatların daha da dərindən öyrənilməsindən, jurnalistlərin bu istiqamətdə yazılar hazırlamasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalistlər arasında keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq iştirakçı anketini müsabiqənin təşkilat komitəsindən əldə etməlidirlər (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 8, əlaqə telefonu: 545-03-89).
Təkliflər sorğusu 8 (səkkiz) lot üzrə keçirilir.
Lot-1: 1-ci növ un – 160 ton
Lot-2: kartof – 160 ton
Lot-3: toyuq əti – 24 ton
Lot-4: ət konservi – 18 ton
Lot-5: kərə yağı – 9 ton
Lot 6: ət 1-ci növ – 24 ton
Lot-7: balıq konservi – 25 ton
Lot-8: kələm – 35 ton
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz təkliflər sorğusunu möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2013-cü ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul edilmirlər.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarə, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
Naxçıvan şəhəri, Xətai küçəsi 6-da yerləşən “Xidmət” ATSC-nin inzibati binasında 18 may 2013-cü il tarixdə saat 1100-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdarların ümumi yığıncağının reqlamentinin təsdiqi
2. Cəmiyyətin 2012-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyəti sədrinin hesabatı
3. 2013-cü ildə cəmiyyətin fəaliyyət proqramına baxılması
4. Sair məsələlər
İdarə heyəti
Ümumi müddəalar:
Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: 15 sentyabr 2013-cü il tarixədək 14 yaşı tamam olan və 16 yaşı tamam olmayan orta ümumtəhsil məktəbinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq arzusunda olan namizədlər 30.04.2013-cü il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Naxçıvan Dövlət Universiteti aşağıdakı kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir
Fakültə dekanı vəzifəsini tutmaq üçün
1. İqtisad fakültəsi
Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün
1. Botanika
2. Ümumi tarix
3. Təməl – tibb fənləri
Kafedralarda boş olan vəzifələri tutmaq üçün
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi (DMSTK)
Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genişləndirilməsi Layihəsi
İxtisas Uyğunluğuna Dəvət No: AZ0037&38/PQ03
Vayxır Sol Sahil Suvarma Sistemlərinin Modernləşdirilməsi
Azərbaycan Hökuməti İslam İnkişaf Bankından Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Genişləndirilməsi və Modernləşdirilməsi Layihəsi üçün İstisna krediti almışdır. Bu kreditin bir hissəsi Vayxır Sol Sahil Suvarma Sistemlərinin Modernləşdirilməsinə ayrılmışdır.
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi aşağıdakıların tikintisi üçün ixtisaslı podratçıları və / və ya / firmaları işə cəlb etmək niyyətindədir:
– Babək rayon Nehrəm kəndi və Culfa rayon Bənəniyar kəndində 2000 hektar kənd təsərrüfatı ərazisinin suvarılması üçün təxminən 253 km plastik boru şəbəkəsinin tikintisi.
İxtisas uyğunluğu, İslam İnkişaf Bankının “Malların və İşlərin Satınalınması Təlimatı”nda göstərilmiş olan ixtisas uyğunluğu proseduruna uyğun həyata keçiriləcək və təlimatda göstərilmiş olan üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
İcra müddəti 24 aydır.
Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 23 milyon 719 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 423 min 100 manat olmuş, cəmi 1 milyon 426 min 500 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq arzusunda olan şəxslər üçün müsabiqə elan edir. Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə iştirak edəcəklər. Xarici dilləri, kompyuter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir.
