30 Dekabr 2024, Bazar ertəsi

Müsabiqədə iştirak etmək istəyən şəxslər 1-30 avqust 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ardını oxu...

Əlavə (təkrar) ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə (təkrar) ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Şəxsin əlavə (təkrar) ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır.

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsulları soyuducu anbarlara aşağıdakı qiymətlərlə qəbul olunur.

Məhsulları tədarük edən soyuducu anbarların ünvanını və əlaqə telefonlarını bildiririk

Ardını oxu...

Qeyd: İyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 334 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 226 min manat olmuş, cəmi 3 milyon 303 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 102,4 faizini təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 3 iyul-5 avqust 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir.
Tətil günlərində işləmək arzusunda olan tələbələr yaşadıqları ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Əlaqə telefonu: 545-32-33

Müsabiqədə iştirak etmək istəyən şəxslər 21 iyun-22 iyul 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın ­“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim ­edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Ardını oxu...

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
• 27 yaşı keçməməli;
• Fiziki cəhətdən möhkəm, hazırlıqlı və sağlam olmalı;
• Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti aparatının qəbul bürosuna müraciət edə, əlavə məlumat almaq üçün (012) 493-62-47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində I ixtisas qrupunun fənləri üzrə keçirilmiş imtahandan 400-dən yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 170 santimetr, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu il avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından oğlanlar iştirak edə bilərlər.

Ardını oxu...

Qeyd: May ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 252 min kilovat/saat elektrik enerjisinin dəyəri 3 milyon 193 min 500 manat olmuş, cəmi 3 milyon 198 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, dəyirman və taxıl qəbulu müəssisələri tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarını aşağıda qeyd edilmiş qiymətlərlə satın alır:
Buğda – 35 qəpik
Arpa – 30 qəpik
Qarğıdalı – 40 qəpik
Bildirilir ki, satış üçün təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Əlaqə telefonları: (060) 540-75-01, (070) 250-85-81, (036)-545-20-39

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, tel: 544-48-34) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı ­müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaranları Naxçıvan Regional Peşə Tədris Mərkəzində elektrik montyoru peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 5 iyun 2019-cu il tarixədək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim ­etməlidirlər:

1.Yaşayış yerindən arayış
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Tibbi arayış

Əlaqə telefonu: 545-32-33

Ümumi müddəalar:
Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: Cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar (və qızlar) qəbul olunurlar.
Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 20.04.2019-cu il tarixdən 20.05.2019-cu il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəyə ali məktəbləri gömrük işi, maliyyə, iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər və idarəetmə ixtisası istiqamətləri üzrə bitirən və yaşı 30-u keçməmiş şəxslər buraxılır.
Namizədlərin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünya­görüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar iştirak edə bilərlər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqü inkişaf etdirməkdir.

Ardını oxu...

Qeyd: Mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 24 milyon 300 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 986 min 900 manat olmuş, cəmi 1 milyon 982 min 800 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,8 faizini təşkil edir.

Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün
1. İnformatika
2. Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi

Kafedralarda boş olan vəzifələri tutmaq üçün

1. İngilis dili və tərcümə – müəllim – 1 yer
2. Nəqliyyat və informasiya texnologiyaları – baş müəllim – 2 yer
3. Əczaçılıq və stomatologiya – baş müəllim – 1 yer
4. Beynəlxalq münasibətlər – baş müəllim – 1 yer
5. Ümumi təbabət və gigiyena – baş müəllim – 1 yer (0.5 ştat)

Ardını oxu...

Naxçıvan Qızlar Liseyi 2019-2020-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir. Liseyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış.
Sənədlər 1 aprel 2019-cu il tarixdən 30 aprel 2019-cu il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyinin tədris korpusunda qəbul edilir.
İmtahan 25 may 2019-cu il tarixdə saat 1000-da Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 10 may 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək Naxçıvan Qızlar Liseyindən əldə edə bilərsiniz.
Qeyd: Liseyə qəbul olmaq istəyən şagirdlər Azərbaycan dili, riyaziyyat və ingilis dilindən imtahan verəcəklər.

Ünvan: Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47
(036) 545-23-62

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2019-2020-ci tədris ili üçün qəbula namizədlər
- boyu 170 santimetrdən az olmayan;
- tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan;
- 15.09.2019-cu ilədək 17 yaşı tamam olan;
- yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15.09.2019-cu ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Akademiyaya qəbul olmaq arzusunda olanlar Fövqəladə Hallar Nazirliyinin xüsusi həkim ekspertiza komissiyasından və nazirlik tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.

Ardını oxu...

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey 2019-2020-ci tədris ili üçün VII sinfə oğlan şagirdlərin qəbulunu elan edir. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış
Sənədlər 1 aprel 2019-cu il tarixdən 30 aprel 2019-cu il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika­-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusunda qəbul edilir.
İmtahan 18 may 2019-cu il tarixdə saat 1000-da Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 10 may 2019-cu il tarixdən 17 may 2019-cu il tarixədək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusundan əldə edə bilərsiniz.
Qeyd: Liseyə qəbul olmaq istəyən şagirdlər Azərbaycan dili, ingilis dili, riyaziyyat, fizika, biologiya, tarix və coğrafiya fənlərindən imtahan verəcəklər.

Ünvan: Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrələri: (036) 542-31-63
(036) 542-30-76

Naxçıvan şəhərindəki Mərkəzi bazarda və rayon mərkəzlərində martın 16-dan 24-dək Novruz yarmarkası keçiriləcəkdir. Yarmarkaya muxtar respublikadakı ailə təsərrüfatları, sənaye və istehsal müəssisələri tərəfindən müxtəlif çeşidli bol məhsullar çıxarılacaq.
Muxtar respublika əhalisini bayram yarmarkasına dəvət edirik!

