Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, bərbər-manikürçü və dərzi peşələri üzrə kurslar təşkil edir. Kurslarda tədrisin müddəti 3 aydır.
Tələbat aşağıdakı kimidir:
Əqli və fiziki potensialları bərbər, bərbər-manikürçü və dərzi peşələri üzrə çalışmağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər.
Kursu müvəffəqiyyətlə bitirənlər qeyd olunan vakansiyalar üzrə işlə təmin olunacaqlar.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış
Əlaqə telefonu: 545-32-33