22 Dekabr 2024, Bazar

2013/2014-cü tədris ili üçün əyani təhsil üzrə kursant qəbulu elan edilir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2013/2014-cü tədris ili üçün əyani təhsil üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 santimetr, orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2013-cü il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçiləcəklər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq, nazirliyin xüsusi həkim ekspertiza komissiyasından, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdiriləcək və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edəcəklər.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçiriləcək.
Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunacaq və təqaüd alacaqlar. Azərbaycan dilində verilən təhsilin müddəti 4 ildir.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

-tərcümeyi-hal;
-şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
-hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
-tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
-tam orta təhsil haqqında sənədin əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
-yaşayış yerindən arayış;
-xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə dispanser arayışları və digər tibbi sənədlər;
-4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).

Sənədlər 2013-cü il aprel ayının 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində (Naxçıvan şəhəri) qəbul edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR