Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sağlamlıq imkanları məhdud vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində ağac üzərində oyma peşəsi üzrə kurs keçməyə dəvət edir.
Ağac üzərində oyma peşə kursunun tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2017-ci il oktyabr ayının 1-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər.
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Əlillik vəsiqəsinin surəti.
Əlaqə telefonu: 545-42-12