1. Naxçıvan şəhərində 220 yerlik uşaq bağçasının tikintisi
2. Ordubad rayonunda Sabirkənd məktəbinin yenidən qurulması
3. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin yenidən qurulması
4. Babək qəsəbəsində 160 yerlik uşaq bağçasının tikintisi
5. Şərur rayon Dəmirçi kəndində 630 şagird yerlik məktəbin tikintisi
6. Sədərək rayonunun Heydərabad qəsəbəsində uşaq bağçasının tikintisi
7. Şərur rayonunun Sərxanlı kəndində 216 şagird yerlik məktəbin tikintisi
8. Şərur rayonunun Şahbulaq kəndində 110 şagird yerlik məktəbin tikintisi
9. Kəngərli rayonunun Xok kəndində 1026 şagird yerlik məktəbin yenidən qurulması
10. Culfa rayonunun Kırna kəndində 306 şagird yerlik məktəbin yenidən qurulması
11. Şahbuz rayonunun Qızıl Qışlaq kəndində 110 şagird yerlik məktəbin tikintisi
12. Şahbuz rayonunun Kükü kəndində 198 şagird yerlik məktəbin tikintisi
13. Ordubad rayonunun Ələhi kəndində 88 şagird yerlik məktəbin tikintisi
14. Ordubad rayonunun Nəsirvaz kəndində 88 şagird yerlik məktəbin tikintisi.
Təkliflər sorğusunun əsas şərtləri:
Tarix: 6 fevral 2013-ci il
Kredit nömrəsi və adı: 2842-AZE “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2”
Müqavilənin nömrəsi və adı: MFF-033-T2-ICB-1.06 Naxçıvan şəhərində Çirkab Su Təmizləyici Qurğunun Tikintisi, (Beynəlxalq Rəqabətli Tender)
Təkliflərin son təqdimetmə tarixi: 27 mart 2013-cü il saat 1000 (Bakı vaxtı ilə)
1. Azərbaycan Respublikası Hökuməti (bundan sonra “Borcalan” olaraq adlandırılacaq) “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 2”-nin icrası üçün xərclərin ödənilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) kredit almışdır. Bu kreditin bir hissəsi yuxarıda adı çəkilən müqavilə üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tenderdə AİB üçün məqbul ölkələr iştirak edə bilərlər. “Məqbul/qeyri-məqbul” əsaslı ixtisas uyğunluğu şərtləri 3-cü bölmədə “Tender sənədlərinin qiymətləndirilməsi və ixtisas uyğunluğu kriteriyası” başlığı altında göstərilib.
1 mart 2013-cü il tarixdə saat 1100-da Culfa rayon “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. 2012-ci ilin yekunları üzrə təftiş komissiyasının hesabatı
2. Balans mənfəətinin bölgüsü
3. İdarə heyəti sədrinin hesabatı
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Culfa rayonu, Darıdağ massivi, cəmiyyətin inzibati binası
“Naxçıvan Aqrolizinq” ASC fermer və torpaq mülkiyyətçilərinin nəzərinə çatdırır ki, 2012-2013-cü il mövsümü üçün əkilmiş taxıl sahələrinə güzəştli şərtlərlə dövlət dəstəyi hesabına verilən azot gübrəsinin 21.01.2013-cü il tarixdən bütün rayon bazalarında və mərkəzi bazada buraxılışına başlanılacaqdır. Fermer və torpaq mülkiyyətçiləri 21.01.2013-cü il tarixindən müraciət edib öz gübrələrini ala bilərlər.
“Naxçıvan Aqrolizinq” ASC
Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydaları”na əsasən, fərdi birdəfəlik ödəmələrin alınması üçün müraciətlərin qəbulu üzrə müəyyən edilmiş müddətin başa çatmasına qısa vaxt qaldığını nəzərə alaraq, Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində ehtimal olunan sıxlığın, əmanətçilər arasında yarana biləcək mümkün narazılıqların aradan qaldırılması məqsədilə 2012-ci ilin dekabr ayının ikinci həftəsindən başlayaraq şənbə günlərində və 30 dekabr 2012-ci il tarixdə saat 900-dan 1800-dək, eyni zamanda 31 dekabr 2012-ci il tarixdə saat 900-dan 1400-dək Kapital Bankın yerli struktur bölmələrində və müvafiq məntəqələrində birdəfəlik ödəmələrin alınması ilə bağlı əmanətçilərdən ərizələrin qəbulu və birdəfəlik ödəmələrin verilməsi təmin olunacaqdır.
Mərkəzi Bankın
Naxçıvan Muxtar Respublikası İdarəsi
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununa əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalıdır.
Daşınmaz əmlakın icbari sığortası – yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığorta məbləğləri və sığorta haqları aşağıdakı miqdarda müəyyən edilmişdir:
1. Naxçıvan şəhəri üzrə
– sığorta məbləği – 20000 manat
– sığorta haqqı – 40 manat
2. Digər rayon və şəhərlər üzrə
– sığorta məbləği – 15000 manat
– sığorta haqqı – 30 manat
Daşınmaz əmlakın icbari sığortası rayon (şəhər) Dövlət Sığorta agentliklərində aparılır.