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri

Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 21 milyon 609 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 769 min 200 manat olmuş, cəmi 1 milyon 773 min 300 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan!” devizi altında mahnı müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin əsas məqsədi qədim diyarımız Naxçıvanın təbiətini, maddi-mənəvi zənginliklərini, yetirdiyi dahi şəxsiyyətləri tərənnüm edən yeni mahnıların yazılmasıdır. Müsabiqədə professional və həvəskar bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.
Bir turdan ibarət olan müsabiqənin qaliblərinin mükafatlandırılması üçün professional və həvəskar bəstəkarlar nominasiyaları olmaqla, hər biri üzrə bir I yer, bir II yer və bir III yer təsis edilmişdir. Qaliblərin mükafatlandırılması üçün I yer – 1000 AZN, II yer – 500 AZN, III yer – 250 AZN mükafat fondu ayrılmışdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2019-cu il sentyabr ayının 10-dək Təşkilat Komitəsinə ərizə ilə müraciət edə bilərlər (Telefon: 036-545-02-54). Musiqi əsərlərinin notu çap şəklində ərizəyə əlavə olunmalıdır.
Müsabiqə zamanı bəstəkar əsərləri solist və ya xorun ifasında canlı olmaqla hər hansı orkestr, ansambl və ya konsertmeysterin müşayiəti ilə təqdim edilməlidir. Müsabiqənin 2019-cu il oktyabr ayının ikinci yarısında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı

Müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 4 mart 2019-cu il tarixdən 4 aprel 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:

Ardını oxu...

Ümumi müddəalar:

Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin 9-cu sinfini bitirmiş, 15 sentyabr 2019-cu ilə qədər 15 yaşı tamam olan və 17 yaşı keçməyən oğlanlar qəbul olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:

- qəzet məqaləsi;
- teleradio materialları;
- ədəbi yaradıcılıq (poema, şeir, nəsr, dram və sair);
- rəsm əsəri;
- memarlıq işi.

Müsabiqənin keçirilməsində məqsəd:

Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, muxtar respublikanın müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir.

Müsabiqədə iştirak:

Yaradıcılıq qabiliyyəti olan hər kəs müsabiqədə iştirak edə bilər. Lakin bu zaman iştirakçı yalnız bir istiqamət ­seçməlidir.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları:

-işlərin bədii səviyyəsi və keyfiyyəti;
-müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini əhatə etməsi;
-ideyanın orijinallığı;
-işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
-yaradıcı yanaşma və mövzunun ­açılması.
Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:

Ardını oxu...


Qeyd: Yanvar ayında texniki itki nəzərə alınmaqla daxil olan 23 milyon 986 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 970 min 100 manat olmuş, cəmi 1 milyon 897 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 96,3 faizini təşkil edir.

Qəbul Sərhəd təhlükəsizliyi və idarəetmə ali təhsil ixtisası üzrə aparılacaqdır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fən­lərindən test üsulu ilə qəbul imtahanları ­verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Ərizə
2. Anket (anketdə soyadı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) dəqiq göstərilməli
3. Tərcümeyi-hal
4. Özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladları, həyat yoldaşının atası, anası, bacısı, qardaşı), şəxsiyyət vəsiqələrinin surəti
5. Attestatın surəti notarial qaydada təsdiq edilmiş və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinifdə oxuması haqqında arayış
6. Orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti
7. Yaşayış yerindən arayış

Ardını oxu...

Tarix Etnoqrafiya və Arxeologiya İnstitutu

Qədim dövr arxeologiyası şöbəsi – şöbə müdiri – 1 yer
Qafqaz tarixi şöbəsi – şöbə müdiri – 1 yer

Bioresurslar İnstitutu

Meyvə, tərəvəz və üzümçülük laboratoriyası – laboratoriya rəhbəri – 1 yer
Nəbatat şöbəsi – şöbə müdiri – 1 yer
Bitki sistematikası şöbəsi – şöbə ­müdiri – 1 yer
Torpaq ehtiyatları laboratoriyası – laboratoriya rəhbəri – 1 yer

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76, AMEA Naxçıvan
Bölməsi Təhsil və kadrlar şöbəsi.
Telefonlar: 544-65-97; 545-16-80

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu il avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə ­barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə ­buraxılmırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 170 santimetr, yaşı 30-dan çox olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Ardını oxu...

Qeyd: Dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 26 milyon 740 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 203 min 700 manat olmuş, cəmi 2 milyon 202 min 200 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Qeyd: Noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 35 milyon 763 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 65 min 200 manat olmuş, cəmi 3 milyon 60 min 700 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kadr hazırlığı profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə və ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər.
Sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana şəxsən təqdim edə və ya göndərə bilərlər.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1.
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq

Qeyd: Oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 797 min kilo­­vat-saat elektrik enerjisinin dəyəri 2 milyon 783 min 300 manat olmuş, cəmi 2 milyon 782 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan ­keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-a və ya 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.

Ardını oxu...

Müsabiqədə iştirak etmək istəyən şəxslər 5 noyabr 2018-ci il tarixdən 5 dekabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün qanunvericilikdə müəyyən edilmiş ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Ardını oxu...

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən elanda göstərilən vəzifəni tutmaq üçün kadr hazırlığı profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə və ən azı 5 illik elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində sənədlərini rektorun adına ərizə ilə birlikdə aşağıdakı ünvana şəxsən təqdim edə və ya göndərə bilərlər.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1, Naxçıvan Müəllimlər İnstitutu
Telefon: 545-32-02
Rektorluq

Müsabiqədə iştirak etmək istəyən şəxslər 24 oktyabr 2018-ci il tarixdən 23 noyabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim ­edilməlidir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR