Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 2.10.2017-ci il tarixdən 1.11.2017-ci il tarixədək aparılır. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri nazirlikdə yaradılmış komissiyaya təqdim etməlidirlər:
1. Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə (blank Vergilər Nazirliyi tərəfindən verilir)
2. 3x4 santimetr ölçüdə 2 ədəd (ağ fonda) fotoşəkil
3. Ali təhsil barədə diplom (xarici ölkədə təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada notarifikasiya olunmalıdır)
4. Əmək kitabçasının əsli və ya təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə)
5. Şəxsiyyət vəsiqəsi
6. Hərbi bilet.
Sənəd qəbulu zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Bir qayda olaraq yaşı 35-i keçməmiş və hüquqşünaslıq, beynəlxalq hüquq, maliyyə, iqtisadiyyat, statistika, beynəlxalq iqtisadi münasibətlər, mühasibat uçotu və audit, maliyyə və kredit, iqtisadiyyatın tənzimlənməsi, əməyin iqtisadiyyatı və sosiologiyası, qiymət və qiymətin əmələ gəlməsi, xəzinə əməliyyatlarının uçotu, iqtisadi nəzəriyyə, vergilər və vergitutma, sığorta işinin təşkili, milli hesablar sistemi, qiymətləndirmə (sahələr üzrə), qiymətli kağızlar, istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə), aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi, ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi, gömrük işinin təşkili, iqtisadiyyatın hüquqi tənzimlənməsi, vergi işinin təşkili və idarəedilməsi, maliyyə nəzarəti və audit ixtisasları üzrə ali təhsilə malik olan vətəndaşlar müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə aşağıda göstərilən 32 sayda vakant yer üzrə iş təklif ediləcəkdir:
1. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi – 11 yer
2. Naxçıvan Şəhər Vergilər İdarəsi – 1 yer
3. Babək Rayon Vergilər Şöbəsi – 2 yer
4. Şərur Rayon Vergilər Şöbəsi – 2 yer
5. Ordubad Rayon Vergilər Şöbəsi – 5 yer
6. Culfa Rayon Vergilər Şöbəsi – 2 yer
7. Şahbuz Rayon Vergilər Şöbəsi – 4 yer
8. Sədərək Rayon Vergilər Şöbəsi – 2 yer
9. Kəngərli Rayon Vergilər Şöbəsi – 3 yer
Qeyd: Müsabiqəni müvəffəqiyyətlə keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər fəaliyyətləri ləğv edilmədən işlə təmin olunmurlar. Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.
Əlaqə telefonu: 545-68-04