04 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil edir.
Aylıq ödəniş 100 manat olan hazırlıq kursu qanunvericilik, dünyagörüşü, informasiya texnologiyaları və məntiq üzrə aparılacaqdır.
3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək. Hər ayın sonunda iştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün komissiyanın test mərkəzində ödənişsiz sınaq imtahanları aparılacaqdır.

Hazırlıq kursuna qəbul üçün qeydiyyat komissiyanın inzibati binasında
(Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.
Əlaqə telefonu: (036) 545-65-71

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR