Tender 2 (iki) lot üzrə keçirilir.
Lot-1: payız-qış mövsümü üçün müxtəlif növ əşya əmlaklarının satın alınması
Lot-2: hərbi ayaqqabıların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş “Əsas şərtlər” toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, tel: 544-48-34) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri. Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş, ikiqat zərfdə 20 oktyabr 2017-ci il tarixdə saat 1100-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 oktyabr 2017-ci il tarixdə saat 1100-da Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası